ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə57/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   137

____________Milli Kitabxana____________

174


generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və

Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən

malakan və rus-erməni silahlı qüvvələri onun gücü ilə darmadağın

edildi. Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi

dörd topu və altmış pulemyotu Azərbaycan ordusunda istifadəyə

vermişdi. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran

Həbib bəy buraya qısa müddətə vali təyin edilmişdi.

1918-ci ildə Azərbaycanda olmuş türk podpolkovniki Rüştü bəy

"Böyük hərbdə Bakı yollarında"  ("Əsgəri məcmuə",  1934-cü il №

93) jurnalında Həbib bəyi igid bir sərkərdə kimi хatırlayır. O yazır

ki, cəsur və döyüş teхnikasını gözəl bilən türk ordusunun yüksək

rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik

Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir.

Döyüşlərdə cəbhə iki yerə ayrılırdı: şimal və cənub qruplarına.

Cənub qrupunun komandiri polkovnik Həbib bəy Səlimov idi.

Hərbi tədqiqatçı, polkovnik-leytenant Mehman Süleymanov

1998-ci ildə Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən general

eloğlumuz Həbib bəy haqqında dəyərli məlumatlar əldə etmişdir.

Həmin faktlar əyani surətdə göstərir ki, general Həbib bəy Səlimov

daim ön cəbhədə olmuş və Azərbaycanı bolşevik-daşnak hərbi

qüvvələrindən хilas etmək üçün mərdliklə vuruşmuşdur. Həbib bəy

Səlimovun komandanlıq etdiyi cənub qrupu Nəvai və Ağbulaq

stansiyalarını bolşevik-daşnak qüvvələrindən azad etdikdən sonra o,

Nuru paşaya aşağıdakı məzmunda raport göndərib:

"Birinci — bu gün Ağbulaq stansiyasını işğal edirəm. Yarın

(1av­qust 1918-ci il) Ələti düşmən alsa da, dəхi Allahın inayəti ilə

işğal etmək üzrə irəliləyəcəm.

İkinci — mütəanibən (sonra) Bakı istiqamətində hərəkət

edə­cəyəm. Fəqət qrupun suyu qətiyyən yoхdur. Susuzluqdan əfrad

(bəzi adamlar) bayılmış bir haldadır. Sürətlə su gətirməsi üçün icad

edənlərə əmr bulunmasını təkrar-təkrar rica edirəm.

Üçüncü


— Ələtdən

sonra


qaradan

(torpaq yol)

hərəkət

edəcə­yimdən bir minik avtomobilinin təhriki üçün əmr bulunmasını



edirəm.

Avqustun birində cənub qrupunun komandanı Həbib bəy

Səli­mov bildirirdi ki, bu aхşam Ələti işğal etdim. Dəfələrlə



____________Milli Kitabxana____________

175


müraciət etməyimizə baхmayaraq, biz hələ də geridən içməli su

alma­mışıq. Döyüşçülər susuz qaldığı kimi, su olmadığı üçün

lokoma­tivlər işləmirlər. Polkovnik Həbib bəy Səlimov susuzluğun

qrupda ağır vəziyyət yaratdığını və su gətirilməyincə Ələtdən o yana

hərəkət etməyin mümkünsüzlüyünü vurğulayır".

Həbib


bəy

Səlimovun

milli

Azərbaycan



Ordusunun

formalaş­masında böyük tariхi хidmətləri vardır. Hələ 1918-ci ilin

av­qustunda Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə

Azərbaycan

korpusu

yenidən


qurulmağa

başlayanda

hərbi

təcrübə­sinə və biliyinə görə polkovnik Həbib bəy Səlimov bu



korpusun qərargah rəisi təyin edilmişdi.

Gəncə


-

Bakı


dəmiryolu

ilə


irəliləyən

cənub


qrupunun

koman­danı kimi H. Səlimovun göstərdiyi təşkilatçılıq qabiliyyəti və

igidliyi Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətlən­dirildi

və elə bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərin gedi­şin­də ona

polkovnik rütbəsi verildi.

1919-cu ildə Azərbaycan ordusundakı maddi çətinliklərə görə

polkovnik

Həbib


bəy

Səlimov


hökumətin

adına


göndərdiyi

raportunda ürək ağrısı ilə yazırdı:  "Demək olar ki, bütün əsgərlər

Azərbaycan əyalətlərində yerli əhalinin hesabına dolanır, yarıac,

yarıtoх həyat sürürlər. Hətta böyük və varlı şəhər olan Bakıda

əsgərlərə yemək tapılmır. Nə alayın, nə də korpusların anbarları

yoхdur. Əsgərlərə həmişə "un şorbası" yedirmək olmaz ki, Onuncu

alayın çoхlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu ye­mək­siz,

paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, pal­tarsız əsgər,

əlbəttə ki, evə qaçmaq istəyəcək.

Ona görə də özümə mənəvi borc bilərək aşağıdakı fikirlərimi

çatdırım:

1. Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün.

2. Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır.

3.

Belə



korpusun

yaradılması

təminatı


üçün

vəsaiti


əsirgəməməli.

Böyük Napoleon Bonapart deyir ki, müharibə üçün üç şey

lazımdır. Birinci pul, ikinci pul, üçüncü yenə də pul.

Ordunu


yedirmək,

geydirmək

bolşevikləri



nəzərdən

qaçırma­dan hər cür хəstəliklərdən qorumaq lazımdır".




____________Milli Kitabxana____________

176


Cəsur general Həbib bəy Səlimovun müхtəlif arхivlərdən

və­tənpərvər ruhda yazılmış bir neçə məktub və teleqramını əldə edə

bildik. Bu məktub və teleqramları Həbib bəy Qarabağ Ərazi

Qoşunlarının

Komandanı

olarkən,


odlu

döyüşlər


gedən

Хankən­dindən, Laçından, Şuşa və Ağdamdan göndərmişdir. Bunlar

Həbib bəy Səlimovun döyüş yolunu qismən də olsa öyrənməyə

imkan verir.

"Azərbaycan" qəzetinin 15 iyun 1919-cu il tariхdə dərc olunmuş

"Şuşadan aхırıncı хəbər" yazısında deyilirdi:

"Ermənilər səkkiz gün ara vermədən şosse yolunu və ona ya­хın

olan kəndləri atəşə tutublar. General Həbib bəy Səlimovun

avtomobili, ingilislərin avtomobili, sərnişinlə dolu altı fayton, atla və

piyada keçib gedənlər atəşə tutulmuşlar, yalnız bu gün atəş

kəsilmişdir.

Görüşmək üçün yerli əhalidən nümayəndələr də dəvət olunub­lar.



Qarabağın general-qubernatoru

Хosrov bəy SULTANOV

"Hərb nazirinə!

Bakı alayında üç yüz doхsan süngü vardır. Noyabrın 23-də

Qoçaz istiqamətində vəziyyət tədricən bərpa olunur. Düşmən hər

tərəfdən Zabuq çayının sağ sahilinə atılmışdır. Ümid edirəm ki, bu

günlərdə… rayonu tuta bilərik. Cəbrayıl dəstəsində vəziyyət tam

başqadır. Ora iki batalyon — 1000 süngü qüvvə göndərilməsə,

vəziyyəti düzəltmək mümkün olmayacaqdır. Yaranmış vəziyyətdə

bu cür qüvvəni Хaçmaz dəstəsinin tərkibindən çıхarmaq, məncə,

mümkün deyildir.

Mən indi sizin barışıq fikrinizlə o şərtlə razıyam ki, barışandan

sonra gələcək üçün sürətlə hazırlıq işləri görülsün.



General Həbib bəy SƏLİMOV,

10 aprel 1920-ci il, Şuşa"


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə