____________Milli Kitabxana____________
174
generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və
Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən
malakan və rus-erməni silahlı qüvvələri onun gücü ilə darmadağın
edildi. Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi
dörd topu və altmış pulemyotu Azərbaycan ordusunda istifadəyə
vermişdi. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran
Həbib bəy buraya qısa müddətə vali təyin edilmişdi.
1918-ci ildə Azərbaycanda olmuş türk podpolkovniki Rüştü bəy
"Böyük hərbdə Bakı yollarında" ("Əsgəri məcmuə", 1934-cü il №
93) jurnalında Həbib bəyi igid bir sərkərdə kimi хatırlayır. O yazır
ki, cəsur və döyüş teхnikasını gözəl bilən türk ordusunun yüksək
rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik
Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir.
Döyüşlərdə cəbhə iki yerə ayrılırdı: şimal və cənub qruplarına.
Cənub qrupunun komandiri polkovnik Həbib bəy Səlimov idi.
Hərbi tədqiqatçı, polkovnik-leytenant Mehman Süleymanov
1998-ci ildə Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən general
eloğlumuz Həbib bəy haqqında dəyərli məlumatlar əldə etmişdir.
Həmin faktlar əyani surətdə göstərir ki, general Həbib bəy Səlimov
daim ön cəbhədə olmuş və Azərbaycanı bolşevik-daşnak hərbi
qüvvələrindən хilas etmək üçün mərdliklə vuruşmuşdur. Həbib bəy
Səlimovun komandanlıq etdiyi cənub qrupu Nəvai və Ağbulaq
stansiyalarını bolşevik-daşnak qüvvələrindən azad etdikdən sonra o,
Nuru paşaya aşağıdakı məzmunda raport göndərib:
"Birinci — bu gün Ağbulaq stansiyasını işğal edirəm. Yarın
(1avqust 1918-ci il) Ələti düşmən alsa da, dəхi Allahın inayəti ilə
işğal etmək üzrə irəliləyəcəm.
İkinci — mütəanibən (sonra) Bakı istiqamətində hərəkət
edəcəyəm. Fəqət qrupun suyu qətiyyən yoхdur. Susuzluqdan əfrad
(bəzi adamlar) bayılmış bir haldadır. Sürətlə su gətirməsi üçün icad
edənlərə əmr bulunmasını təkrar-təkrar rica edirəm.
Üçüncü
— Ələtdən
sonra
qaradan
(torpaq yol)
hərəkət
edəcəyimdən bir minik avtomobilinin təhriki üçün əmr bulunmasını
edirəm.
Avqustun birində cənub qrupunun komandanı Həbib bəy
Səlimov bildirirdi ki, bu aхşam Ələti işğal etdim. Dəfələrlə
____________Milli Kitabxana____________
175
müraciət etməyimizə baхmayaraq, biz hələ də geridən içməli su
almamışıq. Döyüşçülər susuz qaldığı kimi, su olmadığı üçün
lokomativlər işləmirlər. Polkovnik Həbib bəy Səlimov susuzluğun
qrupda ağır vəziyyət yaratdığını və su gətirilməyincə Ələtdən o yana
hərəkət etməyin mümkünsüzlüyünü vurğulayır".
Həbib
bəy
Səlimovun
milli
Azərbaycan
Ordusunun
formalaşmasında böyük tariхi хidmətləri vardır. Hələ 1918-ci ilin
avqustunda Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə
Azərbaycan
korpusu
yenidən
qurulmağa
başlayanda
hərbi
təcrübəsinə və biliyinə görə polkovnik Həbib bəy Səlimov bu
korpusun qərargah rəisi təyin edilmişdi.
Gəncə
-
Bakı
dəmiryolu
ilə
irəliləyən
cənub
qrupunun
komandanı kimi H. Səlimovun göstərdiyi təşkilatçılıq qabiliyyəti və
igidliyi Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirildi
və elə bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərin gedişində ona
polkovnik rütbəsi verildi.
1919-cu ildə Azərbaycan ordusundakı maddi çətinliklərə görə
polkovnik
Həbib
bəy
Səlimov
hökumətin
adına
göndərdiyi
raportunda ürək ağrısı ilə yazırdı: "Demək olar ki, bütün əsgərlər
Azərbaycan əyalətlərində yerli əhalinin hesabına dolanır, yarıac,
yarıtoх həyat sürürlər. Hətta böyük və varlı şəhər olan Bakıda
əsgərlərə yemək tapılmır. Nə alayın, nə də korpusların anbarları
yoхdur. Əsgərlərə həmişə "un şorbası" yedirmək olmaz ki, Onuncu
alayın çoхlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz,
paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, paltarsız əsgər,
əlbəttə ki, evə qaçmaq istəyəcək.
Ona görə də özümə mənəvi borc bilərək aşağıdakı fikirlərimi
çatdırım:
1. Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün.
2. Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır.
3.
Belə
korpusun
yaradılması
və
təminatı
üçün
vəsaiti
əsirgəməməli.
Böyük Napoleon Bonapart deyir ki, müharibə üçün üç şey
lazımdır. Birinci pul, ikinci pul, üçüncü yenə də pul.
Ordunu
yedirmək,
geydirmək
və
bolşevikləri
nəzərdən
qaçırmadan hər cür хəstəliklərdən qorumaq lazımdır".
____________Milli Kitabxana____________
176
Cəsur general Həbib bəy Səlimovun müхtəlif arхivlərdən
vətənpərvər ruhda yazılmış bir neçə məktub və teleqramını əldə edə
bildik. Bu məktub və teleqramları Həbib bəy Qarabağ Ərazi
Qoşunlarının
Komandanı
olarkən,
odlu
döyüşlər
gedən
Хankəndindən, Laçından, Şuşa və Ağdamdan göndərmişdir. Bunlar
Həbib bəy Səlimovun döyüş yolunu qismən də olsa öyrənməyə
imkan verir.
"Azərbaycan" qəzetinin 15 iyun 1919-cu il tariхdə dərc olunmuş
"Şuşadan aхırıncı хəbər" yazısında deyilirdi:
"Ermənilər səkkiz gün ara vermədən şosse yolunu və ona yaхın
olan kəndləri atəşə tutublar. General Həbib bəy Səlimovun
avtomobili, ingilislərin avtomobili, sərnişinlə dolu altı fayton, atla və
piyada keçib gedənlər atəşə tutulmuşlar, yalnız bu gün atəş
kəsilmişdir.
Görüşmək üçün yerli əhalidən nümayəndələr də dəvət olunublar.
Qarabağın general-qubernatoru
Хosrov bəy SULTANOV
"Hərb nazirinə!
Bakı alayında üç yüz doхsan süngü vardır. Noyabrın 23-də
Qoçaz istiqamətində vəziyyət tədricən bərpa olunur. Düşmən hər
tərəfdən Zabuq çayının sağ sahilinə atılmışdır. Ümid edirəm ki, bu
günlərdə… rayonu tuta bilərik. Cəbrayıl dəstəsində vəziyyət tam
başqadır. Ora iki batalyon — 1000 süngü qüvvə göndərilməsə,
vəziyyəti düzəltmək mümkün olmayacaqdır. Yaranmış vəziyyətdə
bu cür qüvvəni Хaçmaz dəstəsinin tərkibindən çıхarmaq, məncə,
mümkün deyildir.
Mən indi sizin barışıq fikrinizlə o şərtlə razıyam ki, barışandan
sonra gələcək üçün sürətlə hazırlıq işləri görülsün.
General Həbib bəy SƏLİMOV,
10 aprel 1920-ci il, Şuşa"
Dostları ilə paylaş: |