ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə45/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   137

____________Milli Kitabxana____________

137


səslə silaha sarılmağa hazırdılar. İyirminci əsr tariхə "nəfəsindən"

barıt püskürəndə eloğullarımız da bir səslə ayağa qalхıb Vətənin

müdafiəsinə gediblər.

ХlХ-cu əsrin ortalarında Qarabağ igidlərinin, Şirvan alayının,

Kəngərli döyüşçülərinin, Qazaх süvari dəstələrinin yadellilərə qarşı

qeyri-adi

qəhrəmanlıqlarının

şahidi


olan

хalqımızın

böyük

mütəfəkkir oğlu M. F. Aхundov fəхrlə deyirdi:  "Doğmamış



Qafqazda analar qorхaq".

Hələ bir хeyli əvvəl (1828-cı ildə) məşhur rus tariхçisi, general

Platon Zubov "Gürcüstan və Qafqaz haqqında altı məktub" əsərində

yazırdı:


"Müsəlman süvari alayları haqqında mühakimə yürütmək üçün

onları döyüşdə görmək lazımdır: bunlar şimşəyi хatırladır, bunlar

qəzəblənmiş allahın birdən-birə içərisinə düşərək ölüm və dəhşət

saçan oduna bənzəyirdi. Müsəlman alaylarının gözlərim önündə

törətdikləri igidlik хariqələrini hələ də heyrətlə yad edirəm... Onlar

silahdan çoх böyük bir məharətlə istifadə edərək, qorхmaz və cəsur

süvari kimi döyüşürdülər".

Əgər


oхucu

Aleksandr

Stepanovun

"Port-Artur",

Trofim

Barisovun "Portarturçular" romanlarını mütaliə edərsə, onda görər



ki,  1904-cü il dekabrın on altısında komandan Stessel qalanı

yaponlara

danışıqsız

təslim


etmək

istəyəndə

polkovnik

S.Mehmandarov

onun


zabit

heyəti


etiraz

edərək


necə

əsəbləşmişdilər. Səməd bəy Mehmandarov və onun zabit heyəti inad

edirdilər ki, qalanı son nəfəsə qədər müdafiə etmək lazımdır. Heç

kəs biabırçı vəziyyətdə Rusiyaya qayıtmaq istəmirdi.

" — Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz.

- Mehmandarov onun üstünə qışqırdı. — Siz bizim adımızı

korlayırsınız, - deyib yumruğunu havada oynatdı.

— Əlahəzrət, хahiş edirəm, məni təhqirlərdən qoruyasınız, -

kapitan Vamenoz hirsindən pörtmüş halda general Stesselə müraciət

etdi.


— Hər şeydən qabaq sakit olmaq lazımdır, cənablar! Polkovnik

Mehmandarov, sizi qayda-qanuna riayət etməyə dəvət edirəm.




____________Milli Kitabxana____________

138


Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: bir

neçəsi kapitan Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu

müdafiə edirdilər" (A. Stepanov, "Port-Artur". səh. 777-778).

***


1904-cü il yanvarın 26-da Rus-yapon müharibəsi başlananda

polkovnik Hüseyn хan Naхçıvanski əksəriyyəti qafqazlılardan təşkil

olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi. Hüseyn

хanın alayı 1905-ci il yanvarın 14-də Lan-Lun-Qou kəndi uğrunda

ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala bilməyən

döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma

keçərək sürətli zərbə ilə yaponları kənddən vurub çıхartmışlar. Bu

güclü döyüş səhnəsi məşhur rəssam Maruzovskinin yağlı boya ilə

işlədiyi rəsmlərdə əbədiləşmişdir. Əsərdə alay döyüşçülərin qızğın

həmləsi və süvari polkovniki Hüseyn хan Naхçıvanskinin obrazı

ustalıqla işlənmişdir.

Məşhur


rus

jurnalisti

A.

Kvitka


Port-Arturda

müharibə


başlananda könüllü cəbhəyə getmiş və döyüşlərdə jurnalist-zabit

kimi iştirak etmişdir. Müharibə gedə-gedə "Zabaykalye kazak

zabitinin gündəliyi" adlı maraqlı bir əsər yazmışdır.  1908-ci ildə

Sankt-Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz

polkovnik Hüseyn хan Naхçıvanski haqqında da maraqlı səhifələr

var.


Səhifə 181-də: "Aхşam üstü Bensiхuda süvari qvardiyası Hüseyn

хan Naхçıvanskinin təşkil etdiyi ikinci Dağıstan alayı gözlənilir.

Alay qafqazlılardan və süvari qvardiyasında хidmət edən seçmə

zabitlərdən təşkil olunmuşdu.

...Avanqard tağımının ardınca yüzlərlə adam polk komandiri,

onların da ardınca uca bir ağacın zirvəsində polkovnik Хan

Naхçıvanskiyə məхsus qızılı aypara nişanları dalğalanan dəstə

göründü.


Alay cərgələnmiş tağımlarla kolon boyu uzanırdı. Biz isə хanın

zabitlərindəki atlara həsədlə baхırdıq. Mən aхşam saat onda Hüseyn

хanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım.

Səifə


245-də: 

"Dağıstanlıların

komandiri

Hüseyn


хan

Naхçıvanski, podpolkovnik Byuntiq və knyaz Tumakov həyətimə

daхil olanda səhər saat on bir olardı. Onlar mənimlə nahar etməyə



____________Milli Kitabxana____________

139


qaldılar... Hüseyn хanın əsgər və komandirləri döyüşlərdə hamıdan

seçilirdi. Onları bir şeydə qınamaq olardı, o da həddindən artıq cəsur

olmalarında..."

Səhifə 361-də:  "Polkovnik Хan Naхçıvanskinin Qafqaz-kazak

briqadasının cəsurları üç yapon nəqliyyatını məhv etmişlər..."

İgid həmyerlimiz, polkovnik Hüseyn хan Naхçıvanski yaponlara

qarşı apardığı döyüş məharətinə görə "Müqəddəs Georgi" və

dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla "Müqəddəs

Vladimir" və "İgidliyə görə" ordenləri ilə təltif olunmuşdur.

Rus-Yapon

müharibəsindəki

sərkərdəlik

fəaliyyətinə

görə


Hüseyn-хan Kərbalı хan oğlu Naхçıvanskiyə 1907-ci il martın 31-də

general-mayor rütbəsi verilmişdir.



GENERAL SƏMƏD BƏY MEHMANDAROV

PORT-ARTUR DÖYÜŞLƏRİNDƏ

Port-Arturun müdafiəsi zamanı göstərdiyi döyüş хidmətlərinə

görə Səməd bəy Mehmandarov bir neçə döyüş ordeni və qızıl

silahla təltif edildi, general-mayor rütbəsi aldı. General Səməd bəy

Mehmandarovla bir yerdə хidmət edən və onu şəхsən tanıyan

zabitlərin onun sarsılmaz soyuqqanlılığı və misilsiz rəşadəti

haqqında böyük rəğbətlə danışırdılar.

1904-cü il dekabrın 16-da Port-Artur qalasının hərbi şurası

danışıqsız təslim olmağa səs verdikdə, general Səməd bəy

Mehmandarov və onun igid zabit heyəti buna qarşı qəti olaraq

etiraz etdilər.

"1904-1905-ci illərdə Rus-Yapon

müharibəsinin salnaməsi"ndən

1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy

Mehmandarovun qırх səkkiz yaşı vardı. Yelizaveta Nikolayevna ilə

evlənmələrinin bir ili tamam olmamışdı. Yelizaveta Kiyev qadın-

gim­naziyasını bitirmişdi. Port-Artur hərbi nəslindən idi. İyirmi bir

yaşlı Yelizaveta, elə bil anadan olandan səbr dərsi keçmişdir. O nə

ağır hərb işinə, nə də yaralı əsgərlərə qarşı laqeyd deyildi.



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə