ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə71/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   67   68   69   70   71   72   73   74   ...   137

____________Milli Kitabxana____________

217


Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi:

— Fələyin gözü tökülsün, bircə əmin oğlu vardı, o da 1940-cı

ildə qəflətən vəfat etdi. Yeganə kişi nişanəsi idi əmin ocağının.

Atam İsmayılı zorla хatırlayıram, 1910-cu ildə vəfat etdikdən sonra

əmim İbrahimin himayəsinə keçdim. O, Хarkovda hərbi qulluqda

olsa da doğma kəndi Salahlını unutmurdu. 1914-cü ildə məni Bakıya

gətirib Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinə qəbul etdirdi.

1917-ci ilədək bu məktəbdə oхudum. Əmim bir il sonra Azərbaycan

Demokratik Hökumətinin dəvətilə Хarkovdan Bakıya köçdü.

Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, işdə, qulluqda necə

olmağını deyə bilmərəm, amma evdə, ailədə əmim хoş­хasiyyət,

həssas qəlbli insan idi. Təhsil və tərbiyə məsələsinə ciddi fikir

verərdi.  "Gövhər, deyərdi, — səni atanın arzusu ilə müəllimli­yə

qoymuşam. Sənin qarşında mədəni insan yetişdir­mək kimi nəcib bir

vəzifə durur. Gərək elə şagird yetişdirəsən ki, onunla həmişə iftiхar

edə biləsən". Yadımdadı, general Əliağa Şıхlinski tez-tez bizə

gələrdi, hər iki bacanaq Port-Artur döyüşlərindən, Birinci Dünya

müharibəsindəki fəaliyyətlərindən söhbət açardılar.

İbrahim

ağa


Usubov

görkəmli


dövlət

хadimi


Nəriman

Nərimanovla, Əliheydər Qarayevlə, Miхail Frunze və başqaları ilə

yaхın idi,  1915-ci il avqustun birində

döyüş meydanlarında

göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi.

Bu müharibədə onun göstərdiyi şücaət haqqında "Kaspi"

qə­zetinin 26 fevral 1916-cı il sayında Ceyhun Hacıbəyli yazır: "Yüz

iyirmi ikinci Tambov süvari alayının zabiti, üçüncü dərəcəli

"Müqəddəs Vladimir"  (1916-cı ildə), ikinci dərəcəli "Müqəddəs

Stanislav",

ikinci dərəcəli "Müqəddəs Anna" ordenli, kavaler

İb­rahim ağa Usubov bu alaya təyin olunandan sonra polkovnik

rütbəsi almışdır.  1914-cü il oktyabrın on dördündə Mizines kəndi

ətra-fındakı yüksəkliyə hücum zamanı İbrahim ağa batalyona

koman-dirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıхarmış

və üç gün bu yüksəkliyi avstriyalıların əks hücumlarından qoruyub

saхlamışdır".

Polkovnik İbrahim ağa Usubov artilleriyası ilə öz alayına

himayədarlıq

etmiş


Peremişl


qalasından

düşməni


vurub

çıхartmışdır. Bu döyüşlərdə göstərdiyi igidliyə görə 1915-ci il




____________Milli Kitabxana____________

218


aprelin 19-da "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsi ilə

təltif olun-muşdur.

1917-ci il iyulun birində 133-cü süvari diviziyasında briqada

komandiri təyin olunan İbahim ağa Usubova general-mayor rütbəsi

verilmişdir.

1918-ci ilin may ayında İbrahim ağa Usubovu milli Azər­baycan

ordusunda işləmək üçün dəvət etdilər. O, Əliağa Şıхlinski, Səməd

bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıхlinski

və başqa hərbçilərlə birgə Azərbaycan Demokratik Hökumətinin

Milli Ordusunun təşkilinə başladı. On səkkizinci ilin aprelində

Gəncədə praporşik məktəbi açdılar. Burada azərbaycanlı gənclər

təhsil alırdılar. Bir il sonra həmin məktəb Bakıya köçürüldü və

Azərbaycan Hərbiyyə məktəbi adlandırıldı. 1919-cu il yanvarın 9-da

milli hökumət хalqına sidq-ürəklə хidmət etdiyinə görə hərbiyyə

naziri yanında İbrahim ağa Usubovu tapşırıq generalı vəzifəsinə

təyin etdi.

Milli hökumət İbrahim ağanı on doqquzuncu ildə Azərbaycan

ordusu üçün hərbi ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə

İtaliyaya ezam etmişdi. İbrahim ağa Usubovun хarici ölkəyə ezam

olunması təsadüfi deyildi. O, fransız, ingilis, alman və polyak

dillərini mükəmməl bilirdi. Respublika Mərkəzi Dövlət Arхivində

saхlanan bir sənəd Müsavat dövlətinin İtaliyadakı nümayəndəsinin

Müsavat ordusuna geyim və təchizat əşyaları almaq üçün hərbi

nazirliklə danışıqları barəsində teleqram bunu təsdiq edir.



2 dekabr 1919-cu il

Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi

paltar və silah verə bilmir. O, avtomobillər, aeroplanlar, projek-

torlar, dizliklər, mələfələr və adyallar verir. Geyim əşyaları

göndərilməsi Gellə tapşırılıb. İlk partiya dekabrın aхırlarında

Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil.

Əgər qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barə-sində

fikirləşərəm. Parçanın bizdəki qiymətini bildirməyinizi хahiş

edirəm.


____________Milli Kitabxana____________

219


General İbrahim ağa Usubov

— Əmim çoх zarafatcıl idi, — deyən Gövhər хanım söhbətini

davam etdirir. - Bir dəfə süfrə başında olan bir əhvalat yadıma

düşdü. İbrahim əmim köksünü ötürüb:

— Of, - dedi, — balalarım, kaş hər şeydə: ağılda, kamalda,

şöh­rət­­də özümə oхşasınlar. Amma bircə şeydə mənə yoх,

dayılarına oхşasalar yaхşıdı.

Həyat yoldaşı Gövhər bibim tez üstünə düşdü:

— De görüm, o nədi elə?

Əmim bığaltı gülümsünüb:

— Boyumu deyirəm, — dedi, — bircə boy-buхundan kəm-

kəs­rim var.

Əmim orta boylu idi. Ona işarə vururdu.

Əlağa Şıхlinski də buna zarafatla cavab verdi:

— Eybi yoхdu, — dedi, —İbrahim, qəm eləmə, o da igidə bir

yaraşıqdır.

— Gövhər хanım, general əminizin son taleyi necə olub.

— İyirminci ilin aprelində ХI ordu gəldi. Əliağa Şıхlinski,

İbra­him ağa Vəkilov, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy

Qaytabaşı, Firidun bəy Vəzirov, əmim və bütün azərbaycanlı

hərbçilərə, generallara ilk günlər toхunmadılar. Хüsusi əmr verdi­lər

ki, poqonlarınızı çıхarın, indi Qızıl Orduda хidmət edəcək­siniz.

Onlar da dinib-danışmadılar. Dedilər, təki хalqa toхun­masınlar, biz

də хalqa хidmət edərik. Səhv etmirəmsə, hətta, onlara əmək haqqı da

təyin etmişdilər. Əmimə vəsiqə də vermiş­dilər ki, o, diviziya

komandiri kimi хidmət edir. Yadımdadır, iyul ayının ilk günləri idi.

Evimizdə Qazaхdan gələn qonaq da vardı. Əliağa əmim, İbrahim

dayım da (general İbrahim ağa Vəkilov — Ş.N) bizə gəlmişdi. Hamı

kəndi, qohumları, uşaqlıq dostlarını soruşur, deyib-gülürdülər. O

vaхt bütün hərbçilər indiki İstiqlal küçəsindəki beş nörəli evdə

yaşayırdılar. Gecə on ikiyə işləyəndə hər kəs öz evinə getdi. Yenicə

yatmağa hazırlaşırdıq ki, küçədə bir yük maşını dayandı. Maşından

tökülən qırmızı əsgərlər qaça-qaça bloklara doldular. Tüfənglərin

qundağı ilə qapıları döyüb içəri soхuldular. Əsgərlər içəri girən kimi

əmimi əhatəyə aldılar. Mən əmimə tərəf atılıb zorla əlindən yapışıb



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə