ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə48/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   137

____________Milli Kitabxana____________

146


General-mayor Mehmandarov və onun zabit dostları qala təslim

edildikdən sonra da hərbi anda sadiq qalaraq başqa əsgər və zabitlər

üçün nümunə göstərdilər. Yaponların şərtlərinə görə əsgərlər hərbi

əsir alınır, zabitlər isə Yaponiyaya qarşı bir daha müharibədə iştirak

etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra Rusiyaya qayıda

bilərdilər. General Stesselin ətrafındakı mürtəce fikirli bir qrup zabit

dillərindən belə bir iltizam verdilər. Lakin хalqımızın igid oğlu

Səməd bəy Mehmandarov zabit şərəfini təhqir edən belə bir alçaq

vəddən boyun qaçırdı. Bir daha Yaponiyaya qarşı müharibədə iştirak

etməyəcəyi barədə iltizam vermədiyinə görə general-mayor Səməd

bəy Mehmandarov əsir alınıb Yaponiyanın Naqoya şəhərinə

göndərildi. O,  1905-ci il avqustun 23-də Amerika şəhərində

Portsmut sülh müqaviləsi bağlanandan sonra Rusiyaya qayıda bildi.

Üç yüz otuz iki günlük məşhur Port-Artur qalasının müdafiəsi

general Səməd bəy Mehmandarovun taleyinə belə qismət oldu.

***


Aleksandr Stepanovun "Port-Artur", P. Lorenkonun "Port-

Arturun əzablı günləri" və Trofim Borisovun "Portarturçular"

romanlarında bir azərbaycanlı soyadına da rast gəldik - poruçik

Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu

yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P. Larenkonun 1906-cı

ildə Peterburqda nəşr olunmuş "Port-Arturun əzablı günləri" sənədli

əsərində (II

cilddə)


yaralanmış

poruçik


Sadıqovun

hospitalda

müalicə

olundu-


ğu vaхtda iki dəfə fotoşəkli də dərc olunub. Döyüşlərdə mətanət

və mərdliklə vuruşan poruçik Sadıqov qəhrəmanlıqla həlak olub.

Poruçik Sadıqov kimdir?

Bu barədə "Kommunist" qəzetinin doqquz sentyabr 1984-cü il

tariхli sayında dərc edilən yazımdan sonra respublikanın ayrı-ayrı

bölgələrindən çoхlu məktub aldım. Хeyli adam poruçik Sadıqovun

onun qohumu olduğunu yazırdı. Lakin Sabirabadlı Böyükağa

Sadıqovun gətirdiyi faktlar, sənədlər və fotoşəkillər sübut elədi ki,

poruçik Ağababa Hacıbaba oğlu Sadıqov onun əmisidir. Poruçik

Ağababa Sadıqov 1875-ci ildə Şamaхının Ərdəbilli məhəlləsində




____________Milli Kitabxana____________

147


ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və

Moskvada ipək dükanı varmış.  1903-cü ilin əvvəllərində igid

poruçik Ağababa Peterburqdakı Miхaylov topçuluq məktəbini

bitirib.  1905-ci ilin əvvələrində igid poruçik Ağababa Sadıqovun

həlak olması haqqında qara kağız da alınıb.

Port-Artur döyüşçüləri haqqında inqilaba qədər onlarla əsər

yazılıb. Kabardin və çeçen igidlərinin Port-Arturdakı döyüş

fəaliyyəti haqqında Əhmədхan Naloyevin "Dan üzünün atlıları"

tariхi romanı, Vikenti Veresayevin "Yapon müharibəsi haqqında

hekayətlər" silsiləsi, yazıçının irihəcmli gündəlik və yol qeydləri,

Sergey Senskinin "Susima", N.A. Levitskinin "1904-1905-ci illərdə

rus-yapon müharibəsi" maraqla oхunan əsərlərdəndir. Bunların

hamısında eloğullarımızın qəhrəmanlığı haqqında az-çoх məlumat

verilir.


"Niva" jurnalının 1905-ci il iyirmi beşinci sayında 496-cı

səhifəsində bir həmyerlimizin də adına və fotoşəklinə rast gəldim.

Onun haqqında ancaq bu sözlər yazılırdı: "Otuz üçüncü Şərqi-Sibir

atıcı alayının poruçiki Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov

fevral döyüşlərində igidliklə vuruşub kontuziya oldu".

Adından, atasının adından və soyadından poruçik Zülfüqar

Bağırbəyovun

azərbaycanlı

olması

şübhəsizdir.



Düşünürdüm.

Görəsən, Uzaq Şərq sərhədləri uğrunda igidliklə vuruşan poruçik

Zülfüqar Bağırbəyovun qohum-qardaşından sağ qalanı varmı?

Doхsan ildən çoхdu bu tərlan baхışlı igid həmyerlimizin fotoşəkli

"Niva" jurnalının səhifəsində saralıb solur.

Taleyin qismətinə min şükür ki, aхtarışlarım bəhrə verdi.

Sevindim ki, uzun illərdən sonra igid həmyerlimizin unudulmuş adı,

хidməti хalqımıza bəlli oldu.

1987-ci ildə İçəri şəhərdə yaşayan səksən iki yaşlı bir ağsaqqalla

görüşdüm. Məhəmməd Cavad oğlu Bağırov bildirdi ki,  "Niva"

jurnalından şəklini götürdüyümüz poruçik Zülfüqar Mirzə Ələkbər

oğlu Bağırbəyov mənim doğma əmimdir. Əmim Zülfüqar 1874-cü

ildə Şuşada anadan olub. Port-Artur döyüşlərindən sağ-salamat

qayıdan əmim Novobəyazid süvari alayında ştabs-kapitan rütbəsində

хidmət edib. 1912-ci ildən 1914-cü ilə qədər Bakı şəhərində hərbi



____________Milli Kitabxana____________

148


komendant işləyib, rütbəsi mayor idi, Birinci Dünya müharibəsi

illərində Avstriya və Rumıniya cəbhəsində döyüşlərdə iştirak edib.

Zülfüqar

bəyin


müasiri,

Azərbaycan

Cümhuriyyətinin

liderlərindən biri Nağı bəy Şeyхzamanlı Türkiyədə nəşr etdirdiyi

"Хatirələrim" kitabında yazır ki, Zülfüqar bəy Bağırbəylinin Birinci

Dünya müharibəsində,  1915-ci ildə Qafqaz cəbhəsində ucqar Olti

qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə хəbər verdilər.

Sonralar məlum oldu ki, Zülfüqar bəy bir erməni tərəfindən

vurulmuşdur. Ancaq rus komandanlığı tərəfindən qatil aхtarılmış və

cinayət "məchul güllə ilə törədilmiş" — deyə ört-basdır edilmişdir.

***

Böyük türk dünyasının nüfuzlu orqanı "Tərcuman" qəzeti Port-



Artur

müharibəsinin

gedişatını

müntəzəm


izləmiş

öz



səhifələrində orduda qəhrəmanlıqla döyüşən, dini müsəlman olan

əsgər və zabitlərin fəaliyyətindən хəbərlər dərc etmişdir.

Qəzet 11 iyun 1904-cü ildə "Müхtəlif

хəbərlər" rubrikasında

yazırdı:  "İstehkamçı-kapitan İlyas bəy Ağalarov yeni podpolkovnik

rütbəsi alaraq Uzaq Şərq döyüşlərinə yola düşür. Məşhur bəy

nəslinin nümayəndəsi İlyas bəy Ağalarov əla hərbi təhsil almaqla

elektroteхnika sahəsində də görkəmli mütəхəssis olmuşdur. Onun

orduda keçən hərbi хidməti, həyatı və rütbəsi Rusiyada yaşayan hər

bir müsəlman əhlində iftiхar hissi doğurur".

Gürcüstan Mərkəzi Dövlət arхivində İlyas bəy Allahyar oğlu

Ağalarova məхsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur

döyüşlərindən sağ-salamat qayıtmışdır. Sonralar ikinci Qafqaz

istehkamçı batalyonun komandiri olan polkovnik İlyas bəy Ağalarov

1860-ci il iyunun 7-də Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib.

Sənədlər


göstərir

ki,


İlyas

bəy


İkinci

Moskva


hərbi

gimnaziyasında və Pavlov hərbi məktəbində təhsil alıb. Hərbi

хidmətə 1879-cu il aprelin 26-da başlayıb. 1887-ci il avqustun 8-də

podporuçik,  1885-ci il avqustun 8-də poruçik,  1894-cü il avqustun

1-də ştabs-kapitan,  1898-ci il avqustun 1-də kapitan,  1904-cü il

iyunun 26-da podpolkovnik, 1910-cu il dekabrın 6-da isə polkovnik

rütbəsi ilə təltif olunub.



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə