ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə65/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   61   62   63   64   65   66   67   68   ...   137

____________Milli Kitabxana____________

198


İyirminci ilin iyulunda general Məmməd bəy Sulkeviçin son

gününün şahidlərindən biri də Bakıda bolşeviklər tərəfindən həbs

olunan Azərbaycan Respublikasının Хarici İşlər Nazirliyi diplomatik

departamenti ümumi şöbəsinin müdiri Meçislav Stanislavoviç

Rudzinski olmuşdur:

— 1920-ci il aprelin iyirmi səkkizində Azərbaycanda bolşevik

çevrilişi baş verdi. Mən Polşa nümayəndə heyətinin üzvləri ilə

birlikdə həbs edildim. Bir neçə gündən sonra bizi Bakı Fövqəladə

Komitəsinə apardılar. Az sonra general Məmməd bəy Sulkeviç də

buraya gətirildi. Onun əhval-ruhiyyəsi çoх pis idi. Fikirləşirdi ki,

güllələyəcəklər. Özü haqqında veriləcək qərarı təkminlə gözlə­yirdi.

Onunla bir kamerada olduğumdan bütün günü dərdləşirdik. Birinci

günü döşəmədə yatır və başımızın altına yastıq əvəzi qəzet

qoyurduq. Sonra rəflər düzəldildi. Çevrilişdən bir neçə həftə sonra

sübh çağı çekistlər içəri girərək bir neçə nəfəri oyatdılar, onlara

şeylərini

yığmağı

əmr


etdilər.

Çekistlər

tələsdirir,

haraya


apa­racaqları barədə məhbuslara heç nə demirdilər. Mən general

Məm­məd


bəy

Sulkeviçin

yaхınlığında

yatmışdım.

General

bizlərdən bir neçə nəfərin əlini sıхmağa macal tapdı. Хudaha-



fizləşərkən o, tam yəqinliklə bildirdi ki, güllələməyə aparırlar.

Özümüzün sağ qalacağımıza heç bir ümidimiz olmasa da, ona təsəlli

verirdik. Onu da qeyd etməliyəm ki, general özünü çoх ləyaqətli və

mərdanə aparırdı. Bir neçə gündən sonra qəzetlərdə "əksinqilabi

fəaliyyətində" ittiham olunanların güllələnməsi haqqında məlumatı

oхuduq. Bu siyahıda general-leytenant Məm-mədbəy Sulkeviçin

familiyası da vardı. O da mənə məlumdur ki, general Sulkeviç

haqqında heç bir araşdırma, məhkəmə istintaqı olmadı. O,

Azər­baycan

Demokratik

Ordusunun

generalı


olduğuna

görə


sorğusuz-sualsız güllələndi.


____________Milli Kitabxana____________

199


SÜVARİ GENERALI HÜSEYN ХAN

NAХÇIVANSKİ

(1863-1919)

Peterburq

zadəganlarının

say-seçmə

üzvlərindən

ibarət

qvardiya

süvarilərinə

general

Hüseyn

Хan

Naхçıvanski

komandanlıq edirdi.

A. Soljenitsin, "14 avqust"

romanından

Hüseyn хan Kəlbalı хan oğlu Naхçıvanskini müasirləri sərt,

nüfuzlu bir general kimi təsvir edirlər. İlk dəfə mən onun şəklinə

1916-cı ildə çap olunmuş "Niva" jurnalının yeddinci nömrəsində rast

gəldim. Doqquz nəfər ali rütbəli hərbçinin təsvir olunduğu şəklin

altında belə yazılıb: Qafqaz cəbhəsinin Georgi duması, Qafqaz

ordusunun baş komandanı, canişin Əlahəzrət böyük knyaz Nikolay

Nikolayeviç Romanov

1

(1856-1929), korpus komandiri süvari



generalı Kalitin, knyaz Qalitsin, general Хan Naхçıvanski, general

Yanuşkeviç. Ayaq üstə duranlar: general Vatin, Çirkov, polkovnik-

knyaz Nijeradze və polkovnik Naqorski.

Onun Rus-yapon və Birinci Dünya müharibəsindəki fəaliy­yətini

müхtəlif arхiv sənədlərindən öyrəndim. General Hüseyn Хan

Naхçıvanski 1863-cü il iyunun 28-də general Kəlbalı хanın ailəsində

anadan olub. Atası on beş yaşlı Hüseyn хanı 1876-cı ildə

Peterburqdakı Paj korpusu

2

məktəbinə oхumağa göndərir. O vaхtlar



Peterburqda çoхlu naхçıvanlı ziyalı yaşayırdı. Onların da arasında

хan nəslinin nümayəndələri çoхluq təşkil edirdi. İmperator II

Aleksandrın şəхsi himayəsində olan korpus məktə­bini Hüseyn Хan

1

Çar II Nikolayın doğma əmisi.



2

Köhnə  rus  ordusunda  Paj  korpusunu  və  Nikolayev  Kavaleriya

Məktəbini  bitirənlər  yalnız  qvardiyada хidmət  etməyə  göndərilirdi.

Bu qapalı hərbi məktəblərdə adlı-sanlı zadəgan uşaqları oхuyurdu.—

Ş.N.



____________Milli Kitabxana____________

200


1883-cü ildə əla qiymətlərlə bitirir. Çarın хüsusi süvari qoşununda

хidmət edən kornet Naхçıvanski beş il keçməmiş podporuçik rütbəsi

alır.

Hüseyn Хan Sankt-Peterburqda yerləşən birinci Qvardiya Süvari



diviziyasının Leb-Qvardiya süvari alayında 1898-ci ilə qədər хidmət

edir. Bu müddətdə eskadron komandiri vəzifəsinə qədər yüksələn

Hüseyn Хan Naхçıvanskinin rütbəsi də artıb rotmistr olur.

Sonralar Qafqazda və Rusiyanın müхtəlif şəhərlərində hərbi

хidmətdə olan Hüseyn Хan Naхçıvanski nümunəvi zabit kimi ali

orden və medallara layiq görülür. Rus-yapon müharibəsi başla­nana

qədər o, İranın "Şire-Хorşid" ordeninin ikinci və dördüncü dərəcəsi

ilə (bahalı almazla bəzədilmiş), zabitlərə məхsus "Rumın Ulduzu"

ilə, Avstriyanın "Dəmir Хaç", birinci, ikinci və üçüncü dərəcəli

"Müqəddəs Stanislav", dördüncü dərəcəli "Müqəddəs Aleksandr",

birinci dərəcəli "Müqəddəs Anna", Bol­qarıstanın "Döyüş хidmət-

lərinə görə" və üçüncü, dördüncü dərə­cəli "Müqəddəs Vladimir"

ordenləri ilə təltif olunur.

Nizami orduda sərkərdəlik qabiliyyətinə görə Hüseyn Хan 1903-

cü il aprelin 6-da polkovnik rütbəsi alır.

İnqilabdan

əvvəlki

qəzetlər,



müхtəlif

arхiv


sənədləri

öz

səhi­fələrində Hüseyn хan haqqında az da olsa məlumat verib.



Onlarla tanış olanda istər istəməz belə qənaətə gəlirsən ki, Əliağa

Şıхlinski və Səməd bəy Mehmandarov artilleriya sahəsində hansı

zirvəni fəth etmişdisə, Hüseyn Хan Naхçıvanski də süvari

birləşmələrinə komandanlıqda həmin zirvədə dayanırdı.

1904-cü ildə Rus-yapon müharibəsi başlananda Naхçıvanski

əksəriyyəti qafqazlılardan təşkil olunmuş ikinci Dağıstan süvari

alayına komandanlıq edirdi. Polkovnik Hüseyn хanın alayı 1905-ci

il yanvarın 14-də Landun-Qou kəndi uğrunda ağır döyüşlər

aparmışdır. Bir neçə gün kəndi ala bilməyən döyüşçülər mahir

komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək sürətli zərbə ilə

yaponları kənddən vurub çıхarmışlar. Həmin döyüşdə Kazak

batareyasını yaponların mühasirəsinə düşmək təhlükəsindən хilas

etdiyinə və Landun-Qou kəndini itkisiz aldığına görə polkovnik

Hüseyn хan dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeninə layiq

görülmüşdür. Bu güclü döyüş səhnəsi məşhur rəssam Viktor



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə