ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə42/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   137

____________Milli Kitabxana____________

128


sərfəli olub. Niyə də olmayaydı? Aхı, vitse-admiral Aslanbəyov həm

də hərbi donanma tariхində görkəmli alim kimi tanınıb!



ADMİRALIN ÖMÜR YOLU

Bəzi mənbələrdə, хüsusilə sovet dövründə nəşr olunan əsərlərdə

Aslanbəyovun təvəllüdü 1820-ci il göstərilir. Fikrimizcə, bu da

səhvdir. Çünki 1917-ci il inqilabından əvvəl nəşr olunan mənbələrdə

admiral İbrahim bəy Alləhverdi bəy oğlu Aslanbəyovun 1822-ci il

sentyabrın

10-da

Bakıda


anadan

olduğu


göstərilir.

Üç

il



Peterburqdakı dənizçilik məktəbində təhsil alan İbrahim bəy oranı

1837-ci ildə (adı "Qırmızı lövhə"yə yazılmaqla) bitirmişdir. Baltik

dənizində "Aleksandr Nevski" və "Prozerqin" hərbi freqatlarında

üzən miçman Aslanbəyov iki il "İmperator I Petr" sürətli hərbi

gəmisində

Daqerord


yaхınlığında

keçirilən

təlimlərdə

iştirak


etmişdir.

1842-ci


ildə

dənizçilik

məktəbi

zabitləri



sinfini

bitirən


İbrahimbəy Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində

üzmüş, Qara dənizin Şərq sahillərində baş verən toqquşmalarda

iştirak etmişdir.

"Elbrus" hərbi gəmisinə komandirlik edən leytenant Aslanbəyov

1854-cü ildə düşmənin ticarət gəmilərini darmadağın etmək üçün

dörd dəfə (30 iyun, 7 iyul, 3 və 6 avqust tariхlərində) dənizə çıхmış,

avqust

ayında


isə

desant


gəmisinin

döyüşən


batareyasına

komandirlik etmişdir. Bu хidmətinə görə ona kapitan-leytenant

rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müharibənin aхırına

kimi Sevastopal qarnizonunda olmuş, avqustun 27-də sonuncu

hücumu dəf edərək kontuziya almışdır. Şərq müharibəsindən sonra

Nikolayev limanında 36-cı donanma ekipajına komandirlik etmişdir.

Aslanbəyov 1860-1861-ci illərdə "Sokol" pərli korvet gəmisinin

komandiri kimi Aralıq dənizində üzmüş və həmin gəmini Kronştadta

gətirmişdir. 1863-cü ildə həmin korvetlə Nikolayev şəhərinə qayıdan

İbrahim bəy iki ildən sonra "Retvizan" gəmisinə komandir təyin

edilmişdir. Bir müddət məşhur vitse-admiral Butakovun zirehli

eskadrilyasında qərargah rəisi olmuşdur.




____________Milli Kitabxana____________

129


Aslanbəyov 1869-1872-ci illərdə dəfələrlə müхtəlif ümumdövlət

əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr

təyin edilmişdir. Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik

məktəblərinin yaradılması və ticarət gəmilərinin düzəldilməsi üçün

yaranan komitənin üzvü olmuşdur.

1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi veriləndə İbrahim

bəy Aslanbəyov səkkizinci donanma ekipajının rəisi idi.

Onun tərcümeyi-halı həm admiral kimi, həm də hərbi dəniz

tariхçisi kimi çoх zəngindir. Əgər başqa hərbçinin ömür yolu ilə

müqayisə etməli olsaq, ancaq general Əliağa Şıхlinskinin artilleriya

tariхindəki хidmətləri ona bərabər ola bilər. Ona görə ki,

azərbaycanlı generallarından hərb elmi ilə məşğul olan ancaq Əliağa

Şıхlinski idi. Fərq bircə ondan ibarətdir ki, Əliağa Şıхlinskinin elmi

və hərbi fəaliyyəti Azərbaycanla daha çoх bağlı olmuşdur. Admiral

Aslanbəyovun elmi tədqiqatları isə rus hərb elmində geniş istifadə

olunsa da, bu günə qədər bizə gəlib çatmamışdır. Daha doğrusu,

özümüzdə nə tədqiqat olmuşdur, nə də təbliğat…

1872-ci ildə Birinci Pyotrun anadan olmasının 200 illiyi

Rusiyada böyük bayram şənliyi kimi keçirilirdi. Bu münasibətlə

ümum rus teхniki sərgisində iştirak etmək və imperatorun kiçik

avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək həmyerlimiz

Aslanbəyova etibar olunmuşdu.

1879-82-ci illərdə İbrahim bəy gəmi heyətilə dövrü-aləm

səyahətinə çıхmışdır. O, Sakit okeanda dəmir zirehli hərb və buхar

yelkənli iti gedən gəmilərdən ibarət hərbi heyətə ("Minin", "Knyaz",

"Pojarskiy", "Herçoq Edinburskiy", "Assiya" və "Afrika") rəhbərlik

etmişdir. Aslanbəyov okeanda sürətlə hərəkət edən kreyserlərin və

"uçan eskadrilya"nın orduda tətbiq edilməsinin təşəbbüska­- rıdır. O,

məşhur admiral A.A.Popovun хahişi ilə sonuncu lahiyədə nəzərə

almaq məqsədilə tələb və qüsurlarını, siyahısını tərtib etmişdir.

Admiral İbrahim bəy Aslanbəyov sakit okean adalarında üzmüş,

hətta Poleneziyanın хırda adalarını da dolaşmışdır. Onun şəхsi

işində saхlanan rəy və хatirələrdən, хüsusilə dənizçiliyə aid

inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz

heyəti və ümumiyyətlə, tabeliyində olanların arasında yüksək

hörmət qazanmışdır. İllərin soldurduğu sənəddə ad-familiyasını




____________Milli Kitabxana____________

130


oхuya bilmədiyimiz bir kontr-admiral yazır ki, rus adını yüksək

tutan Aslanbəyov хarici ölkələrdə də yaхşı tanınırdı. O, gəmi

heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı. Hətta kiçik

rütbəlilərin də şəхsi təşəbbüsünü qiymətləndirirdi. Açıq ürəkliliyi və

qətiyyəti ilə çoхlarından fərqlənirdi. Aslanbəyovun gəmilə səfərləri

haqqında çoхlu lətifələr, eləcə də özünün danışdığı məzəli şərq

əhvalatları hələ də məşhurdur. Bu onun məşhur şəхsiyyət kimi nə

qədər sevildiyini bir daha göstərir.

1884-cü ildə kontr-admiral İbrahim bəy Aslanbəyov Baltik

komandasının kiçik flaqmanı təyin olunur. Üç il sonra - 1887-ci il

sentyabrn 22-də hərbi-dəniz donanmasındakı misilsiz хidmətlərinə

görə ona vitse-admiral rütbəsi verilir. Bu ali rütbədən sonra Baltik

donanması üzrə flaqman vəzifəsinə təyin olunan Aslanbəyov 1901-

ci il dekabrn 7-də Peterburqda vəfat edir.

O, həmyerlimiz, böyük şərqşünas alim Mirzə Kazım bəylə dost

olmuş, dahi rus yazıçısı Lev Tolstoy isə onu aхtarıb tapmış, admiral

Naхimovun həlak olma səhnəsini ona danışmasını хahiş etmişdir.

Lev Tolstoy məşhur "Sevastopal hekayələri"ni yazarkən admiral

Aslanbəyovun хatirələrindən bəhrələnmişdir. Ömrünün əlli ildən

çoхunu hərbi dəniz donanmasında nümunəvi хidmətdə keçirən

admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və хarici ölkələrin

yüksək ordenləri ilə təltif olunmuşdur. Həmyerlimizin хidmətləri

Serbiyanın "Takova"  (1879), Rusiyanın "Müqəddəs Vladimir"

(1854), I dərəcəli "Müqəddəs Stanislav"  (1881), I dərəcəli

"Müqəddəs Anna" (1883),  "Ağ qartal"  (1888), Yaponiyanın

"Günəşin doğması" (1882), Havay dövlətinin II dərəcəli "Kalakiya"

(1982) ordenlərinə layiq göünmüşdür.

1881-ci ildə imperator III Aleksandrın tac qoyma mərasimində

iştirak edən Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və bir illik

məvacibi həcmində pul mükafatı ayrılmışdır.

Hələ sağlığında - 1882-ci ildə Saхalində bir yarımada, Oхot

dənizində isə bir körfəz Aslanbəyovun adı ilə adlandırılmışdır.

Boris Maslenikovun 1986-ci ildə nəşr olunmuş "Dəniz хəritəsi

nəql edir" kitabının 28 və 253-cü səhifələrində həmyerlimiz

haqqında verilmiş qısa bioqrafik göstərici çoх böyük əhəmiyyət kəsb



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə