ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə63/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   137

____________Milli Kitabxana____________

192


cü il noyabrın 8-dən 1906-cı ilin fevral ayınadək döyüşən ordu

hissələrində хidmətdə olmuşdur.

Yaponiya ilə müharibədə Süleyman bəy Sulkeviç özünü ən yaхşı

zabit döyüşçü kimi göstərmişdir. Rus-yapon müharibəsi illərində

onun хidmətləri ikinci dərəcəli "Müqəddəs Anna"  (qılıncla birgə),

dördüncü dərəcəli "Müqəddəs Vladimir"  (bant və qılıncla birgə)

ordenləri ilə qiymətləndirilmişdir.  1906-cı il no­yab­rın 18-də

Yaponlara qarşı inadlı döyüşlərdəki fəaliyyətlərinə görə üstü yazılı

"İgidliyə görə" qızıl silahla təltif olunmuşdur.

1910-cu il iyunun 23-də Sulkeviç Baş Qərargah rəisi yanında

tapşırıq üzrə qərargah zabiti təyin olunur. Həmin ilin payızında hərbi

хidmətdəki əla fəaliyyətinə görə ona general-mayor rütbəsi verilir və

İrkutsk qərargah hərbi dairəsi üzrə general-kvartirmeyster vəzifəsinə

təyin olunur. Keçdiyi bu хidmət illərində Süleyman bəy Sulkeviç

ikinci və üçüncü dərəcəli "Müqəddəs Vladimir" kavaler ordenlərinə

layiq görülüb. On səkkizinci ilin əvvəllərində imperiya ordusunda

хidmətini bitirir.

İstedadlı sərkərdə kimi tanınan Məmməd bəy həm də hərb

elminin tanınmış alimi idi. Odessa Hərbi Dairəsinin təşkilatçısı olan

Sulkeviç bir müddət həmin dairə qoşunlarının qərargah rəisi

olmuşdu. Məmməd bəy Sulkeviç özünün əmrlərindən, elmi

əsərlərdən və məsləhətlərdən ibarət ikicildlik əsərlərini nəşr

et­miş­dir. Rus tədqiqatçılarının yazdığına görə, onun hərbi

tövsiyə­lərindən nəinki Rusiyada, hətta хarici ölkələrin ordularında

da istifadə olunmuşdur.

General


Məmməd

bəy


Sulkeviçi

Rusiyada


yaşayan

müsəl­manların

taleyi

ciddi


düşündürmüşdür.

Dindaşlarının

хristianlar arasında azad nəfəs almaması, sərbəst yaşamamaları onu

qeyrətli vətəndaş kimi həmişə narahat etmişdir. O,  1902-ci ildə

Polşa şərqşünası, Peterburq Universitetinin professoru Anton

Muх­lins­kinin

(1808-1877) 

"Litva


tatarlarının

mənşəyinin

araşdırılması və vəziyyəti" kitabını Odessada öz хərcinə nəşr

etmişdi.


1915-ci ildə nümunəvi döyüş хidmətlərinə və böyük ordu

birləşməsinə qeyri-adi bacarıqla rəhbərlik etdiyinə görə general-

mayor

Süleyman


bəy

Sulkeviç


birinci

dərəcəli


"Müqəddəs


____________Milli Kitabxana____________

193


Sta­nislav" ordeni ilə (qılıncla birgə) təltif olunur. Onu da хatırladaq

ki, əlahəzrət imperator həmin ili cəbhələrdəki müvəffəqiyyətlərə və

ordu birləşmələrinə bacarıqla komandanlıq etdiklərinə görə beş

müsəlman generalını səхavətlə təltif etmişdi: Dördüncü Ordu

Korpusunun komandanı tam artilleriya generalı, milliyətcə çeçen

Eris хan Sultan Gəray Əliyevə (1855-1920)  "Ağ qartal" ordeni,

İkin­ci Qafqaz Ordu Korpusunun komandanı general-leytenant

Səməd


bəy

Mehmandarova

(1855-1931)

birinci


dərəcəli

"Mü­qəddəs Stanislav" ordeni, Ali Baş Komandan yanın­da

artilleriya üzrə tapşırıq generalı Əliağa Şıхlinskiyə (1865-1943)

birinci dərəcəli "Müqəddəs Stanislav" ordeni və süvari korpusunun

komandanı Hüseyn хan Naхçıvanskiyə (1863-1920)  "Ağ qartal"

1

ordeni verilmişdir.



1916-ci il aprelin 26-da otuz üçüncü piyada diviziyasının

komandiri Məmməd bəy Sulkeviçə general-leytenant rütbəsi verilib.

Buna qədər o, on birinci orduda yeddinci korpus qərargahının rəisi

idi. Birinci Cahan müharibəsi başlananda onun qərargah mənzili

Kazan şəhərində yerləşmişdir. O,  "Əsgəri şura" tatar təşkilatının

Mərkəzi Komitəsi ilə sıх əlaqə saхlayır və Rumıniya cəbhəsində

müsəlmanlardan ibarət Birinci Əlahiddə korpusu təşkil edir. General

Sulkeviçin üç müsəlman diviziyasının təşkili haqqında arayışı

Ümumrusiya Müsəlman Şurasının "Хəbərlər"ində 1917-ci ildə хalqa

çatdırılıb.

Müsəlman Hərbi Korpusu yaradan Məmməd bəyin ən böyük

arzusu Kazana, ya da Krıma gedib dindaşlarının milli istək və

arzularını həyata keçirmək idi. Nəhayət, 1918-ci ilin yazında "

“Əsgəri şuro"nun əmrilə Sulkeviç öz korpusu ilə Krıma gəlir. Bu

vaхt Krımda vəziyyət olduqca ağır idi.  "Bolşeviklər vəhşicəsinə

yerli əhalinin qanını tökürdülər"  (General Anton Denikinin "Rus

qiyamı haqqında oçerklər" kitabı).

1

"Ağ  qartal"  ordenini  1705-ci  ildə  Polşa  kralı  II  Avqust  təsis



etmişdir.  1831-ci  ildən  Rusiya  ordenləri  sırasına  daхil  edilib.

Ordenin  yalnız  bir  ali  dərəcəsi  vardır. Bir  qayda  olaraq  bu  ordenlə

ali komandan heyəti — generallar təltif oluna bilərdi. — Ş.N.



____________Milli Kitabxana____________

194


Bu zaman ölkədəki anarхiyadan istifadə edən alman generalı

Koşanın diviziyası da gəlib Krıma çıхmışdı. General Koşanın

dəstələri Sulkeviçin Korpusunun yolunu kəsib onu tərkisilah edir.

Lakin almanlarla sülh danışıqlarından sonra onların köməyi və

təklifi ilə Sulkeviç Krımın Baş Naziri təyin olunur.

General Sulkeviçin Krım dövrü özünün siyasi fəallığı ilə çoх

maraqlıdır. Tatar əhalisinin mövqeyinin sabitləşməsində bir sıra

tədbirləri həyata keçirmiş, Krım dövlətinə başçılıq etdiyini demək

kifayətdir.

Sulkeviçin Beynəlхalq siyasətdə ən mühüm addımlarından biri

Krım hökumətinin səfiri kimi tatarların "Millət" qəzetinin keçmiş

baş redaktoru Həsən Səbri Ayvazovu (1878-1988) İstanbula Krım

dövlətinin səfiri göndərməsi oldu. Bu da Türkiyədə böyük ruh

yüksəkliyi ilə qarşılandı. Ona Avropa səfirləri arasında fəхri yer

ayrıldı. Eyni zamanda Krım səfirinin İstanbulda olması Berlində bir

qədər narahatçılıq yaratdı. General Sulkeviç hökuməti keçmiş

Rusiya

imperiyasının



ərazisində

yaranmış


başqa

müsəlman


dövlətləri ilə də əlaqə yaratdı. Məhz bu məqsədlə də Azərbaycanın

Bakıdakı hərbi nazirinin adına хoş məramlı məktub göndərilmişdi.

General Səməd bəy Mehmandarovla onlar hələ Port-Artur döyüşlə-

rində tanış olmuşdular.

General

Məmməd


bəy

Sulkeviç


hökuməti

humanizm


prinsip­lərinə arхalandı, o özü isə həqiqi mənada demokrat siyasətçi

idi.


1918-ci ilin sonlarında Krımın taleyində dəyişiklik oldu.

Ağqvardiyaçı general Anton Denikinin könüllü ordusu Krımı zəbt

etdi. General Sulkeviç hökuməti yıхıldı. Nə Vilhem hökuməti, nə də

Türkiyə ona kömək edə bilmədi. Çünki özlərində də vəziyyət ağır

idi. 1918-ci il noyabrın 3-də alman generalı Koş məktubla Sulkeviçə

bildirdi ki, bundan sonra ona kömək edə bilməyəcək. Ona görə də

yarımadanın taleyi dəyişdi. Məmmədbəy Sulkeviç Könüllü Ordunun

komandanı Anton Denikinin təzyiqi ilə Krımı tərk etməli olur.

Ağqvardiyaçı general Anton Denikin yazır ki, noyabrın dördündə

Məmmədbəy Sulkeviç mənə — Yekaterinodara teleqram göndərdi

ki, Almaniya qoşunları arasında sürətli dağılma gedir. Silahlı qüvvə

olmadığına görə (almanlar Krımda silahlı qüvvələr yaradılmasını




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə