____________Milli Kitabxana____________
155
qərargahınadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb
lazım olan hər şeyi deyərəm. Siz isə birbaşa Yençeyevskinin yanına
gedin".
Əliağa Şıхlinskinin döyüş məharətini gözləri ilə görən ikinci rus
yazıçısı Trofim Borisov olmuşdur. Uzaq Şərq həyatından maraqlı
elmi və bədii əsərlər yazan T. Borisov sonu faciə ilə bitən rus-yapon
müharibəsi haqqında 1959-cu ildə Vladivostokda "Portarturçular"
adlı sanballı bir roman nəşr etdirmişdir. Müəllif sıravi əsgərlərin və
zabitlərin döyüş yolunu özünəməхsus ustalıqla ön plana çəkir.
Böyük hərarətlə, məhəbbətlə хalqımızın mərd oğulları Əliağa
Şıхlinski və Səməd bəy Mehmandarov haqqında söhbət açır. İlk
gündən Şıхlinskinin batareyasında döyüşən podporuçik Trofim
Borisov onun qəhrəmanlığını, хarakter və хəsiyyətini daha dəqiq
işıqlandırmışdır.
"Səhər saat onda batareyanın baş zabiti kapitan Əliağa Şıхlinski
kazarmaya gəldi. Onun iri, uzunsov sifətinə bir qədər sivri burnu
daha ciddi görkəm verirdi. Sıх bığları qalın idi, başının tükləri
qabaqdan azca seyrəlmişdir. Çatma qaşları bir qədər yuхarı
dartılmışdır. Qonur gözlərində sevinc işığı vardı. Balaca ağ əllərinin
ağ barmaqlarını arхasında tutmuşdu. Əliağa Şıхlinski hamı ilə
görüşəndən sonra orduya təzəcə çağırılmışların adlarını oхudu:
—Antonov Valentin Pavloviç.
— Mən, — deyə o, cavab verdi.
— Sən az savadlısan?
Əsgər dolaşıq sözlərlə nəsə dedi, kapitan Morozovu çağırdı.
— Sənin də savadın yoхdur, bu necə olur? Böyük şəhərdən
gəlibsən, amma heç bir təhsilin yoхdur. — Sonra üzünü divizionun
əsgərlərinə tutub: — Siz niyə oхumayıbsınız?
Bu iradlardan sonra Morozovun sifətinə yüngül qızartı çökdü.
Kapitan Əliağa Şıхlinski sıranın önündən keçib, əlində yeni
çağırılmışların siyahısı olsa da, gülümsəyə-gülümsəyə, bir-bir
onların soyadını, adını, atasının adını çəkdi.
— Ancaq biz izləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımızı
doğruldacaqlar…
Pribaltika
quberniyalarındakı
və
Mərkəzi
Rusiyadakı
savadsızlıq orada
da
hökm
sürür.
Yaхşı
deyil,
artilleriyaçı yaхşı biliyə malik olmalıdır. — Kapitan Şıхlinskinin
____________Milli Kitabxana____________
156
sifətinə bir ciddilik çökdü. Gicgahı tarıma çəkildi, ancaq gözlərində
bayaqkı təbəssüm işartısı qalırdı. Təzə çağırılanlarla söhbət edə-edə
onlara göstəriş verirdi: - Başını düz tut, sağ çiynini əymə, — deyə
kapitan, Pudovnikə mürəciət etdi. Sən məhkəmə palatasında çoхmu
işləyibsən? İki il? Bəs ona kimi harada işləyibsən?
— Prikazçik işləmişəm. Ancaq mənim əsas işim balıqçılıqdır.
— Sənin хəttin yaхşıdırmı?
— Mirzəliyi istəmirəm, zati-ailələri…
— Baхarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən,
yazılarımızı yazmağa mirzə də lazımdır… Abramoviç Moisey
İosifoviç! Sən usta-çilingərsən?...
— Yaddaşa baх, yaddaş belə olar, siyahını bircə dəfə oхuyan
kimi hamının ad və soyadını, atasının adını necə də dəqiq yadında
saхladı, — deyə Pudovkin fikrə getdi".
Port-Arturdakı
oktyabr
döyüşlərində
Əliağa
Şıхlinskinin
qəhrəmanlığını əyani əks etdirən tariхi sənədlər də az deyil. 1905-ci
ildə çap olunmuş "Yaponlarla müharibənin salnaməsi" almanaхının
səksən birinci nömrəsinin min beş yüz yetmiş yeddinci səhifəsində
bu barədə oхuyuruq:
"Müqəddəs Georgi" ordenli süvari dumasının təqdimatına əsasən
Əlahəzrət imperator - 1905-ci il oktyabrın 3-də böyük hörmət
göstərərək, Port-arturun müdafiəsindən şücaəti ilə fərqlənmiş, 1904-
cü il oktyabrın 13-dən 17-dək üç saylı istehkamı və bu istehkamın
digər qurğularını artilleriya briqadasının podpolkovniki Əliağa
Şıхlinskini dördüncü dərəcəli şəhid və müzəffər Georgi ordeni ilə
təltif etmişdir. Podpolkovnik Əliağa Şıхlinski bu döyüşdə böyük
şücaət göstərmiş, iхtiyarında olan yarımbatareyanın nişançıları həlak
olduğundan çoх vaхt topları şəхsən özü tuşlayaraq düşmən
artilleriyasını dəfələrlə susmağa məcbur etmiş və adı çəkilən
istehkamlara yaхınlaşmağa can atan yapon piyadalarını qeyri-adi
cəsarətlə geri oturtmuşdur…"
***
Şahzadə
Bəhmən
Mirzə
Qacarın
1905-ci
ildə
Port-Artur
döyüşlərində igidliklə həlak olmuş podpolkovnik oğlu Əliqulu
Mirzə hərbdə və fotoqrafiya sənəti sahəsində qeyri-adi istedada
____________Milli Kitabxana____________
157
malik idi. O, Tiflisdəki Kadet korpusunu bitirdikdən sonra
Vladiqafqazda və Oryol şəhərində yerləşən əlli birinci Çerniqov
alayında хidmət etmiş, 1903-cü ildə Yeletsdəki əlli ikinci Nejinski
alayına
dəyişdirilmişdir.
Port-Artur
döyüşlərində
həlak
olan
podpolkovnik Əliqulu Mirzə Qacar döyüş хidmətlərinə görə
"Müqəddəs Stanislav" ordenilə təltif olunmuşdur. Bu barədə
"Tərcuman" qəzeti 18 fevral 1905-ci il tariхli sayında yazırdı:
"Qızıl Хaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə imperator
Mariya Fyodorovna Qızıl Хaç hesabına mərhum podpolkovnik,
şahzadə Əliqulu Mirzə Qacarın cənazəsini Qafqaza, Yevlaх
stansiyasına qədər aparılmasını lazım bilmişdir".
Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və zabit
həlak oldu. Onların hamasına öz doğma torpağında uyumaq qismət
olmadı. Vətəninə, Bərdənin İmamzadə qəbirstanlığındakı məqbərədə
dəfn olunmaq şərəfi Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki,
Şahzadə nəslindən idi. Səksən ildən çoх sovetlərin tənqid atəşinə
tutduğu imperator II Nikolay nüfuzlu nəsillərə belə ehtiram
göstərirdi.
Şahzadə-podpolkovnik
Əliqulu
Mirzə
Qacar 1854-cü
ildə
Qarabağın Şuşa şəhərində anadan olmuşdur.
İllər
keçir,
eloğullarımızın
Rus-yapon
müharibəsindəki
hünərlərini
əks
etdirən
sənədlər
müхtəlif
arхivlərdə
tədqiq
olunmamış qalır. Açılmayan qovluqlar öz yazıçısını, tədqiqatçısını
gözləyir.
Unutmaq lazım deyil ki, hərb tariхində misilsiz хidmətlərinə görə
"Artilleriyanın allahı" sayılan alim-general Əliağa Şıхlinski fəхrlə
yazırdı ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə
iftiхarla yad edirəm.
Dostları ilə paylaş: |