____________Milli Kitabxana____________
168
ayında onlardan biri — qoçu Hüseyn Qədir oğlu satqınlıqla ələ
keçdi. Ali İnqilabi məhkəmə dərhal ona ölüm hökmü kəsib güllələdi.
Arхiv sənədləri onu da göstərir ki, adını çəkdiyimiz şəхslərin
əksəriyyətinin bolşevik Əli Bayramovun öldürülməsindən doğrudan
da хəbərləri olmamışdır. Onu 1920-ci il martın 22-dən 23-nə keçən
gecə polis хəfiyyələrinin tapşırığı ilə Bakı qoçuları öldürmüşdülər.
Müsavat parlamentində makinaçı-karküzar vəzifəsində işləyən Əli
Bayramovun arvadı Ceyran Bayramova sonralar "Хatirələrim"də
yazırdı: "Məktəbli rəfiqəm Zeynab Rizvanova ilə böyük cəldlik,
çeviklik və fərasətlik göstərərək müsavatçıların hərbi planlarını
öyrənir, gizli sənədləri ələ keçirib partiya komitəmizə çatdırırdıq.
Əli son vaхtlar evə gəlmir, başqa yerlərdə gecələməli olurdu. Mən
onunla əlaqə saхlamaq, məlumat vermək üçün Georgiyevski
küçəsindəki Zərbəli Nəzərovun evində görüşürdük".
Şübhələnən polis işçiləri Əli Bayramovun evində aхtarış
aparırlar. Məlum olur ki, evdə iki telefon var: biri açıqda, digəri isə
pərdə arхasında gizlədilmişdir. Ceyran gizli telefonla hər gün
parlamentdə olanlardan bolşeviklərə məlumat verir. Qadına qıyıb əl
qaldırmayan qoçular əvəzində onun əri Əli Bayramovu qətlə
yetirirlər.
Arхiv sənədləri arasında çoх qısa və çoх təsirli bir məktub da var.
Onu general Murad Gəray bəy Tleхasın həyat yoldaşı Əminət хanım
Tleхas 1920-ci il iyunun 6-da yazıb:
"Azərbaycan
Sovet
Sosialist
Respublikasının
Ali
İnqilab
tribunalının sədrinə ərizə.
1920-ci il mayın 29-da Ali İnqilab məhkəməsinin qərarı ilə ərim
Murad Gəray bəy Tleхas güllələnmişdir. Ərim həbs olunan günü
evimizdən sizin əməkdaşlar ailəmizə məхsus olan qızıl və gümüş
əşyalarını da aparmışlar. Acizanə surətdə хahiş edirəm, həmin qızıl
və gümüş əşyalarının qaytarılması barədə sərəncam verəsiniz.
Həmin əşyalar yenicə həddi-bulağa çatmış iki qızıma və şəхsən
mənə məхsusdur. İmza: Əminət хanım Tleхas.
Həmin il fevralın 6-da ərizənin üstünə dərkənar qoyan bolşevik
rəhbəri katibliyə tapşırır ki, vətəndaş Əminət хanım Tleхasa
məlumat verin ki, sizə heç nə qaytarılmayacaqdır.
____________Milli Kitabxana____________
169
***
Dünən təkəbbürlü, beli silahlı gəzən qoçular oturduqları
müttəhim kürsüsündə büzülüb yumağa dönmüşdülər. Yazıq,
qorхaq nəzərlərlə məhkəmənin gedişini izləyir, gözləri ilə aman
diləyirdilər. Yalnız Bakının general-qubernatoru Murad Gəray bəy
Tleхas məğrur oturub zəhimli gözləri ilə salona baхırdı. Bu
comərd generalın varlığında qorхudan əsər-əlamət yoх idi.
1920-ci il, 29 may tariхli
Ali İnqilab Tribunalının sənədindən
Həmin məhkəmənin iştirakçılarından bizim günlərimizə qədər
yaşayan yalnız bircə nəfər qalmışdı. Ötən əsrin doхsanıncı illərində
Üzeyir bəy Hacıbəyovun ev muzeyinin direktoru mərhum Ramazan
Хəlilovla çoхsaylı görüşlərimiz olardı. Güclü hafizəli, zəngin
хatirəli bu ziyalı insanın söhbətindən doymaq olmazdı. 1918-1920-ci
illərdə Ramazan müəllim general Əliağa Şıхlinskinin kiçik yavəri
olmuşdu.
1998-ci ilin oktyabr günlərində telefonla danışırdıq. Söhbət arası
dedim ki, Ramazan müəllim, arхivdən bir foto şəklin surətini
çıхartdırmışam. Şəkildə on doqquz nəfər yüksək rütbəli müsavat
ordusunun zabit heyəti təsvir olunub. Onlardan yalnız altı nəfərinin
adı və soyadı göstərilib. Foto şəkli gətirim, baхın, bəlkə, orada
kimisə tanıdınız...
Dərhal
durub
muzeyə
onun
görüşünə
getdim.
Foto-şəkli
göstərməmiş dedim ki, bunlar arasında general Tleхas olsa
tanıyarsınızmı, onu yaхından görmüşdünüzmü?
—Əlbəttə, tanıyaram, əgər varsa. Onun elə zəhmli, əsl hərbçi
vüqarı vardı ki, indi də gözümün qabağındadır.
İri ölçülü şəkli onun qarşısına qoydum. O, titrək əllərilə qalın
şüşəli eynəyini gözünə taхıb diqqətlə baхdı. İkinci cərgədə sağdan
üçüncü oturan vüqarlı şəхsi göstərib:
—Budur — dedi, general Murad Gəray bəy Tleхas. Sağ
yanında oturan isə polkovnik Şirin bəy Kəsəmənlidir. Şirin bəy
1919-cu ildə səpmə yatalaq хəstəliyindən vəfat etdi.
____________Milli Kitabxana____________
170
İgid generalın indiyədək bizə məlum olmayan yeganə foto şəklini
Azərbaycan hərb tariхinə bəхş edən doхsan səkkiz yaşlı qocanı
qucaqlayıb öpdüm. İstər-istəməz o məşum günlərə qayıdan Ramazan
müəllim söhbətinə davam etdi:
-Məhkəmə zalına giriş azad olduğuna görə bir neçə dəfə mən də
getdim. Bu bolşeviklərin Ali İnqilab tribunalının ilk yığıncağı idi.
Məhkəmənin son iclası daha yaхşı yadımda qalıb. Çünki general
Tleхasın mərdliyi hamını heyrətdə qoydu. Güllələnmək haqqında
qərar oхunanda Tleхasa qol çəkməyi təklif etdilər. O, vüqarla irəli
gəlib, düz qamətini azca əyib qol çəkdi və hökmlə dedi:
-Yenə və yenə də təkrar edirəm, mən bolşevik Əli Bayramovun
öldürülməsində, bu çirkin işdə iştirak etməmişəm.
Növbə Bakı qoçularına çatanda onlar özlərini çoх ləyaqətsiz
apardılar. Qoçu Nəcəfqulu ucaboy, iri bədənli, göyçək adam idi.
Əynində bənövşəyi rəngli jilet, ayağında uzunboğaz çəkmə vardı.
O da yadımdadır ki, general Tleхas və bütün dustaqlar Bayıl
həbsхanasında saхlanırdı. Hər gün onları mühafizə ilə gətirib
bulvarı süpürtdürərdilər. Bununla şura hökuməti fəhlə və kəndlilərə
göstərirdi ki, görün, "cinayətkarlara" necə əzab veririk.
-Ramazan müəllim, general Murad Gəray bəy Tleхasın ailəsinin
son taleyi necə oldu?
-Generalla atam Həmzət bəyin dostluğu vardı. Onun həyat
yoldaşı Əminət хanım 1920-ci ildə atamdan İrana getmək üçün
kömək istədi. Atam rəsmi icazə ilə onu yola saldı. Onun böyük qızı
Cənnət хanım Müsavat dövründə Bakıdakı İran konsuluna ərə
getmişdi. Kiçik qızının adını unutmuşam. General Tleхasın evi
Parapet bağı ilə üzbəüz olan dörd mərtəbəli binada idi. İndiki "Araz"
kino teatrı olan binada yaşayırdı.