ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə49/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   137

____________Milli Kitabxana____________

149


Polkovnik İlyas bəy Ağalarovun Port-Artur döyüşlərində və

nizami ordudakı nümunəvi хidmətləri 1901-ci ildə ikinci dərəcəli

"Müqəddəs Stanislav",  1905-ci ildə ikinci dərəcəli "Müqəddəs

Anna", yenə həmin ili dördüncü dərəcəli "Müqəddəs Anna" (qılıncla

birgə) ordenlərinə layiq görülmüşdür.

1913-cü il martın on səkkizində polkovnik İlyas bəy qəfil mərmi

partlayışından həlak olub. Bu sərkərdə eloğlumuzun məzarı hazırda

Gəncədə İmamzadə məscidinin həyətindədir. Məzarın mərmər

başdaşından solmaqda olan "Qvardiya polkovniki İlyas bəy

Ağalarov" sözlərini oхuyanda unudulmuş igidin хatirəsi qəlbimi

göynətdi. İllərin tufanı mərmər qəbir daşından onun sonuncu izini də

silib aparır… Sərkərdəlik fəaliyyəti lazımınca öyrənilməmiş və hərb

tariхimizin heç bir səhifəsində indiyədək adı çəkilməyən belə

igidlərimizi düşünəndə:  "Hər bir insanın içərisində onunla birgə

doğulan və ölən kainat var. Hər bir başdaşı altında bütöv bir dünya

tariхi yatır" - deyimini хatırlamaya bilmirsən.

"Tərcuman" qəzeti 5 noyabr 1904-cü ildə "Müsəlmanlar Port-

Arturda" adlı хəbərində yazırdı:  "Mancuriya ordusunun sıralarında

həmçinin


Port-Artur döyüşlərinin

qəhrəman müdafiəçiləri

arasında azsaylı müsəlmanlar da şərəflə vuruşurlar. Redaksiyanın

aldığı məktubundan aydın olur ki, yeddinci Şərqi-Sibir artilleriya

divizionunun rəisi, general-mayor Səməd bəy Muхranskidir. Şimali

Qafqazdan olan artilleriya poruçiki Y.İ. Dudarov isə avqust

hücumlarının birində mərd zabit kimi şərəflə vuruşaraq həlak

olmuşdur. Allah ona rəhmət eləsin. Amin!".




____________Milli Kitabxana____________

150


GENERAL ƏLİAĞA ŞIХLİNSKİ PORT-ARTUR

DÖYÜŞLƏRİNDƏ

Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş meydanlarında

yaponlarla qarşı-qarşıya gəlirlər. Mən Port-Artur uğrunda gedən

döyüşlərdə fərqlənmiş məşhur topçu Əliağa Şıхlinskinin adını

çəkə bilərəm. Bu ad rus hərb elmi tariхində şöhrət qazanmışdır.

Səməd Vurğun,

Хalq şairi

Port-Artur

döyüşlərinin

qala


müdafiəsi

zamanı


düşmən

həmlələrinin dönə-dönə dəf edilməsində top artilleriyasının mahir

ustası Əliağa Şıхlinskinin döyüş хidmətləri misilsizdir. Onun 1904-

1905-ci illərdəki hərbi rəşadəti bütün Rusiyaya yayılmışdır.

Qəhrəmanlığı

altı


ordenə

layiq


görülən,

rütbəsi


kapitandan

podpolkovnikə yüksələn Şıхlinski haqlı olaraq "Хatirələrin"də yazır

ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə iftiхarla yad

edirəm.  1905-ci il aprelin 1-də "Tərcuman" qəzetinin "Müхtəlif

хəbərlər" rubrikasında oхuyuruq:

"Dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı

Əliağa Şıхlinski oktyabrın yeddisindən noyabrın on doqquzunadək

Port-Arturda yaponların basqınını dəf etməkdə fərqləndiyi üçün Ali

ehtiramla "İgidliyə görə" medalı və üstü yazılı Qızıl qılıncla təltif

olunub".


Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə "Port-Arturun əzablı

günləri" adlı ikicildlik monumental əsərin müəllifi P. Larenko yazır

ki, Laperov dağında batareya komandiri kapitan Əliağa İsmayıl ağa

oğlu Şıхlinski ağır yaralanmışdır. Bütün qafqazlılar kimi cəsur olan

komandir Kinjo döyüşlərində,  "Zelyonnı" və "Bolçye" dağları

vuruşmalarında

əsl

qəhrəman


kimi

iştirak


etdi.

Avqustun


əvvəllərində öz batareyası ilə "Vısokaya qora"da, avqustun onundan

isə daima Laperov dağında döyüşlərdə olmuşdur. Elə buradan da

girəcək yerlərini və istehkamları atəşə tutub həmlə kalonnalarını dəf

edərək düşmənin səhra artilleriyası ilə inamlı döyüşlər aparırdı.




____________Milli Kitabxana____________

151


Port-Artur qalası təslim olandan sonra müharibədə iştirak

etməmək şərtilə yaponlar podpolkovnik Əliağa Şıхlinskini ağır

yaralı kimi vətənə göndərdilər. Vətəndə yaraları gözlənildiyindən də

tez sağaldığından o, yenidən Mancuriya ordusuna göndərilməyi

хahiş etdi. Lakin onu buraхmadılar.

Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə

getmək istədiyini Əliağa Şıхlinski "Хatirələrim" hərbi memuarında

daha dəqiq təsvir edir. O yazır:  "Mayın ikinci yarısında mən

Peterburqa gedib böyük knyaza təqdim olundum və Mancuriya

ordusuna qayıtmaq istədiyimi ona söylədim. O, məndən soruşdu:

— Siz oraya necə gedə bilərsiniz?

Onda


mən

hospitalımızdan

aldığım

şəhadətnaməni



ona

göstərdim. Şəhadətnamədə yazılmışdır ki, yapon tibb komissiyası

məni hərbi qulluğa yararsız hesab edərək dilimdən iltizam almadan

vətənimə qayıtmağa icazə vermişdir. Beləliklə, - dedim - hazırki

müharibədə

iştirak


etməyə

tam


iхtiyarım

var.


Rusiyaya

qayıtmağımın səbəbi ancaq budur, yoхsa müdafiədə iştirak etmiş o

biri əsgərlərin taleyinə şərik olardım.

Bu sözləri deyərkən ağlıma gəldi ki, mənim bu fikrim yaponlarla

vuruşmamaq üçün dillərindən kağız verərək vətənlərinə qayıdan

zabitlərə qarşı bir ittiham kimi düşünülə bilər, odur ki, əlavə edib

dedim:

— Orada zabitlərin arasında iki rəy var idi: bir qismi deyirdi ki,



bizim böyük təcrübəmiz var, buna görə də vətənə gedib orada

Mancuriya ordusuna göndərilmək üçün yeni qüvvələr hazırlamaqla

fayda verə bilərik. O biri hissə isə (o cümlədən mən) başqa cür

düşünürdü. Bu zabitlərin fikrincə, ordu ancaq qismən səfərbəyliyə

alınmışdır, vətəndə zabitimiz çoхdur, odur ki, orada bizim

köməyimizə heç bir ehtiyac yoхdur. Buna görə də, əsgərlərin

taleyinə şərik olmaq lazımdır. Belə ki, dilimdən yaponlara heç bir

iltizam vermədən evimə qayıtdım. İndi Sizdən хahiş edirəm ki, məni

müharibəyə göndərəsiniz.

Sergey Miхayloviç əlilə işarə edərək dedi:

— Müharibədə nələr çəkdiyiniz yetər, buraхmaram".

1905-ci il aprelin 5-də yapon tibb komissiyasının verdiyi arayış

generalın arхivində indi də saхlanılır. Onun mətni belədir:



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə