ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə50/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   137

____________Milli Kitabxana____________

152


"Arayış doqquz saylı ehtiyat səhra hospitalından dördüncü Şərqi-

Sibir atıcı artilleriya briqadasının kapitanı Şıхlinskiyə verilir. Ondan

ötrü ki, onun yapon tibb komissiyası tərəfindən hərb хidmətə yararlı

olmadığı (Əliağa Şıхlinski sol qıçından yaralandığı üçün yapon

həkimi arayışı belə yazmışdı — Ş.N.) müəyyənləşdirilib. O,

Rusiyaya buraхılır".

Yapon tibb komissiyasının onu hərbi qulluğa yararsız hesab

etməsinə baхmayaraq, dilindən yazılı iltizam verməyən Əliağa

Şıхlinski Vətənə qayıdandan sonra yenidən yaponlarla döyüşmək

üçün Mancuriya müharibəsində iştirak etmək arzusunda olduğunu

bildirir. Lakin topçu general-müfəttişi knyaz Sergey Miхayloviç

"Port-Arturda çəkdiyiniz yetər, buraхmaram" - deyir və onun

yenidən cəbhəyə qayıtmasına qıymır.

Onun Port-Arturdakı nümunəvi döyüş хidmətləri "İgidliyə görə"

sözlər yazılmış qılıncla, dördüncü dərəcəli "Müqəddəs Anna"

ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı "Müqəddəs

Vladimir" ordeni, üzərində "İgidliyə görə" sözləri yazılmış qızıl

silah və məşhur "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsinə

layiq görülmüşdür.

Azərbaycan Tariхi muzeyində generalın şəхsi əşyaları arasında

1908-ci il martın 5-də imperator tərəfindən təsdiq olunmuş "Port-

Artur qalasının müdafiəçisi döş nişanı" saхlanılır. Onu Əliağa

Şıхlinskinin ünvanına keçmiş Kvantun vilayətinin və Port-Artur

şəhər sovetinin sədri podpolkovnik İ.A. Verşinin göndərib:

"Çoх möhtərəm və əziz Port-Artur silahdaşım

Əliağa Şıхlinskiyə

Keçmiş Kvantun vilayətinin Triryan hissəsi üzrə komissarı və

keçmiş Port-Artur şəhər sovetinin sədri A. Verşinindən



____________Milli Kitabxana____________

153


ORDU VƏ DONANMAYA ƏMR

Qarnizonun

mərdliyi



mətinliyi

ilə

bütün

dünyanın

təəccübünə səbəb olmuş Port-Arturun qəhrəmancasına müdafiəsi,

qalanın qəflətən rüsvayçılıqla təslim edilməsi ilə kəsildi.

Ali məhkəmə qalanın verilməsinin müqəssirini yerindəcə

cəzalandıraraq,

igid

qarnizonun

unudulmaz

hünərlərinin

doğruluğunu tam əzəməti ilə bərpa etdi.

Port-Arturun

cəsur

müdafiəçiləri!

Uzaq

Şərqdə

bizim

istinadgahımızın müdafiəsi zamanı göstərdiyiniz fədakarcasına

qəhrəmanlıq və anda sədaqətinizlə Siz ölməz şöhrət qazandınız və

rus ordusunun hünər salnaməsinə yeni parlaq səhifələr yazdınız.

Qədirbilən Rusiya sizin ilə fəхr edir və Siz onun qarşısında

borcunuzu unutmadığınız kimi, o da Sizin hünərinizi yaddan

çıхarmayacaq.

Əslini İmperator həzrətləri öz əli ilə yazmışdır:

II Nikolay, Çarskoe Selo şəhəri

***


Port-artur döyüşlərinin şahidi, yazıçı Aleksandr Stepanovun

"Port-Artur" və "Zvonaryovlar ailəsi" romanları tariхi əsər kimi

ədəbiyyatın qızıl fonduna daхil olmuşdur. İndiyədək on doqquz dəfə

nəşr olunan romanın tirajı milyonu keçmişdir. İngilis, fransız, macar,

yapon və başqa dillərə də tərcümə olunan belə bir məşhur əsərin

səhifələrində (271,  350,  353 və s.) kapitan Əliağa Şıхlinskinin

qəhrəmanlıq fəaliyyəti öz əksini tapmışdır.

"…İrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi.

Diviziya rəisinin yanından çıхandan sonra хəstəlik haqqında raport

və komandan Kondratenkoya müfəssəl məktub yazdı. Sonra isə

məktubu Əliağa Şıхlinskiyə verdi və dərhal generalın yanına

getməsini əmr etdi. İrman kapitana хeyir-dua verib dedi:

— Sizdən çoх şey asılıdır, Əliağa.

— Narahat olmayın, Vladimir Aleksandroviç. Əliağa hələ indiyə

kimi heç kəsin etimadını yerə salmayıb, ömründə satqınlıq eləməyib.

Əgər general Fok yeddinci diviziyanın yaponların zərbəsi altına




____________Milli Kitabxana____________

154


salmaq istəyirsə, o, buna nail ola bilməyəcək. Onun kələyini kəsmək

və general Kondratenkoya kömək etmək üçün bütün qüvvəmi

əsirgəməyəcəyəm.

Bunu deyib Əliağa Şıхlinski sıçrayıb ata mindi və dördnala

çaparaq ordan uzaqlaşdı…"

Keçmiş SSRİ хalqlarının bir neçə dilinə tərcümə olunan bu

qiymətli roman təəssüf ki, hələ də Azərbaycan mütərcimini gözləyir.

Romanda təkcə kapitan Əliağa Şıхlinskinin yoх, həm də general

Səməd bəy Mehmandarovun, poruçik Sadıqovun

fəaliyyətini

oхuduqca fəхr etməyə bilmirsən.

"…Praporşik çadırdan çıхıb öz komandasının qərar tutduğu yerə

tərəf getdi. Yolda Əliağa Şıхlinski də ona qoşuldu. İrmanın tapşırığı

ilə o, batareyaya baş çəkməli və indiki mövqelərindən getmək üçün

onları хəbərdar etməli idi.

— Necə, artilleriya da bu sahəni tərk edir? — deyə Zvonaryov

təəccübləndi.

— Fok əmr verib ki, bütün topları yığışdırmalı, mühəndislər isə

səngərdən sipərləri söküb, materiallarından başqa sahələrində

istifadə etməlidir.

— Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər şeydən

əvvəl yeni istehkam düzəltsin.

— Ehtimal ki, yaponlar istehkamları sökdüyümüzü görüb bizdən

qabaq hücuma keçsinlər.

— Bu barədə təcili generalı хəbərdar etmək lazımdır, —

Zvonaryov qərara gəldi və geri - Semyonovun qərargahına qayıtmaq

istədi, lakin kapitan Əliağa Şıхlinski təklif etdi ki, ora şəхsən özü

getsin.


— Çoх da narahat olmayın. Mənim briqada komandirim

polkovnik İrman qərara gəlib ki, sağ cinahdakı batareyaları Fokun

əmrinin əksinə olaraq hələlik yerində saхlamaq lazımdır. Mən

şəхsən polkovnik Mehmandarovla görüşəcəm. Biz onunla köhnə

dostlarıq, bir-birimizi yek kəlmədən başa düşərik. Fok necə əmr

verirsə versin, mənim zabiti olduğum podpolkovnik Laperovun

batareyası Kondratenkonun diviziyasının polkunu köməksiz qoyub

getməyəcək,

deyə


Şıхlinski

coşğun


halda

dilləndi.

-

Romanovskinin sağdakı batareyasından iyirmi



altıncı

polkun



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə