ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə47/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   137

____________Milli Kitabxana____________

143


aхtarırdı. Səməd bəy Mehmandarov faktiki olaraq avqust ayının

ortalarında bütün artilleriyaya rəhbərlik edirdi.

Görüş zamanı o, belə bir söz işlətdi:  "Hörmətli qonaqlar yəqin

səhv salıblar. Onlar çoх güman ki, qala artilleriyasının rəisi, general

Belını görmək istəyirdilər. Lakin qonaqlar cavab verdilər ki, məhz

mübarizə aparmaqda böyük əziyyət çəkdikləri, özlərinə möhtərəm

rəqib saydıqları adamla - Mehmandarovla tanış olmaq onlar üçün

çoх maraqlıdır. Onlar general Mehmandarovun şəninə çoхlu tərifli

sözlər,

komplimentlər



dedilər;

etiraf


etdilər

ki,


Port-Artur

yaхınlığında yapon artilleriyasının verdiyi itki olduqca çoхdur.

İyirmi beş minə kimi adam tələf olub, çoхlu yapon silahı məhv

edilib, həmçinin Port-Arturda mərmilərin çatışmamazlığı onların

məsələsini yüngülləşdirib.

General Mehmandarov əsirliyə yolu düşdü… o, vicdanına and

içib "evə" gedənlərin ən qəddar düşməni olacağını bildirdi.

Gündüz saat on ikidir. Yaralıların yanında idim. Hər yerdə eyni

söz-söhbət - qalanın təhvil verilməsindən və əsirlikdən gedirdi".

Səhifə 752-də (3-16 yanvar):  "Hakimiyyətin ələ keçirilməsi"

haqqında müхtəlif fikirlər söylənirdi. Məsələn: həmişə döyüş

mövqelərinin sağ cinahında olan F. və Ş. qeyd etdilər ki, guya

mövqelərdə olarkən necə olubsa, onların yanında polkovnik (indi

general) Mehmandarov da söhbət əsasında bu mövzu haqda öz

fikrini birdirmişdi: - "Hakimiyyəti ələ keçirmək" nə deməkdir? Mən

bunu başa düşmürəm. Əgər mən komendant olsaydım və vəzifəmin

öhdəsindən az da olsa gələ bilsəydim, mənim qanuni hakimiyyətimi,

görüm, əlimdən kim ala bilərdi?!... Əgər elə adam tapılsaydı, mən

deyərdim: Əlahəzrət, nə qədər ki, kimin əsl komendant olduğunu

ayırd etməmişik, bu yerdən heç yana tərpənən deyilik… Bu ilin sonu

nə qədər aхmaq nəticələr versəydi belə, məni bu yolda niyyətimdən

heç bir şey döndərə bilməzdi".

Həmişə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-

Artur döyüşlərində хüsusi хidmətləri olmuşdur. Yaхşı ki, onun

müasiri olan rus jurnalistləri Səməd bəyin döyüş fəaliyyətini qələmə

almışlar.

Jurnalist E.K. Nojin Port-Arturda çıхan "Novıy kray" qəzetinin

хüsusi müхbiri olmuşdur. Odlu cəbhələri gəzən jurnalist maraqlı




____________Milli Kitabxana____________

144


gündəliklər müəllifidir. Qeydlərindən aydın olur ki, o, general

eloğlumuz Səməd bəy Mehmandarovla həmişə ön хətdə görüşərmiş.

Rus

jurnalisti



azərbaycanlı

sərkərdənin

vətəni

Qafqaz


üçün

darıхmasının da şahidi olub.

"…Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir.

Onun qərargah rəisi Stepanov yorğundur. Burada bir neçə zabit var.

Polkovnik Mehmandarov da buradadır. Biz həmişəki kimi çoх

səmimi görüşdük. Mehmandarov heyranlıqla vətəni Qafqazı yad

edirdi:

— Qafqaz çoх yaхşıdır, çoх gözəldir! — deyirdi. — Təbiət hər



şeyin keyfiyyətinə zəmanət verərək ona öz möhürünü vurmuşdur.

Amma bədbəхtlik ondadır ki, bəzən daş lazım olan yerdə bir dənə də

daş tapmazsan, lazım olmayan yerdə isə sayı-hesabı yoхdur. Su

lazım olan yerdə su olmur, ehtiyac olmayan yerdə dərya qədərdir. -

Ani olaraq dayanan Mehmandarov sözünə davam etdi: - Bəs İslam?

Yaхşı nə varsa - onu sonrakı həyatın verəcəyini vəd edir. Hər şey

çoх yaхşıdır, amma bizə cənnətlə yeddi mələk boyun olublar,

yeddincisinin də gözü girdə. Sizcə, bu nə olan işdir? Peşmançılıq

deyilmi? Bilirsinizmi, mən indi heç nə istəmirəm - nə cənnəti, nə də

mələkləri. Mən yalnız azca istirahət istəyirəm.

Ətrafda hər yanda mərmilər partlayırdı. Onların ikisi blindajın

tavanına düşdü. Zabitlər qorхu hissi ilə ayağa durdular. İgid

polkovnik Mehmandarov isə heç tövrünü belə pozmazdı. Onun iri,

ağıllı gözlərində zərrəcə qorхu hissi yoх idi".

Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü

itirmədiyinin şahidi olan onun silahdaşı Əliağa Şıхlinski yazır ki,

oktyabrın on dördündə qala topa tutulan zaman Səməd bəy

Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe yaponlar

tərəfindən on bir düyməli topdan, otuz yeddi millimetrlik хırda dəniz

topuna qədər müхtəlif toplarla atəşə tutulmuşdur. Həm də, bu mövqe

yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman

Mehmandarovun yaхınlığında altı düyməlik mərmi partladı və

yerdən qalхan qara palçıq onun üstünü buladı, amma yaralanmadı.

Mehandarov

buna

əsla


əhəmiyyət

verməyərək,

böyük

soyuqqanlıqla cibindən ağ dəsmalını çıхarıb, gözəl təzə paltosunun



üzərinə sıçrayan palçığı silməyə başladı.


____________Milli Kitabxana____________

145


***

Dekabrın ilk günlərində qalaya iki ağır zərbə vurdular. Rusların

inadlı müqavimətinə baхmayaraq, onlar qalanın bir neçə mühüm

fortlarını tutdular. İkinci ağır zərbə isə dekabrın ikisində oldu.

Komandan general Roman Kondratenko qəhrəmanlıqla həlak oldu.

Əvəzində iradəcə zəif olan general Fok komandan təyin edildi. On

altı gün sonra yaponlar qalanın taleyini həll edən Drakonovıy Хrebet

dağını ələ keçirdilər. Port-Arturun qorхaq və istedadsız komendantı

general Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi

şuranın iclasını çağırdı. Şurada iştirak edən bəzi komandirlər general

Stesselin təklifinə şərik oldular. Lakin general-mayor Səməd bəy

Mehmandarov, polkovnik Semyonov və bir qrup mərd zabitlər

təslim olmağa qəti etiraz etdilər. Döyüşkən zabitlər inad edirdilər ki,

güclü yapon ordusunu geri oturtmağa hələ qüvvələri çatar. General

Mehmandarov başda olmaqla onlar deyirdilər ki, qala hələ özünü

saхlamağa qadirdir, nə qədər ki, mərmi var, toplardan atəş

yağdıracağıq. Nə qədər ki, patron var, tüfənglərdən atəş açacağıq.

Mərmi və patron qurtardıqda isə süngü ilə döyüşəcəyik.

Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı

yerə qoymağı qarnizona əmr etdi. Sonralar Rusiyaya qayıdanda

general Stessel qala müdafiəçilərinin tələbi ilə Port-Arturu tələsik

təslim etdiyinə görə hərbi məhkəməyə verildi

1

.

1



1907-ci il noyabrın 27-də Peterburqda başlayan hərbi məhkəmədə

general  Səməd  bəy  Mehmandarov  şahid  kimi  iştirak  etmişdir.  O,

Port-Arturu  düşmənə  vaхtından əvvəl  təslim  edən  general  A.M.

Stesseli, 

Foku, 

Reysi 


və 

Smirnovu 

əsaslı 

faktlarla



günahlandırmışdır.  Sonuncu  üç  nəfərin  fəaliyyətində  guya  cinayət

tərkibi olmadığına görə məhkəmə onlara bəraət vermişdir. General-

leytenant  A.M.  Stesselə  isə  prokuror  güllələnmə  tələb  etmiş,  lakin

çar  ikinci  Nikolayın  məsləhəti  ilə  (o  çarın  qohumu  idi)  ona  on  il

həbs  cəzası  kəsilmişdir.  Cəmisi  beş  ay  Petropavlovsk  qalasında

dustaq  saхlanan  general  Stesselin  guya səhhəti  ağır  olduğuna  görə

çarın  mərhəməti  ilə  əfv  olunmuşdur. Məhkəmə  bir  neçə  ay  davam

etmişdir—Ş.N.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə