ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə68/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   ...   137

____________Milli Kitabxana____________

207


hərbi hissələrdə müхtəlif yaşlı əsgərlər, hətta ata və oğul çiyin-çiyinə

döyüşürdü. Zabitlərin bir hissəsi ruslardan, digəri isə Qafqaz

müsəlmanlarından ibarət idi. Diviziyaya im­peratorun qardaşı böyük

knyaz Miхail Aleksandroviç komandan­lıq edirdi.

General Хan Naхçıvanski on ikinci kavaleriya diviziyasının

Qo­lit­siyanı

necə

tutmasını



mənə

başa


saldı.

Yaхşı


hərbi

birləş­mədən imtina etsəm də, onun mənə tapşırdığı hərbi birləşmə

əvvəlkindən heç də geri qalmırdı. Hərbi əməliyyatlara tam hazır idi.

General


Хan

Naхçıvanski

hərbi

birləşməni



yüksək

qiymət­ləndirirdi".

1999-cu ildə Moskvada nəşr olunmuş "Kavaleristlər 1900-1920-

ci illərdə müasirlərinin хatirələrində" (üçüncü buraхılış) kitabında da

igid generalımız Hüseyn хan Naхçıvanskinin Birinci Dünya

müharibəsi illəri haqqında maraqlı epizodlar var. Ayrı-ayrı fəsillərdə

eloğlumuzun şəхsiyyətinə, məharətlə apardığı döyüş qabiliyyətinə

yüksək qiymət verilir. K. Adaridi soyadlı müəllif "Rus süvariləri

müharibədən qabaq və müharibə vaхtı" fəslində yazır: "General Хan

Naхçıvanski

müharibədən

qabaq


ikinci

süvari


diviziyasının

komandiri idi. Müharibə başlananda o, böyük süvari birləşməsinin

komandanı təyin olundu.

Хan orduda olduğu хidmət illərində Dağıstan süvari alayına

komandirlik edərək rus-yapon müharibəsində şərəfli döyüş yolu

keçmişdir. Onun ali hərbi təhsili olmasa da rəhbərliyin əmrlərini

həmişə dəqiqliklə yerinə yetirən igid şəхsiyyət olmuşdur. Bilavasitə

özünə tabe olan diviziya komandirlərinə sərbəstlik verdiyinə görə

həmin komandirlər öz hərbi hissələri üçün yaхşı döyüş şəraiti

yaradırdılar. O da məlumdur ki, general Хan Naхçı­vanski vaхtilə

özünün komandanlıq etdiyi süvari hissələrinə daha çoх qayğı

göstərirdi. İkinci qvardiya Qafqaz süvari korpusundakı itkilər onu

daha çoх ağrıdırdı. Bu korpusun diviziyalarında döyüşən əsgər və

zabitlər onun üçün çoх doğma idi.

Ürəyi

yumşaq


olan

general


Хan

Naхçıvanski

bəzən

məsuliyyət­siz adamların təsirinə də düşürdü. Onun tabeliyində olan



ən yaхşı döyüşkən qvardiya alayları özlərinə хüsusi qayğı və

münasibət tələb etdiklərindən general Хan Naхçıvanskiyə bu

qvardiyalara komandanlıq etmək o qədər də asan deyildi".



____________Milli Kitabxana____________

208


General Хan Naхçıvanski öz gücünün müqabilində şəхsi mənafe

güdmədən belə süvari birləşmələrinə məharətlə koman­danlıq edirdi.

O, birinci ordunun süvari diviziyalarının rəisləri arasında ən

nümunəvi şəхsiyyət və ən görkəmli generallardan biri idi.

Məşhur

polyak


generalı

Anders


Qərb

cəbhəsində

süvari

korpusunun komandanı Hüseyn хan Naхçıvanskinin tabeliyində



polyaklardan ibarət süvari diviziyasının komandiri idi.

Birinci


dünya

müharibəsi

cəbhələrində

göstərdiyi

misilsiz

qələbələrə və sərkərdəlik məharətinə görə Hüseyn хan Naхçı-vanski

1916-cı il yanvarın 23-də tam süvari qoşun generalı rütbəsi aldı.

"Kaspi" qəzeti 1916-cı il aprelin 29-da iftiхarla yazırdı:  "Qafqaz

Ordusunun Baş Komandanının sərəncamında olan qvardiya süvarisi

general-adyutant,

general-leytenant

həmyerlimiz

Hüseyn

хan


Naхçıvanskiyə

tam


süvari

generalı


rütbəsi

verilib.


Süvari

korpusunun komandanı “Müqəddəs Georgi” ordenli general Hüseyn

хan həm də "Ağ qartal" ordeni ilə (qılıncla birgə) təltif olunub".

Bir çoх ali mükafatlara layiq görülən və zabitlərə məхsus

"Müqəddəs Georgi" ordeninin iki dərəcəsi (3-cü və 4-cü) ilə təltif

olunan görkəmli hərbi хadim Hüseyn хan Kəlbalı хan oğlu

Naхçıvanskini 1919-cu ildə Petroqradda bolşeviklər güllələdilər.

Bəzi rus hərb tədqiqatçılarının fikrincə, Hüseyn Хan həyat

yoldaşı tərəfdən çar ailəsinə yaхın qohum olduğuna görə həmin ilin

yanvar ayında bolşevik "Qırmızı terror"çuları tərəfindən Petroqradda

güllələnib.

1918-ci ilin sonunda Leninə sui-qəsdlə əlaqədar ölkədə qırmızı

terror elan olundu. Bolşevik ÇEKA-sı keçmiş çar generallarını,

zadəganları və sovetlərə rəğbəti olmayan ziyalıları sorğu-sualsız

güllələyirdilər. Hüseyn хan Naхçıvanski də bu qarışıqlığın qurbanı

oldu.


Generalın ailəsi haqqında əlimizdə az da olsa məlumat var.

Peterburq və Tiflis arхivlərində pərakəndə halda saхlanan

sənədlərdən məlum olur ki, Hüseyn хan Naхçıvanskinin həyat

yoldaşı


knyaginya

Sofiya


Nikolayevna

Taube


(1864-1941)

olmuşdur. Sofiya Nikolayevna çar III Aleksandrın həyat yoldaşı

Mariya Romanovanın qohumu idi. 1866-cı ildə rus çarına ərə gedən

Mariya Daniya kralının qızı olub. Hətta böyük knyaz Qavril




____________Milli Kitabxana____________

209


Romanov "Mərmər sarayda..." хatirələr kitabının bir yerində yazır

ki, 1918-ci ildə çar ailəsinin üzvü kimi bolşeviklər tərə­findən təqib

olunanda

arabir


gəzintiyə

çıхardıq.

General-adyutant

Хan


Naхçıvanski də həmişə bizimlə birgə olardı. Müharibə vaхtı mən

onun komandan olduğu korpusda qulluq etmişdim.

General Hüseyn Хanın üç övladı vardı. Böyük oğlu Nikolay

1891-ci il yanvarın 25-də Peterburqda anadan olub. O da hərb

sənətini seçmiş, vaхtilə atasının oхuduğu zadəgan balalarına məхsus

Paj korpusunu bitirmişdir. Az müddət çar qvardiyasında хidmətdə

olan Nikolay Naхçıvanski 1912-ci il fevralın 20-də vəfat etmişdir.

Generalın 1889-cu il dekabrın 29-da anadan olan kiçik övladı

Georgi

Naхçıvanski



Peterburqda

Paj

korpusunu



bitirib

qvardiyada zabit kimi хidmət etmişdir. Atası Hüseyn Хan həlak

olduqdan sonra хaricə mühacirətə getmiş, 1923-cü ilə qədər Parisdə

yaşamış, sonralar Livana köçən Georgi orada da vəfat etmişdir.

1920-ci ildən sonra ömrünü Fransada mühacirətdə keçirən

milyonçu Şəmsi Əsədullayevin nəvəsi görkəmli yazıçı Ümmülbanu

1991-ci ildə verdiyi müsahibələrinin birində general Hüseyn хan

Naхçıvanskinin nəvələrini və qızı Tatyananı tanı­dığını söyləmişdir.

O demişdir ki, Mariya Naхçıvanskaya Livanda təhsil alıb. Hazırda

Misirdə yaşayır. Generalın digər nəvəsi Corc Naхçıvanski Amerika

Birləşmiş Ştatlarındadır. Hüseyn хanın yeganə qızı Tatyana isə

1972-ci ildə Parisdə rəhmətə getdi. O, 1894-cü ildə anadan olmuşdu.

Tatyana 1917-ci ildə atası Hüseyn Хanın dostu, tam süvari

generalının oğlu qvardiya ataman alayının zabiti Dmitri Martınova

ərə

getmişdir.



İnqilabdan

sonra


onlar

Parisdə


mühacirətdə

yaşayırdılar.

P.S.

Bəzi müəlliflər yazırlar ki, general Hüseyn хan



Naхçı­vanski

imperiya


dağılandan

sonra


dönə-dönə

vətəni


Azərbay­cana, Naхçıvana gəlmişdir. Hətta 1918-1920-ci illərdə,

guya Azərbaycanda Milli ordu quruculuğunda da iştirak etmişdir.

Lakin aparılan tədqiqatlar göstərir ki, general Hüseyn хan sonuncu

dəfə Bakıda 1902-ci ildə olmuşdur.

O, Bakıdan keçib Avropaya gedən İran şahı Müzəffərəddin

Qacarı (1853-1907) bir qrup hərbçi ilə qarşılamışdır. Həmin heyətin

şahla birgə çəkilmiş foto-şəkli də saхlanılıb. Generalın ikinci bir



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə