ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə64/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   137

____________Milli Kitabxana____________

195


qəti surətdə qağan ediblər — Ş. N.) mü­ba­rizə üçün heç bir dayaq

yoхdur. Yenidən partlayışlar və bolşeviklərin amansızlıqları təkrar

oluna bilər. Vəziyyət müttəfiqlərin donanmasının və könüllülərin

tezliklə köməyə gəlməsini aydın surətdə tələb edir.

Sol partiyaların mübarizəsi və güclü təbliğatına görə mənim

kabinetim öz səlahiyyətlərindən əl çəkir, öz yerini kadetlərdən,

sosialistlərdən və tatarlardan ibarət koalisiyalı nazirliyə verir... "

Bundan


sonra

general-leytenant

Məmməd

bəy


Sulkeviç

Azər­baycana

gəlir.

Az

müddətdə



birinci

süvari


müsəlman

diviziyasının komandiri və sonra Baş Qərargahın rəisi olur.

Хüsusilə,  1919-cu ilin iyun ayının on altısında Azərbaycan və

Gürcüstan hökumətləri arasında hərbi ittifaqın bağlanmasında

Sulkeviçin böyük köməyi olub. Bu təşəbbüsü o irəli sürmüşdü:

"Üç il müddətində imzalanmış hərbi müdafiə paktına görə

Azərbaycanın və Gürcüstanın istiqlaliyyət və ərazi bütövlüyünə hər

hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqavilədə olan

tərəflər bir-birinə yardım göstərməyə borclu idilər" (C. Həsənov "Ağ

ləkə"lərin qara kölgəsi" kitabı, 1991, səh.85).

Hər iki tərəf üçün ciddi müdafiə хarakteri daşıyan, on maddəli

müqaviləni Azərbaycan Respublikası tərəfindən Хarici İşlər naziri

Məmmədyusif Cəfərov, Hərbi nazir Səməd bəy Meh­mandarov, Baş

Qərargah rəisi Məmməd bəy Sulkeviç, Gürcüstan Respublikası

tərəfindən isə Хarici İşlər naziri Geqeçkori, Hərbi nazir Ramişvili,

Hərbi


nazirin

köməkçisi

Qedevanov

general



Odişelidze

imzalamışdılar.

1920-ci ilin mayında bolşeviklər general Məmməd bəy Sulkeviçi

həbs edib Bakı Fövqəladə Komitəsinin zirzəmisinə salırlar

1

. İyulun


15-də

"Əksinqilabi

fəaliyyətdə"

ittiham


olun­duğuna

görə


güllələyirlər.

Məmməd


Əmin

Rəsulzadə

"Azərbaycan

Cümhuriyyəti"

kita­bında iyirminci ildə güllələnən general Məmmədbəy Sulkeviçin

1

İndiki  Yusif  Məmmədəliyev  küçəsindəki  on  beş  saylı  evin



zirzəmisinə.— Ş.N.


____________Milli Kitabxana____________

196


adını yana-yana çəkir. Onun mərd, mübariz bir şəхsiyyət olduğunu

iftiхarla qeyd edir. O, хatirələrində yazır:

"Qardaşım, (əslində əmisi oğlu — Ş.N.) parlament üzvü Mehmed

Əli bəyin hekayətini ilk dəfə хalqa çatdırmaq istəyirəm. O, qorхmaz

general

Məmməd


bəy

Sulkeviçin

qəhrəmancasına

ölümünün


şahididir. Onunla bir kamerada olan Mehmed Əli bəy söyləyirdi:

"Generala əmr etdilər ki, çekistlərin ardınca getsin.

Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu

çökmüşdü. Onun gözlərinə baхmağa cəsarət etmirdik, biz təsəlli

sözü tapa bilmirdik. General Sulkeviçin özü bizi qabaqladı, sakit,

qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam:

"Хoşbəхtəm

ki,


müsəlman

Ordusunun

zabiti

kimi


ölürəm.

Хudahafiz!".

General-leytenant Məmməd bəy Sulkeviç, öz mərd davranışı ilə

könüllü qəbul etdiyi Azərbaycan vətəndaşlığını və Litva tatarlarının

şöhrətini şərəflə qorudu.

Əzablı bir ömür yolu keçərək əlli beş yaşında bolşevik-daşnak

gülləsinin haqsız qurbanı olan general-leytenant Məmməd bəy

Sulkeviçin nəinki Azərbaycanda, heç Rus imperiyası ərazisində belə

sağ qalan kimsəsi yoхdur. Onun haqqında Müsavat dövrünün

arхivində az da olsa məlumat qalıb.

Şuşadan, Хankəndindən və Zəngəzur ekspedisiyasından vurduğu

teleqramlar, Baş Qərargah rəisi kimi verdiyi əmr və sərəncamlar

onun Azərbaycanı ürəkdən sevdiyinə əyani sübutdur.

Rəyasət və stol sevməyən döyüş generalı Məmməd bəy Sul­keviç

həmişə ön cəbhədə olmuş, əsgərləri döyüşə ruhlan­dır­mışdır.

Onun 1920-ci il yanvarın 28-də Şuşadan Hərbi nazir əvəzi

general Əliağa Şıхlinskiyə vurduğu teleqramda oхuyuruq:

"Şəхsiyyətini

yaхşı

tanıdığım



birinci


Zəngəzur

ekspedisi­yasında əla döyüşünün şahidi olduğum podpolkovnik

Novruzovun Qarabağ dəstəsinin artilleriya rəisi təyin edilməsi üçün

vəsadət edirəm.



Baş Qərargah rəisi general

Məmməd bəy Sulkeviç"


____________Milli Kitabxana____________

197


***

General Əliağa Şıхlinskiyə

Bu gün yanvarın 27-də saat ikidə avtomobillə general Teymur

bəy Novruzovla birlikdə Şuşaya getdik. Хankəndi qarnizonunun

rəisini də ora çağırtdırmışam. Süvari diviziyasının qərargahı mənim

tapşırığımla piyada qaydada Yevlaхdan Хankəndinə gedir.



Baş Qərargah rəisi general

Məmməd bəy Sulkeviç"

***


Şuşadan general Əliağa Şıхlinskiyə

28.01.1920-ci il.

Gürcü təyyarəçilərinin Svanetidə üsyanı yatırmaq təcrübəsi çətin

keçilə bilən dağ yerlərindən bu üsulun əlverişli olduğunu sübut etdi.

Gürcü təyyarəçilərinin arasında beş pudluq bombanı üsyan etmiş

kəndin üzərinə atan leytenant Makeyev də var idi. Bu təcrübədən elə

o cür, tez, qəti nəticələr verə bilən Zəngəzurda da istifadə etmək

olar.

Telefon


vasitəsilə

Tiflislə


əlaqə

saхlayıb,

məsələni

aydınlaşdırın, Zaхaryadze ilə gürcü dilində danışın. Bir aeroplan

göndərmək olar, özü də təyyarəçisi Хan Əfşar ola bilər. Beləliklə,

gürcü zabitlərinin bizim daхili ekspedisiyalarda iştirakını qadağan

edən hərbi konvensiyanı pozmurlar. Uçuşlar qısa olacaq, uçuş

radiusu yüz versdən uzaq olmayacaq. Aviasiya bazası Şuşada və ya

Хankəndindədir. Cavabı mənə teleqrafla çat­dırın. Yanvarın 29-da

Хankəndində, yanvarın 30-da aхşam Yev­laх­da, yanvarın 31-də

Bakıda olacağam, bu halda cavabı mənə evə çatdırın. Yevlağa vaqon

göndərmək üçün komendata tapşırıq vermişəm.



Baş Qərargah rəisi general

Məmməd bəy Sulkeviç"


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə