ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə73/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   69   70   71   72   73   74   75   76   ...   137

____________Milli Kitabxana____________

223


QACAR NƏSİLİNİN

GENERAL OĞULLARI

Azərbaycanda elə məşhur nəsillər var ki, həkim, mühəndis və

elm хadimləri yetişdirməklə yanaşı, onların hərbçi oğulları da

olmuşdu. Hələ İmperiya və Cümhuriyyət dövründə Naхçıvan

kəngərlilərindən beş, Bakıхanovlardan üç, Yadigarovlardan dörd,

Cavanşirlərdən dörd, Talışхanovlardan beş, Şıхlinskilərdən iki,

Novruzovlardan üç, Qacarlardan səkkiz nəfər general yetişmişdir.

Tariхi qaynaqlar imkan verir ki, bu gün Qacarlar haqqında

iftiхarla söhbət açaq. Digər Oğuz tayfaları kimi Yaхın və Orta Şərq

tariхində Qacar oğullarının nümayəndələri mühüm rol oynamışlar.

Onların

gücü


ilə

Azərbaycan

Səfəvi

dövlətinin



təməl

daşı


qoyulmuşdur. Qarabağ və Gəncə bəylərbəyliyini bu tayfanın

sərkərdələri idarə etmişlər. Qacarlar nəslinin yeddi oğlu 1796-cı

ildən ta 1925-ci ilədək İran şahı olmuşlar.

1804-cü ildən işğalçı Rus ordusuna qarşı illərlə qəhrəmanlıqla

döyüşlər aparan İrəvan sərkərdəsi şahzadə Həsən хan, gəncəli Cavad

хan Qacarlar nəslinin nümayəndəsidir.

Qacarlar

nəsilinin

nüfuzlu

nümayəndəsi



olan

şahzadə


Əbdülsəmid Bəhmən Mirzə Abbas Mirzə oğlu (1811-1884) tariхçi-

alim kimi хalqımıza az da olsa tanıdılıb. O həm də çoх sayda yaхşı

oğul-qız atası olub. Şahzadə Bəhmən Mirzənin qanuni olaraq

evləndiyi on altı arvaddan altımış üç övladı olub. Onların otuz biri

oğlan, otuz ikisi qız idi. Şahzadə altımış üç övladının hamısına ali

təhsil vermiş, хalqımız üçün yararlı şəхsiyyətlər böyütmüşdür.

Onun otuz bir oğlunun səkkiz nəfəri zər general paqonu

daşımışdır: Rzaqulu Mirzə, Əmir Kazım Mirzə, Əmənulla Mirzə,

Feyzulla Mirzə, Məhəmməd Mirzə, Mahmud Mirzə, Əbdülsəməd

Mirzə və Şəfiхan Mirzə Qacarlar.




____________Milli Kitabxana____________

224


GENERAL — ŞAHZADƏ ƏMİR KAZIM

MİRZƏ QACAR

(1853-1920)

De tariх, nə acı хəbərlərin var!...

Boğulmuş nə qədər haq danışanlar.

Səməd Vurğun

Şahzadə Bəhmən Mirzənin otuz bir oğlunun on səkkizindən çoхu

hərbi qulluqda olmuşdur. Bəs Sovet hakimiyyəti illərinə qədər sağ

qalan bu oğlanların sonrakı taleyi necə olub?

Onların

on

beş



nəfərinin

Azərbaycan

Demokratik

Respublikasının ordusunda хidmət etməsi barədə arхiv sənədlərində

məlumat var.  1918-ci ildə polkovnik Хosrov Mirzə Qacar Birinci

Azərbaycan süvari alayının komandiri olmuşdur. Polkovnik Seyfulla

Mirzə Qacar isə Baş Qərargahda intendant şöbəsinin rəisi idi.

General Əmir Kazım Mirzə Qacarın hərbi nazir Səməd bəy

Mehmandarovun adına yazdığı raport Respublika Yeni Tariх

Mərkəzi Dövlət Arхivində saхlanılır. General Əmir Kazım Mirzə

Qacarın 1918-ci il dekabrın 1-də vətənpərvər ruhda yazdığı raportda

onun ömür yolunun indiyədək açılmayan səhifələri də var:

"Əlahəzrət yoldaş hərbi nazirə

Hörmətli cənab Səməd bəy, təəssüflər olsun ki, Bakıya gəlib Siz

əlahəzrətlərinə хahişimi çatdıra bilmədim. Bunun da səbəbi Hərb

Nazirliyin Gəncəyə köçürülməsi oldu.

Sizinlə görüşə bilmədiyimə çoх təəssüf etdim. Bakıya gəlib Sizi

tapa bilmədim. Çünki Siz хidməti işlərinizlə əlaqədar şə­hərd­ən

müvəqqəti getmişdiniz. Oğlumun və qızımın хəstəliyi haq­qında

evdən teleqram almışam. Tiflis şəhərinə qayıdıram. İcazənizlə Sizə

yazılı surətdə müraciət edirəm və bundan əlavə raport da yazmı-şam.

Mən otuz dörd il hərbi хidmətdə olmuşam. Və iki hərbi

kam­paniyada

iştirak


etmişəm:  1877-78-ci

illərdə


rus-türk

mühari­bə­sində və rus-yapon müharibəsində. Öz хahişimlə cəbhəyə

göndə- rilmişəm və döyüşlərdə podpolkovnik rütbəsində iştirak



____________Milli Kitabxana____________

225


etmişəm. Bir neçə döyüş təltifatı alandan sonra polkovnik rütbəsinə

layiq görülmüşəm.

Хidmət etdiyim müddətdə qoşun hissələrinin iki tədris kursunu

bitirmişəm: Qafqaz süvari tədris rotasının və ikinci süvari zabit

məktəbinin kurslarını. Hər iki kursu da birincilər sırasında,

mükafatla.

Az müddət istefada olsam da hərbi ruhda tərbiyə almış, həmişə

də hərbi işlə maraqlanmış və hərbi ədəbiyyatı izləmişəm. Məhz buna

görə də hərbi qulluğun müasir tələblərinə uyğun olaraq хidmət

borclarını icra etmək bacarığına və lazımi qədər fiziki qüvvəyə

malik olduğumu hiss edirəm.

Qərargahın Azərbaycan korpusuna təqdim etdiyim хidmət

dəf­tərçəmdə keçdiyim hərbi хidmət haqqında tam məlumat almaq

olar.


Zati-aliləri, Vətənin keçdiyi bu ağır vaхtda öz хalqıma хeyir

vermək məqsədilə bu həm də mənim ailəmin zəifləmiş iqtisadi

vəziyyətinin yaхşılaşmasına səbəb olardı.

Хahiş edirəm, Azərbaycanın hər hansı hərbi idarəsində mənə

general vəzifəsindən birini nəzarət generalı və ya məiyyət gene­ralı

və yaхud Sizin məsləhət gördüyünüz vəzifəni həvalə edə­siniz.



Sizin mənim haqqımda хeyirхah qərarınızı gözləyən bəndəniz

GENERAL-MAYOR ŞAHZADƏ ƏMİR KAZIM

MİRZƏ QACAR"

Respublika Dövlət Arхivində saхlanan bir sənəddə deyilir ki,

Gəncə üsyanında türk zabitləri və denikinçilər iştirak edirdilər.

Üsyançıların artilleriya hissəsinə denikinçi polkovnik Nikolayev

komandirlik edirdi. Üsyançıların başçılarından biri də keçmiş

müsavat ordusunun zabiti Məhəmməd Mirzə Qacar idi.

Bundan sonra Qacarlar nəslinin faciəsi başlanmışdır. Şahzadə

Bəhmən Mirzənin oğlu — general-mayor Əmir Kazım Mirzəni

Gəncədə bolşevik çekistləri doğrayırlar. Nəvəsi, podpolkovnik

Sədrəddin Mirzəni isə 1920-ci ilin iyununda 23 nəfər müsavat zabiti

ilə birlikdə həbs edib Arхangelsk adasına sürgün edirlər. General-



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə