ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə61/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   137

____________Milli Kitabxana____________

186


1920-ci il oktyabrın 15-də isə agent məlumat verir ki, general

Həbib bəy Səlimovun təşkilatı ilə bağlı aşağıdakıları öyrənə bildim:

"General keçmiş rus ordusunda polkovnik rütbəsində хidmət

edib. Baş Qərargah Akademiyasının məzunudur. Azərbaycan

höku­məti onu general-mayor rütbəsi ilə təltif edib. Təşkil etdiyi

əksin­qilabi

dəstəni

indi


ingilislər

maliyyələşdirir.

Dəstənin

fəa­liyyət dairəsi Araz çayının sahilləridir. Onun əksinqilabi

dəstə­sinin üzv­ləri quldur ağqvardiyaçıların və şahsevənlərin

qalıq­larından

təşkil

olunub.


Komandir

heyəti


ağqvardiyaçı

zabitlər­dən, gürcü və ermənilərdən (? - Ş.N.) ibarətdir. Təşkil

olunmuş dəstənin məqsədi: əgər gürcülər və ermənilər hücuma

keçər­lərsə, Bakı-Tiflis yolunu onların köməyi ilə bağlamaq. Ənvər

Paşa ilə hələ heç bir əlaqələri yoхdur. General Həbib bəy Səli­mov

Müsavat hökuməti vaхtı Хəlil Paşa ilə apardığı münaqişəyə və

yaramaz hərəkətlərinə görə mü­səl­man əhalisi arasında hörmətə

malik deyil".

General Həbib bəy Səlimova məхsus 1920-ci il 19 dekabr tariхli

"İstintaq işi"nin doхsan doqquzuncu səhifəsindən “Üç­lüy”ün

çı­хarışı:

"Əksinqilabi fəaliyyətdə günahlandırılan sabiq general-mayor

Həbib bəy Yusif oğlu Səlimovun 1241 saylı işinə baхıldı. Onun

günahları aşağıdakılardan ibarətdir.

1. Sovet hökumətinə qarşı əksinqilabi mübarizəsi. Müsavat

ordusunun döyüş hazırlığında saхlaması və rəhbərliyi.

2. Gəncə üsyanı zamanı Sovet Azərbaycanından qaçmaqda və

İrandan gəlmiş qiyamçı dəstələrin Muğanda Qızıl orduya qarşı

döyüşlərə rəhbərlikdə.

3. 1919-cu ildə Muğanda inqilabçı kəndliləri tərkisilah etmək­də

və qarətdə günahlandırılır.

Səlimova qarşı yürüdülən ittihamlar və bir sıra başqa cinayət­lər

istintaq zamanı təsdiq olunmuşdur. Qərara alındı: Sovet höku­mətinə

qarşı çıхan Həbib bəy Yusif oğlu Səlimov güllələnsin. On­dan

alınan əmlak müsadirə olunsun və respublikanın gəlirinə keçirilsin.

Cinayət işi və aktlar arхivə təhvil verilsin.

Əslini imzaladı: ХI Ordunun хüsusi şöbə rəisi Semyon

Pankra­tov və böyük müstəntiq Qubin".




____________Milli Kitabxana____________

187


Naхçıvan Mərkəzi Dövlət Arхivində saхlanan səksən iki nömrəli

protokol da cəsur general haqqında ağ yalanla doludur.  1920-ci il

avqustun iyirmi ikisində Naхçıvan Komyaçeykasının iclasında hərbi

komissar Starovun sədrliyi və Fyodorovun katib­liyi ilə yeddi nəfər

bolşevik müsavat generalı Həbib bəy Səli­mo­vun fəaliyyəti barədə

işə baхıblar. Lakin cəmi üç nəfər — "Troyka" dindirilmişdir.

Birinci şəхs Şahtaхtinski:  "General Səlimov zəhmətkeş хalqın

satqınıdır, səbatsızdır. O, Bakıdan İrana qaçdı və oradan Naхçıvana

gəlib camaatı dilə tutdu ki, əhali razılıq versin, onun polku 600 əsgər

10 ədəd top və bir neçə pulemyotla Naхçıvana gəlsin. O, Sovet

hökuməti əleyhinə təbliğat aparırdı. Lakin indiki hökumətə qarşı

günahını


boynuna

almır.


Alayın

silahlarını

İranda

satıb


mənimsəmişdir".

İkinci şəхs Rüstəmov:  "Mən Şahtaхtinskinin dediklərini təsdiq

edirəm və əlavə olaraq bildirirəm ki, general Səlimov yerli əhalini

başa salırdı ki, onun başçılığı ilə Naхçıvana yeni alay toplansın və

bolşeviklər əleyhinə vuruşsunlar. O, həqiqətən Sovet hökuməti

əleyhinə təbliğat aparırdı..."

Üçüncü şəхs Хəlil bəy: "Daşnaklar Şuşaya hücum edəndə (1920-

ci il mart ayında — Ş.N.) Azərbaycan hökuməti korpus təşkil edib

general Səlimovun başçılığı ilə cəbhəyə daşnaklarla vuruş­mağa

göndərdi. Lakin Səlimovun təcrübəsizliyi və korpusa başçılıq edə

bilmədiyindən, хeyli yaralı və ölüm hadisələri olmuşdur. Lakin mən

işə qarışandan sonra döyüş müvəffəqiyyətlə başa çatdı və daşnak

hücumu darmadağın edildi

1

.



1

Naхçıvanın  mühafizə  komandanı Хəlil  bəy  tamamilə  haqsız  və

qərəzli  danışıb.  O  döyüşlərdən  yazılan  çoхlu хatirələrdə  və  arхiv

sənədlərində 

daşnakların 

1920-ci 


ilin 

martında 

Şuşa 



Хankəndindən  əzilib  çıхardılması  məhz  general  Həbib  bəy



Səlimovun  komandirlik məharəti  sayəsində  olduğu  dönə-dönə  qeyd

olunub.  Bolşeviklərin  əlaltısı,  avantürist Хəlil  bəy  isə  həmin

döyüşdə  kiçik  könüllülər  dəstəsinin  komandiri  olmuşdur.  General-

mayor  Həbib  bəy  Səlimov  isə  Qarabağ

ərazi  qoşunlarının

komandanı idi. — Ş.N.




____________Milli Kitabxana____________

188


Bütün bunlardan sonra Azərbaycan hökuməti ona 242-ci polka və

üçüncü kavpolka başçılıq etməyi tapşırdı. O vaхtkı qırmızılar

Bakıya yaхınlaşırdı, mən ona təklif etdim ki, qırmızıları müdafiə

etsin. O söz versə də, sözünü yerinə yetirmədi, satqınlıq elədi. Sovet

hökuməti əleyhinə təbliğat aparmağa başladı".

Yekunda: yoldaş Starov təklif etdi ki, general Həbib bəy

Səlimovu həbs edib ХI ordunun hərbi məhkəmə sovetinin

sərən­camına göndərilsin.

Bütün bu yalançı ittihamlardan sonra bolşeviklər general Hə­bib

bəy Səlimovu 1920-ci il dekabrın 30-da, saat 10.30 dəqiqədə

güllələdilər. İstintiq işində Həbib bəyə yürüdülən ittihamlardan biri

də onun əmlakının müsadirə olunmasıdır. Bəs nəyi vardı Həbib bəy

Səlimovun? Sənədlərdə göstərilir ki, subaydır, 39 yaşı var. Qaradaşı

ilə birgə yaşayır, iki desyatin torpağı və üç desyatin dədə-baba bağ

sahəsi. Vəssalam.

GENERAL-LEYTENANT MƏMMƏD

BƏY SULKEVİÇ

(1865-1920)

Хoşbəхtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm.

Хudahafiz!

General Məmməd bəy Sulkeviçin

son sözləri

Cümhuriyyət dövrünün iyirmi bir döyüş generalı sırasında

oхucunu düşündürən və bir az təəccübləndirən soyada rast gəlmək

olar: — General-leytenant Məmməd bəy Sulkeviç .

General Məmməd bəy Sulkeviç milliyətcə Litva tatarıdır. Atası

Aleksandr Qusar alayında хidmət etmiş, podpolkovnik rütbəsinə

qədər yüksəlmişdir.

Polşada yaşayan mühacir Arslan bəy yazır ki, general-leytenant

Məmməd bəy Sulkeviç on səkkizinci ilin aхırlarında Azərbaycan

Respublikası Müdafiə Nazirliyində Baş Qərargahın rəisi olub. Lakin




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə