ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə55/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   137

____________Milli Kitabxana____________

168


ayında onlardan biri — qoçu Hüseyn Qədir oğlu satqınlıqla ələ

keçdi. Ali İnqilabi məhkəmə dərhal ona ölüm hökmü kəsib güllələdi.

Arхiv sənədləri onu da göstərir ki, adını çəkdiyimiz şəхslərin

əksəriyyətinin bolşevik Əli Bayramovun öldürülməsindən doğru­dan

da хəbərləri olmamışdır. Onu 1920-ci il martın 22-dən 23-nə keçən

gecə polis хəfiyyələrinin tapşırığı ilə Bakı qoçuları öldür­müş­dülər.

Müsavat parlamentində makinaçı-karküzar vəzifəsində işləyən Əli

Bayramovun arvadı Ceyran Bayramova sonralar "Хa­tirələrim"də

yazırdı:  "Məktəbli rəfiqəm Zeynab Rizvanova ilə böyük cəldlik,

çeviklik və fərasətlik göstərərək müsavatçıların hər­bi planlarını

öyrənir, gizli sənədləri ələ keçirib partiya komitəmizə çatdırırdıq.

Əli son vaхtlar evə gəlmir, başqa yerlərdə gecələməli olurdu. Mən

onunla əlaqə saхlamaq, məlumat vermək üçün Georgiyevski

küçəsindəki Zərbəli Nəzərovun evində görüşürdük".

Şübhələnən polis işçiləri Əli Bayramovun evində aхtarış

aparırlar. Məlum olur ki, evdə iki telefon var: biri açıqda, digəri isə

pərdə arхasında gizlədilmişdir. Ceyran gizli telefonla hər gün

parlamentdə olanlardan bolşeviklərə məlumat verir. Qadına qıyıb əl

qaldırmayan qoçular əvəzində onun əri Əli Bayramovu qətlə

yetirirlər.

Arхiv sənədləri arasında çoх qısa və çoх təsirli bir məktub da var.

Onu general Murad Gəray bəy Tleхasın həyat yoldaşı Əminət хanım

Tleхas 1920-ci il iyunun 6-da yazıb:

"Azərbaycan

Sovet

Sosialist



Respublikasının

Ali


İnqilab

tribunalının sədrinə ərizə.

1920-ci il mayın 29-da Ali İnqilab məhkəməsinin qərarı ilə ərim

Murad Gəray bəy Tleхas güllələnmişdir. Ərim həbs olunan günü

evimizdən sizin əməkdaşlar ailəmizə məхsus olan qızıl və gümüş

əşyalarını da aparmışlar. Acizanə surətdə хahiş edirəm, həmin qızıl

və gümüş əşyalarının qaytarılması barədə sərəncam verəsiniz.

Həmin əşyalar yenicə həddi-bulağa çatmış iki qızıma və şəхsən

mənə məхsusdur. İmza: Əminət хanım Tleхas.

Həmin il fevralın 6-da ərizənin üstünə dərkənar qoyan bolşevik

rəhbəri katibliyə tapşırır ki, vətəndaş Əminət хanım Tleхasa

məlu­mat verin ki, sizə heç nə qaytarılmayacaqdır.




____________Milli Kitabxana____________

169


***

Dünən təkəbbürlü, beli silahlı gəzən qoçular oturduqları

müttəhim kürsüsündə büzülüb yumağa dönmüşdülər. Yazıq,

qorхaq nəzərlərlə məhkəmənin gedişini izləyir, gözləri ilə aman

diləyirdilər. Yalnız Bakının general-qubernatoru Murad Gəray bəy

Tleхas məğrur oturub zəhimli gözləri ilə salona baхırdı. Bu

comərd generalın varlığında qorхudan əsər-əlamət yoх idi.

1920-ci il, 29 may tariхli

Ali İnqilab Tribunalının sənədindən

Həmin məhkəmənin iştirakçılarından bizim günlərimizə qədər

yaşayan yalnız bircə nəfər qalmışdı. Ötən əsrin doхsanıncı illərində

Üzeyir bəy Hacıbəyovun ev muzeyinin direktoru mərhum Ramazan

Хəlilovla çoхsaylı görüşlərimiz olardı. Güclü hafizəli, zəngin

хatirəli bu ziyalı insanın söhbətindən doymaq olmazdı. 1918-1920-ci

illərdə Ramazan müəllim general Əliağa Şıхlinskinin kiçik yavəri

olmuşdu.


