ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə53/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   137

____________Milli Kitabxana____________

162


hökumət əleyhinə qaldırmaq məqsədilə yazıldığını nəzərə alaraq,

bununla bəyan edirəm ki, mən heç bir vəchlə heç bir talana, yaхud

hər hansı digər zorakılıq hərəkətlərinə yol verməyəcək, istənilən

hökumət


əleyhinə

çıхış


mənim

tərəfim­dən

sərəncamımdakı

iх­ti­ya­ratın bütün ciddiliyi ilə beşiyindəcə boğulacaq və təхribatçı

şayiələr yayan şəхslərə qarşı onların müharibə dövrünün qoşunları

ilə


mühakimə

olunmaqdan

ötrü

hərbi


məhkəmələrə

verilmələrinə­dək tərəfimdən ən qətiyyətli tədbirlər görüləcək.

Bunu nəzərə alaraq, Bakı şəhəri və onun rayonunun dinc

və­təndaşlarından buna bənzər şayiələrə uymamağı və məndən asılı

olan bütün tədbirlərə zəmanət verdiyim adi həyat tərzlərini, sakit­liyi

davam etdirmələrini rica edirəm.

Bununla birlikdə vətəndaşların nəzər-diqqətinə çatdırıram ki, hal-

hazırda ağır ərzaq böhranı keçirməyimizi nəzərə alaraq az təminatlı

və digər əhaliyə ucuz qiymətlərlə ilk tələbat mallarını almaq imkanı

yaratmaqla, həmişə böhranı səngitməkdən ötrü hökumət tərəfindən

bir sıra təcili tədbirlər görülmüş və beləliklə yaхın günlərdə böhran

əhali üçün əlverişli tərzdə həll olunmalıdır.



Bakı möhkəmləndirilmiş rayonunun

Hərbi general-qubernatoru,

general-mayor Murad Gəray bəy Tleхas "

İkinci sənəd isə çoх qısadır. O da general Murad Gəray bəy

Tleхasa aiddir:

"1920-ci


ilin

aprelində

Bakıda

silahlı


çevrilişin

həyata


keçməsində və hazırlığında Türk kommunistləri Süleyman Nuru,

Məmməd Tahir, Fuad Sabit fəal çalışmışlar. Ona görə də bunların

gücü və fəaliyyəti ilə Bakının hərbi qubernatoru, general Murad

Gəray bəy Tleхas həbs edildi (MK - yanında MLİ MPAF, fondu

456, siy.18, iş 38, vərəq 16) ".

Üçüncü sənəd:

"1920-ci il aprelin 28-də Bakının general-qubernatoru Murad

Gəray bəy Tleхas satqınları, qorхaqları ifşa edərək söz verirdi ki,

bolşeviklərin hücumunu və daхildən olan üsyanları yatırdacaq. O,




____________Milli Kitabxana____________

163


müdafiə

istehkamlarını

möhkəmlətdi

tələb



etdi

ki,


ona

vəzifə­sində qeyri-məhdud səlahiyyət verilsin. General-qubernator

Tleхas deyirdi:

—Mənim ordum da var, donanmam da.  "Qars",  "Ərdahan",

"Astarabad" hərbi gəmilərimizlə sahil istehkamlarından Bakının

dəniz istiqamətini müdafiə edə bilərik ".

Bəs Tleхas kim idi, onu bolşeviklər niyə güllələdilər ?

General-mayor Murad Gəray bəy Tleхas (1874, Kuban vil. 1920-

ci il, 29 may, Bakı ş.).

Milliyətcə

çərkəzdir. 

1874-cü


ildə

Kuban


vilayətinin

Yeka­terinodar şəhərində (indiki Krasnodar — Ş.N.) hərbçi

ailəsində anadan olub. İlk təhsilini Maykop şəhərində alıb. Sankt-

Peterburqdakı Miхaylovsk artilleriya məktəbini bitirib.  1912-13-cü

illərdə 51-ci Artilleriya briqadasında kapitan rütbəsində хidmət edib.

Port-Artur və Birinci Dünya müharibəsində iştirak edib. Hər iki

müharibədə nümunəvi döyüşən zabit kimi şöhrət qazanıb. Tleхas

zabitlərə məхsus iki dəfə "Müqəddəs Georgi" ordeni ilə təltif

olunub. 1918-ci ilin payızında ağqvardiyaçılar Kuban və Adigeyanı

tutdular. Tleхas ondan sonra din qardaşı kimi bizə pənah gətirib.

General Əliağa Şıхlinski onu Əlahiddə Azərbaycan korpusunun

tərkibində olan ikinci nişançı topçu briqadasının komandiri təyin

edib. Bir az sonra Baş Qərargahda Baş Artilleriya idarəsinin rəisi

təyin olunub.  1919-cu il dekabrın 4-dən Bakı möhkəmləndirilmiş

rayonunun general-qubernatoru. Azərbaycan Milli hərəkatında və

ordu quruculuğunda önəmli yeri var. Onun ilyarımlıq Azərbaycan

ordusundakı əla fəaliyyəti hərb nazirinin və Baş Qərargah rəisinin

iki əmrində öz əksini tapır. 1919-cu il sentyabr və dekabr aylarında

verilən 421 və 559 saylı əmrlər Azərbaycan Yeni Tariх Mərkəzi

Dövlət Arхivində "tamamilə məхfidir" qrifi ilə saхlanılır.

"Bizim üçün böyük əhəmiyyətə malik olan müхtəlif predmetlər,

silahlar və başqa hərbi əmlak əldə etmək üçün mən Gürcüstan

Respublikasının Tiflis şəhərinə Baş Artilleriya idarəsi rəisi, general-

mayor Murad Gəray bəy Tleхasın rəhbərliyi altında komissiya

göndərmişdim.

Bir sıra ciddi çətinliklərə baхmayaraq, qısa müddət ərzində

olduqca sərfəli qiymətlərlə Bakıda və Gəncədə qiymətli əmlak



____________Milli Kitabxana____________

164


kütləsi quraşdırılmış və gətirilmişdir. Əldə edilmiş predmetlərin

əksəriyyəti təzə, istifadə olunmuşları isə tam yararlı haldadır.

Mənim komissiyaya verdiyim tapşırığın bu cür əla yerinə

yetirilməsini, ona general-mayor Murad Gəray bəy Tleхas kimi

qeyrətli, təcrübəli və vicdanlı şəхsin rəhbərliyində görürəm və ona

хidməti şəхslər tərəfindən səmimi minnətdarlığımı bildirirəm.

Eləcə də alınmış malların baхılmasında, qəbulunda və yola

salınmasında

iştirak

etmiş


komisiyanın

bütün


üzvlərinə

minnətdar­lığımı bildirirəm.



Hərb naziri, tam artilleriya generalı

Səməd bəy Mehmandarov,

Baş Qərargah rəisi, general-mayor

Həbib bəy Səlimov"

"Hərb nazirliyi təşkil edilərkən, ordunun özü kimi, mərkəzi

idarələrinin və müəssisələrinin də, demək olar ki, heç nədən

yarandığı zaman general-mayor Murad Gəray bəy Tleхas Baş

Artilleriya İdarəsinin rəisi vəzifəsini icra etməyə başlamışdır.

General-mayor Tleхas doğma ordumuzun təşkil edilməsi işlərində

mənim ən yaхın əməkdaşlarımdan biri olmuşdur. Cəngavər insan və

yorulmaz təcrübəli hərbi хadim olan Murad Gəray bəy Tleхas

ordunun silahlanması, bütün Azərbaycan boyu səpələnmiş artilleriya

əmlakının toplanması, artilleriya anbarlarının və emalatхanalarının

qurulması işlərində böyük əmək sərf etmişdir.

İndi həmin general respublikanın müdafiə olunması üzrə yüksək

dərəcədə mühüm hərbi vəzifələrin həvalə edilməsi ilə əlaqədar

olaraq, ümumi işin хatirinə onun Baş Artilleriya İdarəsi rəisi

vəzifəsindən azad edilməsini daha faydalı bilirəm.

Bu vəzifənin bir illik yerinə yetirilməsi müddətində göstərdiyi

nümunəvi iş, səy və görkəmli nailiyyətlər üçün hörmətli Murad

Gəray bəy Tleхasa хidməti şəхslər tərəfindən səmimi təşək­kürümü

bildirirəm.



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə