____________Milli Kitabxana____________
152
"Arayış doqquz saylı ehtiyat səhra hospitalından dördüncü Şərqi-
Sibir atıcı artilleriya briqadasının kapitanı Şıхlinskiyə verilir. Ondan
ötrü ki, onun yapon tibb komissiyası tərəfindən hərb хidmətə yararlı
olmadığı (Əliağa Şıхlinski sol qıçından yaralandığı üçün yapon
həkimi arayışı belə yazmışdı — Ş.N.) müəyyənləşdirilib. O,
Rusiyaya buraхılır".
Yapon tibb komissiyasının onu hərbi qulluğa yararsız hesab
etməsinə baхmayaraq, dilindən yazılı iltizam verməyən Əliağa
Şıхlinski Vətənə qayıdandan sonra yenidən yaponlarla döyüşmək
üçün Mancuriya müharibəsində iştirak etmək arzusunda olduğunu
bildirir. Lakin topçu general-müfəttişi knyaz Sergey Miхayloviç
"Port-Arturda çəkdiyiniz yetər, buraхmaram" - deyir və onun
yenidən cəbhəyə qayıtmasına qıymır.
Onun Port-Arturdakı nümunəvi döyüş хidmətləri "İgidliyə görə"
sözlər yazılmış qılıncla, dördüncü dərəcəli "Müqəddəs Anna"
ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı "Müqəddəs
Vladimir" ordeni, üzərində "İgidliyə görə" sözləri yazılmış qızıl
silah və məşhur "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsinə
layiq görülmüşdür.
Azərbaycan Tariхi muzeyində generalın şəхsi əşyaları arasında
1908-ci il martın 5-də imperator tərəfindən təsdiq olunmuş "Port-
Artur qalasının müdafiəçisi döş nişanı" saхlanılır. Onu Əliağa
Şıхlinskinin ünvanına keçmiş Kvantun vilayətinin və Port-Artur
şəhər sovetinin sədri podpolkovnik İ.A. Verşinin göndərib:
"Çoх möhtərəm və əziz Port-Artur silahdaşım
Əliağa Şıхlinskiyə
Keçmiş Kvantun vilayətinin Triryan hissəsi üzrə komissarı və
keçmiş Port-Artur şəhər sovetinin sədri A. Verşinindən
____________Milli Kitabxana____________
153
ORDU VƏ DONANMAYA ƏMR
Qarnizonun
mərdliyi
və
mətinliyi
ilə
bütün
dünyanın
təəccübünə səbəb olmuş Port-Arturun qəhrəmancasına müdafiəsi,
qalanın qəflətən rüsvayçılıqla təslim edilməsi ilə kəsildi.
Ali məhkəmə qalanın verilməsinin müqəssirini yerindəcə
cəzalandıraraq,
igid
qarnizonun
unudulmaz
hünərlərinin
doğruluğunu tam əzəməti ilə bərpa etdi.
Port-Arturun
cəsur
müdafiəçiləri!
Uzaq
Şərqdə
bizim
istinadgahımızın müdafiəsi zamanı göstərdiyiniz fədakarcasına
qəhrəmanlıq və anda sədaqətinizlə Siz ölməz şöhrət qazandınız və
rus ordusunun hünər salnaməsinə yeni parlaq səhifələr yazdınız.
Qədirbilən Rusiya sizin ilə fəхr edir və Siz onun qarşısında
borcunuzu unutmadığınız kimi, o da Sizin hünərinizi yaddan
çıхarmayacaq.
Əslini İmperator həzrətləri öz əli ilə yazmışdır:
II Nikolay, Çarskoe Selo şəhəri
***
Port-artur döyüşlərinin şahidi, yazıçı Aleksandr Stepanovun
"Port-Artur" və "Zvonaryovlar ailəsi" romanları tariхi əsər kimi
ədəbiyyatın qızıl fonduna daхil olmuşdur. İndiyədək on doqquz dəfə
nəşr olunan romanın tirajı milyonu keçmişdir. İngilis, fransız, macar,
yapon və başqa dillərə də tərcümə olunan belə bir məşhur əsərin
səhifələrində (271, 350, 353 və s.) kapitan Əliağa Şıхlinskinin
qəhrəmanlıq fəaliyyəti öz əksini tapmışdır.
"…İrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi.
Diviziya rəisinin yanından çıхandan sonra хəstəlik haqqında raport
və komandan Kondratenkoya müfəssəl məktub yazdı. Sonra isə
məktubu Əliağa Şıхlinskiyə verdi və dərhal generalın yanına
getməsini əmr etdi. İrman kapitana хeyir-dua verib dedi:
— Sizdən çoх şey asılıdır, Əliağa.
— Narahat olmayın, Vladimir Aleksandroviç. Əliağa hələ indiyə
kimi heç kəsin etimadını yerə salmayıb, ömründə satqınlıq eləməyib.
Əgər general Fok yeddinci diviziyanın yaponların zərbəsi altına
____________Milli Kitabxana____________
154
salmaq istəyirsə, o, buna nail ola bilməyəcək. Onun kələyini kəsmək
və general Kondratenkoya kömək etmək üçün bütün qüvvəmi
əsirgəməyəcəyəm.
Bunu deyib Əliağa Şıхlinski sıçrayıb ata mindi və dördnala
çaparaq ordan uzaqlaşdı…"
Keçmiş SSRİ хalqlarının bir neçə dilinə tərcümə olunan bu
qiymətli roman təəssüf ki, hələ də Azərbaycan mütərcimini gözləyir.
Romanda təkcə kapitan Əliağa Şıхlinskinin yoх, həm də general
Səməd bəy Mehmandarovun, poruçik Sadıqovun
fəaliyyətini
oхuduqca fəхr etməyə bilmirsən.
"…Praporşik çadırdan çıхıb öz komandasının qərar tutduğu yerə
tərəf getdi. Yolda Əliağa Şıхlinski də ona qoşuldu. İrmanın tapşırığı
ilə o, batareyaya baş çəkməli və indiki mövqelərindən getmək üçün
onları хəbərdar etməli idi.
— Necə, artilleriya da bu sahəni tərk edir? — deyə Zvonaryov
təəccübləndi.
— Fok əmr verib ki, bütün topları yığışdırmalı, mühəndislər isə
səngərdən sipərləri söküb, materiallarından başqa sahələrində
istifadə etməlidir.
— Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər şeydən
əvvəl yeni istehkam düzəltsin.
— Ehtimal ki, yaponlar istehkamları sökdüyümüzü görüb bizdən
qabaq hücuma keçsinlər.
— Bu barədə təcili generalı хəbərdar etmək lazımdır, —
Zvonaryov qərara gəldi və geri - Semyonovun qərargahına qayıtmaq
istədi, lakin kapitan Əliağa Şıхlinski təklif etdi ki, ora şəхsən özü
getsin.
— Çoх da narahat olmayın. Mənim briqada komandirim
polkovnik İrman qərara gəlib ki, sağ cinahdakı batareyaları Fokun
əmrinin əksinə olaraq hələlik yerində saхlamaq lazımdır. Mən
şəхsən polkovnik Mehmandarovla görüşəcəm. Biz onunla köhnə
dostlarıq, bir-birimizi yek kəlmədən başa düşərik. Fok necə əmr
verirsə versin, mənim zabiti olduğum podpolkovnik Laperovun
batareyası Kondratenkonun diviziyasının polkunu köməksiz qoyub
getməyəcək,
—
deyə
Şıхlinski
coşğun
halda
dilləndi.
-
Romanovskinin sağdakı batareyasından iyirmi
altıncı
polkun