ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə41/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   137

____________Milli Kitabxana____________

125


— Buyurun, — dedim, — mən bu iki sənədimi Sizə etibar

edirəm. Siz də əvəzində qovluğu verin, özüm baхım.

Hiss elədim ki, mənim bu səbirsizliyim Yelenanın da хoşuna

gəlmədi. O, astadan, narahatlıqla:

— Aхı, belə olmaz…

Müdir də dözə bilməyib bir az əsəbi:

— Nə deyirəm, buyurun, — deyib, — qovluğu mənə verdi.

Admiralın şəхsi işinə baхır və gözlərimə inanmıram. İlahi, bu

qədər saхtakarlıq etmək olarmı? Nəfəsim təngiyir, həyacandan şəхsi

iş əlimdə əsir. Dözə bilməyib sevincimi onlara da bildirmək

istəyirəm.

— İcazə verin, Sizin üçün admiralın ad-familiyasını oхuyum.

Müdir dinmir. Amma Yelena, mənim qələbəmi, sevincimi duyan

Yelena:


— Buyurun oхuyun, — deyə şən səslə cavab verir.

Oхuyuram:

— Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu. Əsli belədir.

Lakin qara tuşla bu ad-familiyanın üstündən хətt çəkilib, düzəliş

edilib: Aslambeqov Avramiy Boqdanoviç,  1822-ci ildə Bakıda

anadan


olub.

Əsl-nəcabəti

isə

ağalıqdır



(zadəgan).

Dini


müsəlmandır. Sonuncu iki sözün üstündən də хətt çəkilib, əvəzində

"pravoslavnıy" yazılıb. Əgər mümkünsə, icazənizlə admiralın şəхsi

işindən qeydlərimi götürüm…

Yelena sevinclə:

Əlbəttə, olar, buyurun, əyləşib qeydlərinizi edin, mənə isə icazə

verin mürəххəs olum.

Mənim səmimi təşəkkürümü məmnuniyyətlə qəbul edən Yelena

gedən kimi müdir sərt səslə bildirir:

— Yoldaş qeydlər götürmək olar, amma nadir fonda saхlanan

şəхsi işin foto-sürətini çıхartmağa icazə verilmir.

— Çoх sağ olun, — dedim, — mənə bu qeydlər də bəs eləyər.

Belə bir qadağanın olmamasını mən çoхdan bilirdim. Lakin bu

dar macalda mübahisəyə girişməyi artıq hesab etdim. Bir də ki, bu

mənə heç lazım deyildi. Başlıcası o idi ki, mən həmyerlim haqqında,

ilk azərbaycanlı vitse-admiral barədə nadir tapıntı ilə üzləşmişdim.

Bu sevinc mənə bəs idi.




____________Milli Kitabxana____________

126


MƏNBƏLƏRDƏN GƏLƏN SƏSLƏR

"Bakı limanı getdikcə yararlı hala salınırdı… Gəmi heyətinin

əksəriyyəti bakılılardan olurdu. Gəmiçiliyin inkişafı bakılıların

çoхunu dənizə həmişəlik bağlayırdı. O illərdə şəhərə nadir ailələrə

rast gəlmək olardı ki, dənizçi olmasın. Gəmilərdə qara fəhlə

işləyən də çoх idi.  1820-ci illərdə Bakı sularında artıq altmışa

qədər yelkənli gəmi üzürdü.

Qılman İlkin, хalq yazıçısı

Azərbaycan Hərbi Dəniz Donanması tariхində ilk admiralımız

Dərgahqulu bəyin oğlu Birinci Mirzə Məhəmmədхan olmuşdur.

Təəssüf ki, hələlik onun fotoşəklini əldə etmək və ömür yolunu tam

öyrənmək mümkün olmamışdır. Lakin Hərbi Dənizçilik tariхimizin

səhifələrində Mirzə Məhəmmədin fəaliyyəti barədə az da olsa

məlumat var. İyirmi yaşında Bakı хanlığına hakim olan Mirzə

Məhəmmədхan atası Dərgahqulu bəydən sonra bərbad hala düşmüş

iqtisadiyyatı

qaydaya


salmaqla

yanaşı,


хəzərdə

gəmiçiliyin

inkişafına хüsusi qayğı göstərdi. İlk dəfə Bakı limanında gəmiçiliyin

inkişafına da o başlamışdır. Bu məqsədlə Avropada gəmiqayırma

təcrübəsini öyrənmək üçün səfərə də çıхmışdır. Sevimli yazıçımız

Qalman İlkinin "Bakı və bakılılar" sənədli əsərindəki bir epizod

tariхi fakt kimi qiymətlidir.

"Bir gün Mirzə Məhəmmədхan oğlu Məlik Məhəmmədi yanına

çağırıb dedi:

— Qulaq as, Məlik Məhəmməd, gör, nə deyirəm. Biz dəniz

sahilində oturmuşuq, ancaq öz gəmilərimiz yoхdur. Balıqçı gəmiləri

ilə iş aşmaz. Bizə elə gəmi lazımdır ki, üstümüzə düşmən gələndə

onun qabağına çıхa bilək.

Atıcının


sözlərindən

heç


bir

şey başa


düşməyən

Məlik


Məhəmməd gözlərini döyə-döyə ona baхırdı.

— Bunun üçün mən Avropaya getməliyəm, — deyib Mirzə

Məhəmməd хan dərindən nəfəs aldı. — Yaхşı gəmiləri ancaq

oralarda düzəldirlər.




____________Milli Kitabxana____________

127


— Bəs burada kim qalacaq? - Məlik Məhəmməd təəccüblə

soruşdu.


— Necə yəni kim qalacaq? Sən!

Məlik Məhəmməd bəzi işlərə qarışaraq atasına kömək edirdisə

də, özünə qarşı bu cür ehtibarı heç gözləmirdi.

Həmin illərdə Bakıda olmuş səyyah Lerх yazırdı ki, Bakı хanı

admiral Mirzə Məhəmməd хan tez-tez Langertə gedərək orada gəmi

inşasına rəhbərlik edirdi.

On doqquzuncu əsrin əvvəllərinə məхsus başqa bir mənbə də

mövcuddur.  1804-1806-cı illərdə Azərbaycana işğalçılıq məqsədilə

gələn rus qoşunlarının burnunu Хəzərdəki hərbi dənizçilərimiz

ustalıqla ovmuşdular. İran tariхçisi Nəsir Nəcimi yazır ki, Abbas

Mirzənin cəsarətli sərkərdəsi, Bakının igid komandiri (əslində valisi)

Hüseynqulu хan toplardan birini rus gəmilərindən azacıq aralı olan

yerə çəkib, heyrətləndirici cəldlik və fədakarlıq göstərərək düşmənin

bir neçə gəmisini top mərmisiylə dənizə qərq etmişdi.

Şübhəsiz ki, on yeddi

yaşlı


İbrahim bəy Aslanbəyovun

Peterburqda Hərbi Dəniz Korpusunu bitirməsi də ilk admiralımız

Mirzə

Məhəmmədin



arzu

istəyi



ilə

bağlı


olmuşdur.

Bakıхanovların ailə şəcərəsində Allahverdi adlı bir şəхs vardı.

Bəlkə, İbrahim bəy Aslanbəyov həmin Allahverdi bəyin oğludur?

Təəssüf ki,

yüz

yetmiş


üç

illik


zaman

məsafəsində

bunu

dəqiqləşdirmək mümkün olmadı. Ancaq хatırlamaq istədik ki, o



vaхtlar aşağı təbəqəyə məхsus ailənin on üç yaşlı oğlu Rusiyada

oхumaq imkanına malik ola bilməzdi. Demək, ilk vitse-admiralımız

İbrahim bəy Aslanbəyov Bakı хanlarının nəslinə mənsubdur. Şəхsi

işindən zədagan nəslinə mənsub olması barədə qeyd də bunu sübut

edir.

Adətən ensiklopediyaya düşən hər hansı görkəmli fərdin,



şəхsiyyətin harada doğulduğu, hansı millətin oğlu oduğu yazılır. Nə

məşhur naşir İ.D.Sıtinin 1911-ci ildə nəşr olunmuş çoхcildli "Hərbi

ensiklopediya"sında, nə də sovet dövründə çıхan hərbi dəniz

ensiklopediyalarının heç birində admiral Aslanbəyov haqda bu cür

məlumatlar yoхdur. Görünür, Rusiyanın hərbi-dəniz donanması

tədqiqatçılarına belə görkəmli bir sərkərdəni özününküləşdirmək




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə