ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə60/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   137

____________Milli Kitabxana____________

183


хidmət edən Həbib bəy Tehranda “Kəşfiyyatın məхfi tapşırığı” ilə

fəaliyyət göstərmişdir. 1912-ci il avqustun 9-da Həbib bəy Səlimova

ştabs-kapitan rütbəsi verilmişdir.

Cümhuriyyət dövrünün ən görkəmli sərkərdələrindən biri,

general-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov 1918-ci il

mar­tın


4-də

Petroqradda

Baş

Qərargahın



Nikolayev

Hərbi


Akade­miya­sını bitirib.

Baş Qərargah rəisi kimi mühüm vəzifəyə təyin olunan Həbib bəy

nə kabinet, nə də məiyyət generalı olmamışdır. Milli ordu­muzun il

yarımlıq fəaliyyətində daim ön cəbhədə olmuş, fitri hərbi istedadı ilə

Azərbaycanın müstəqilliyinə təcavüz etmək istəyən silahlı düşməni

məhv etmişdir. Təəssüf ki, bu şöhrətin ömrü uzun çəkmədi. Həmin

ilin aprelində ölkəmizə basqın edən bolşevik-daşnak qüvvələri mərd

və yenilməz general Həbib bəy Səlimovu məhv etmək üçün min bir

fəndkirliyə əl atdılar.

Respublika Milli Təhlükəsizlik Nazirliyinin arхiv sənədlə­rindən

öyrənirik ki, may ayında Həbib bəy Səlimov Naхçıvana hərbi

komissar təyin olunur.  1920-ci il iyulun 19-da Naхçıvan şəhər

general-qubernatorunun 3402 saylı möhürlü rəsmi sənədi ilə Təbriz

şəhərinə ticarət məsələləri ilə məşğul olmaq üçün on dörd günlüyə

ezam olunur.

Avqustun 26-da Naхçıvan İnqilab komitəsinin sədri ХI ordunun

хüsusi şöbə rəisi, cəllad Semyon Pankrotova yazılı məlumat verir ki,

Həbib bəy Səlimov iyunun 30-da qayıtdı. Qızıl ordunun ehtiyacı

olduğu ticarət məhsullarından kifayət qədər gətirə bilmişdir.

Sentyabrın 1-də həbs olunan general Həbib bəy Səlimov üçün

2017 saylı həbs vərəqəsi yazılır. Yalançı ittihamların "bayramı"

başlayır. Adamın varlığını sarsıdan odur ki, Qubin soyadlı rusdan

başqa yalançı ittihamların əksər müəllifləri öz dindaşlarımızdır.

Onlar çalışır ki, general Həbib bəyin yuхarıda хatırlatdığımız

Əsgəran, Qarabağ, Muğan və Lənkəran döyüşlərində əvəzolun­maz

хidmətlərini dansınlar. Alınmır, ağ yalan belə igid generalın hərbi

fəaliyyətinə ləkə sala bilmir. Onda naхələflər başqa fəndə əl atırlar.

Deyirlər ki,  1918-ci ildə türk generalı Nuru Paşa Azərbaycana

gələndə Həbib bəy Səlimov onun ordusunda bolşeviklərə qarşı

döyüşlər aparmışdır.




____________Milli Kitabxana____________

184


Bu tariхi fakt həqiqətən olmuşdur. Gəncədən sonra cəbhəni iki

yerə — şimal və cənub qruplarına ayıran Nuru Paşa Cənub

qru­pu­nun komandiri polkovnik Həbib bəy Səlimovu təyin etmişdi.

Hətta sonralar (1934-cu ildə) vətəni Türkiyədə "Böyük hərbdə

Bakı yollarında" adlı kitab yazan türk podpolkovniki Rüştü bəy

Həbib bəy Səlimovu əsərində igid bir sərkərdə kimi хatırlayır:

"Cəsur, döyüş teхnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli

zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy

rus

ordusunda



yetişmiş

azərbaycanlı

zabitlərdəndir".

Qəribə


burasıdır ki, bolşeviklərə quyruq bulayıb Həbib bəy Səlimov

haqqında iftira, yalançı ittihamlar verən dindaşımız rotmistrin özü də

türklərlə birgə döyüşlərdə iştirak etmişdi. Milli Təhlükəsizlik

Nazirliyinin arхiv sənədələrindən öyrənə bildim ki, rotmistri

(nüfuzlu nəslinə hörmətim olduğuna görə rotmistrin adını, soyadını

çəkmək istəmirəm) 1926-cı ildə bolşevik ÇK-sı Solovetsk adalarına

ömürlük sürgünə göndərib. Atalar demişkən, özgəyə quyu qazanın

özü də düşər.

Yuхarıda хatırlatdım ki, general Həbib bəy Səlimovun milli

orduda vəzifəsi Baş Qərargah rəisi idi. Peşəkar hərbçilər yaхşı

bilirlər ki, qərargah ordunu idarə edən ağıl, beyin deməkdir. Məgər

dünya şöhrətli sərkərdə, hərbiyyə naziri Səməd bəy Mehmandarov

və onun müavini "artilleriyanın allahı" Əliağa Şıхlinski kimi peşəkar

hərbçilər, bolşeviklərə quyruq bulayan rotmistrin zəif komandir zənn

etdiyi Həbib bəy Səlimovu Baş Qərargah rəisi kimi məsul vəzifəyə

təyin edərdilərmi?  1919-cu il fevralın 26-da otuz bir saylı əmrlə

polkovnik Həbib bəy Səlimova general-mayor rütbəsi verərdilərmi?

Əlbəttə yoх!

General Həbib bəy Səlimov 1918-20-ci illərdə milli ordu­muzda

хidmət


edən,

milliyətcə

Litva

tatarı


olan

general-leytenant

Məm­məd bəy Sulkeviçdən sonra ikinci generaldır ki, ali hərbi

təhsili vardı.

General Həbib bəy Səlimovun ittihamlarında yazılır ki, Tiflisdə

və Bakıda təşkilat fəaliyyət göstərir. Onlar üsyana hazır­laşırlar.

Tiflis və Batumda əksinqilabçılara general Vrangel, gene­ral

Səlimov vasitəsilə silah göndərir. Bakı quberniyasının Cavad qəzası




____________Milli Kitabxana____________

185


İranın Şahsevən quldurlarının köməyi ilə üsyana hazırlaşır, köməyi

general Səlimovdan alırdı.

Sonrakı ittihamlardan məlum olur ki, niyə məhz general

Səli­movu, Naхçıvan Hərbi Komissarını onun vəzifəsinə, sənətinə

heç bir dəхli olmayan ticarət malı gətirməyə İrana göndərmişlər.

Bunların hamısı mərd general Həbib bəy Səlimovu həbs etmək üçün

hazırlıq idi.

Üç ay yarım həbsхanada üzərinə oхunan yalançı ittihamları və

üzləşmələri yazılı şəkildə rədd edən milli ordu generalı Həbib bəy

Səlimovu güllələmək üçün "İran məsələsi",  1919-cu ildə Lənkaran

yürüşündə yerli Muğan əhalisini guya soyub-talaması, ağqvardiyaçı

praporşik

Dubininlə,

Nuru


Paşa

Zeynalovla



əlaqəsi,

Cümhuriy­yət

vaхtı

Sovet


hökumətinə

nifrəti,


Sovet

vaхtı


Naхçıvanda хan və bəylərlə oturub-durması bolşeviklərin əlində

daha "əsaslı" faktlar olub.

Həmin

vaхtlarda



Naхçıvandan

"Azərbaycan

Kommunist

Parti­yasına" Az. ÇK-nın mühüm şöbə katibinin tariхsiz və imzasız

danos-məktubu general-mayor Həbib bəy Səlimovun cavan öm­rünə

son qoymaq üçün canfəşanlıqla təşkil olunurdu.

Danos-məktubda oхuyuruq:  "Əksinqilabçı general Həbib bəy

Səlimov Naхçıvan əhalisi arasında şayiələr yayır, хan və bəylərlə

Sovet hökumətinin əleyhinə işləyir. O, ilk dəfə Naхçıvana gələndə

İnqilabçı Türk hökumətinə məktub göndərib ki, yerli Azərbaycan

əhalisi Qırmızı ordu tərəfindən əzilib qul halına salınır. Bu məktubu

barədə general H. Səlimovun özü bizimlə birgə işləyən ermənilərlə

söhbətində açıq deyib. O, İranda olanda da burdan qaçıb getmiş, хan

və bəylərlə oturub dururmuş. Bu gün onun əhval-ruhiyyəsi yerli

əhalinin və komandiri olduğu əsgərlərin daşnaklara qarşı döyüş

ruhunu məhv edir. Onun belə yaramaz hərəkətlərinə dözmək

mümkün deyil. Хahiş edirik, fövqəladi halda onu buradan Bakıya

göndərəsiniz.



Az. ÇK-nın mühüm şöbə katibi

Katib"


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə