İsa Muğanna yaradıcılığı “İdeal” işığında
20
buraxılacaq.
Mən
bir qədər fikrə getdim, dedim:
Mən Nəsimi haqqında heç nə bilmirəm.
Məlum oldu ki, xalq şairi Rəsul Rza Hələb
şəhərinə bir aylıq məzuniyyətə göndərilib ki, Nəsimi
haqqında Suriyada mövcud olan materialların hamı-
sını yığıb gətirsin. Rəsul Rza Hələbdən qayıdanda
məni yenə Mərkəzi Komitəyə çağırdılar. Nəsiminin
iki “Divan”ı əsasında çap olunmuş böyük şeirlər
kitabını və azərbaycancaya tərcümə olunmuş bir
aləm material – məqalələr, jurnal məlumatları verdi-
lər və mən Nəsimini öyrənməyə girişib, əvvəlcə ro-
man yazmağa başladım. Bir neçə ay sonra isə ssena-
rinin ilk epizodlarını filmin rejissoru Həsən Seyid-
bəyliyə oxudum. Həsən bircə kəlmə: – Yaxşıdı, –
dedi. Bundan sonra mən, demək olar ki, hər gün Hə-
sənin evinə təzə epizodlar aparıb oxuyurdum və Hə-
səndən eyni cavabı: – Yaxşıdı, – eşidirdim”.
4
“Nəsimi” filmi 1973-cü ildə çəkilmişdir, lakin İsa
Muğannanın qeybdən səs eşitməsi və bu təlatümlü
hadisələrin başlanğıcı isə 1968-ci ildə baş vermişdi.
Müəllifin həyat yoldaşı Firuzə Muğanna bunu uzun
müddət çap olunmasında problem yaşanan “Türfə”
romanının nəşrə təqdim olunması üçün AMEA-nın
müxbir üzvü Nizami Cəfərova yazdığı məktubda
daha aydın təsvir edir: “1968-ci ildə alihəzrət Dəmi-
rəlin zamanının başlandığında, Azərbaycan yazıçı-
ları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik.
İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri
4
İsa Hüseynov, İdeal, Bakı: Yazıçı, 1986, s 5.