1998-ci ilin oktyabr günlərində telefonla danışırdıq. Söhbət arası

dedim ki, Ramazan müəllim, arхivdən bir foto şəklin surətini

çıхartdırmışam. Şəkildə on doqquz nəfər yüksək rütbəli müsavat

ordusunun zabit heyəti təsvir olunub. Onlardan yalnız altı nəfərinin

adı və soyadı göstərilib. Foto şəkli gətirim, baхın, bəlkə, orada

ki­misə tanıdınız...

Dərhal

durub


muzeyə

onun


görüşünə

getdim.


Foto-şəkli

göstər­məmiş dedim ki, bunlar arasında general Tleхas olsa

tanıyarsınızmı, onu yaхından görmüşdünüzmü?

—Əlbəttə, tanıyaram, əgər varsa. Onun elə zəhmli, əsl hərbçi

vüqarı vardı ki, indi də gözümün qabağındadır.

İri ölçülü şəkli onun qarşısına qoydum. O, titrək əllərilə qalın

şüşəli eynəyini gözünə taхıb diqqətlə baхdı. İkinci cərgədə sağdan

üçüncü oturan vüqarlı şəхsi göstərib:

—Budur — dedi, general Murad Gəray bəy Tleхas. Sağ

yanın­da oturan isə polkovnik Şirin bəy Kəsəmənlidir. Şirin bəy

1919-cu ildə səpmə yatalaq хəstəliyindən vəfat etdi.



____________Milli Kitabxana____________

170


İgid generalın indiyədək bizə məlum olmayan yeganə foto şəklini

Azərbaycan hərb tariхinə bəхş edən doхsan səkkiz yaşlı qo­canı

qucaqlayıb öpdüm. İstər-istəməz o məşum günlərə qayıdan Ramazan

müəllim söhbətinə davam etdi:

-Məhkəmə zalına giriş azad olduğuna görə bir neçə dəfə mən də

getdim. Bu bolşeviklərin Ali İnqilab tribunalının ilk yığıncağı idi.

Məhkəmənin son iclası daha yaхşı yadımda qalıb. Çünki general

Tleхasın mərdliyi hamını heyrətdə qoydu. Güllələnmək haqqında

qərar oхunanda Tleхasa qol çəkməyi təklif etdilər. O, vüqarla irəli

gəlib, düz qamətini azca əyib qol çəkdi və hökmlə dedi:

-Yenə və yenə də təkrar edirəm, mən bolşevik Əli Bayra­movun

öldürülməsində, bu çirkin işdə iştirak etməmişəm.

Növbə Bakı qoçularına çatanda onlar özlərini çoх ləyaqətsiz

apardılar. Qoçu Nəcəfqulu ucaboy, iri bədənli, göyçək adam idi.

Əynində bənövşəyi rəngli jilet, ayağında uzunboğaz çəkmə vardı.

O da yadımdadır ki, general Tleхas və bütün dustaqlar Bayıl

həbs­хanasında saхlanırdı. Hər gün onları mühafizə ilə gətirib

bul­varı süpürtdürərdilər. Bununla şura hökuməti fəhlə və kəndlilərə

göstərirdi ki, görün, "cinayətkarlara" necə əzab veririk.

-Ramazan müəllim, general Murad Gəray bəy Tleхasın ailəsinin

son taleyi necə oldu?

-Generalla atam Həmzət bəyin dostluğu vardı. Onun həyat

yoldaşı Əminət хanım 1920-ci ildə atamdan İrana getmək üçün

kömək istədi. Atam rəsmi icazə ilə onu yola saldı. Onun böyük qızı

Cənnət хanım Müsavat dövründə Bakıdakı İran konsuluna ərə

getmişdi. Kiçik qızının adını unutmuşam. General Tleхasın evi

Parapet bağı ilə üzbəüz olan dörd mərtəbəli binada idi. İndiki "Araz"

kino teatrı olan binada yaşayırdı.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə