İsa Muğanna yaradıcılığı “İdeal” işığında
13
Giriş
Ağlımın kəsdiyi zamanlarda oxuduğum ilk əsər
“İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zülfəliye-
vin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər
olsa da, əsər elə bir formada təqdim edilib ki, bu
ağırlığı hiss etmədim. Dünyagörüşü yeni formalaş-
maqda olan, ədəbiyyat aləminə atılmağı belə ağlına
gətirməyən, sadə kənd uşağının dünya sirlərini
özündə daşıyan kainat qədər ağır bir əsəri dizləri
əsə-əsə, boğazı quruya-quruya oxuması ona bir isti-
qamət verdi. Həyat fəlsəfəsini, milli kimliyi, mifik
dünyagörüşlərin altında gizlənən tarixi, dildəki
kodlu sözlərdə yaradılışın sirlərinin necə gizlədildi-
yini araşdırmağı, öyrənməyi mənə “İdeal” əsəri öy-
rətdi. Hər cümlədən sonra kasıb kitab rəfimdən yeni
bir kitabı masanın üstünə gətirməyi, müqayisəni,
müqayisəli təhlili, məntiqi ardıcıllığı, şübhəni, dü-
şünməyi bu əsər öyrətdi mənə...
“İdeal” romanını oxuduğum gündən müsahibim
olan, kitabı sevən, milli qürurunun olduğunu hiss et-
diyim hər kəsə bu kitabı tövsiyə etdim. Oxuyan-
lardan “sağ ol” aldım. Sonra da özüm üçün də üs-
tüörtülü qalan suallara cavab verməyim istənildi.
Çıxılmazlara girirdim bəzən və sonda bir gün bu
“Sirr qoxuyan kişi”nin özü ilə görüşüb bu suallara
cavab alacağımı düşünürdüm həmişə.
Tələbə vaxtı bu görüş üçün çox çalışsam da, alın-
madı. Son dövrlərdə İsa
Muğanna ilə görüşmək üçün
çox cəhd etdim. Bütün yazıçı dostlarımdan, ona