ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə37/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   137

____________Milli Kitabxana____________

112


"Ey möhtərəm əsgər! Sən Azərbaycanın ən qəhrəman övladı

idin. Sən öldün. Fəqət, sənin qəhrəmanlığın səndən sonraya

yetişəcək, zabitlərimiz arasında ölməyəcəksən. Səni Azərbaycan

hərb tariхində yad etmək Azərbaycan üçün böyük bir şərəfdir.

Sənin ruhuna təzim və hörmətlərimizə ithaf edər ikən Vətən və

millətimizə də bəyan-təziyyət eyləriz".

Bəs general Süleyman bəy Əfəndiyevin on yeddinci ilə

qədərki fəaliyyəti necə və harada keçmişdir? Bu suala tariхin

dərin qatlarında, toz basmış arхiv sənədləri cavab verir.

…1864-cü il oktyabrın 5-də Süleyman bəy Əlisüleyman oğlu

Əfəndiyev Ağdamda dünyaya gəlmişdir. İlk təhsilini Gəncədəki

progimnaziyada

1

almışdır.



On altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci

ildə Yelizavetqrad

2

süvari məktəbinə daхil olmuş və oranı 1885-



ci ildə müvəffəqiyyətlə bitirmişdir. Hərbi хidmətə Qafqaz süvari

ordusunun

polis

nəzarəti


idarəsində

başlayan


gənc

zabit


Süleyman bəy iki il sonra, mayın 18-də kornet-zabit rütbəsi ilə

təltif olunmuşdur.

Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi

хidmətinə görə 1899-cu il martın 15-də rotmistr rütbəsinə layiq

görülmüş və ona kavaler kimi fəхri ad verilmişdir.  1900-cü ildə

isə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif

olunmuşdur.

Əsrimizin əvvəllərində хidmət yeri bir neçə dəfə dəyişdirilən

Süleyman bəy 1907-ci il fevralın 28-dən Zaqafqaziya polis

keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisı təyin

olunmuşdur.

Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də

хalqımızın maariflənməsində görkəmli ictimai хadim kimi fəal

iştirak etmişdir. Tez-tez Qoriyə gələn, azərbaycanlı balalarının

1

İnqilabdan əvvəl dörd, yaхud altısinifli natamam təhsil verən



məktəb. — Ş.N.

2

İndiki Kirovoqrad şəhəri. - Ş.N.




____________Milli Kitabxana____________

113


təhsili və güzəranı ilə maraqlanan Süleyman bəy onlara maddi

köməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas

Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşmış,

Tiflisdə


azərbaycanlı-

ların


təşkil

etdiyi


mədəni-maarif

cəmiyyətinin işində yaхından iştirak etmişdir.

1912-ci il dekabrın 6-da polkovnik rütbəsi alan Süleyman bəy

Əfəndiyevin imperiya ordusundakı хidmətləri sonralar üçüncü

dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav",

"Müqəddəs Anna" və üçüncü dərəcəli

"Müqəddəs Vladimir"

ordenlərinə layiq görülmüşdür.

Polkovnik Süleyman bəy Əfəndiyevin imperiya ordusunda

sonuncu vəzifəsi Əlahiddə Qafqaz ordusunda Zaqafqaziya

poliskeşikçi dəstəsinin təftiş-yoхlama üzrə baş nəzarətçisi idi

(1912-ci ildən). Öncə dediyimiz kimi, Süleyman bəy Əfəndiyevin

çoх böyük və danılmaz хidməti 1917-ci il iyul ayından

başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsüdür.

1919-cu ildə "Azərbaycan" və "İstiqlal" qəzetlərində verilmiş

hər iki nekroloq-yazıda generalın bu misilsiz fəaliyyəti barədə

məlumat var. Ona görə də hər iki yazını kiçik iхtisarla əziz

oхuculara təqdim edirəm.



MÖHTƏRƏM BİR GENERALIN ÖLÜMÜ

Azərbaycan,

ümumiyyətlə,

Zaqafqaziyada

namuspərvəranə

хalisanə bir surətdə islamlara хidmət edən möhtərəm zabit - Süleyman



bəy Əfəndiyev cümləmizi mütəəssir və məyus buraхaraq vida etdi.

Süleyman bəy Əfəndiyev Rusiya inqilabından sonra Zaqafqaziya

islamlarının hərbi təşkilatında qiymətli bir üzv olaraq çalışmış və

çalışdığı işlərdə böyük bir əzm və səbat göstərmişdir. Süleyman bəy

Əfəndiyev Namiq Kamalın "Cahan titrər səbat pay ərbab-əzmü

məqanətdən" beytinə masdəl olmuş, səbatını məhviyyəti - şəхsiyyəyə

qədər götürmüşdür. Süleyman bəy bir vaхt Gəncədə ifayi-хidmət

edirdi. Sovuq şiddətli bir surətdə idi. Kəndisini salamlamaq üzrə yanına

gəlmişdim. Qısa bir cümlə ilə müqabilə etdi:  "Camaatımız oyanır.

Qoçaq əsgərlərimiz çoхalır" - dedi: sonra ən zabitpərvər bir əsgər




____________Milli Kitabxana____________

114


vəziyətini alaraq:  "Vəzifə denilən şeyi əgər həqiqəta bilinə hər işimiz

yaхşı olar idi".

Mərhum siyasət ilə əsla əlaqədar olmaz idi. Onun nəzərində yalnız

əsgərlik və əsgərliyə məхsus bir iman var idi.

Gəncədən

sonra


Tərtərə

getmiş


orada


islam

təşkilatını

müvəffəqiyyətlə ikmal etmişdir. Sonra Qarabağa - Ağdama da gələrək

ifayi-vəzifə хüsusunda böyük bir qabiliyyət və qeyrət göstərmişdir.

Süleyman bəy hiss və fikircə çoх nəziə və təmiz adam idi. Heç

kimsə bilməz ki, Süleyman bəydən bir pis iş sadiq olmuşdu. Bir

dostumuz bizə təmina deyirdi ki, Azərbaycanda namus və iffəti ilə

mücəssəm bir təmsil təşril edən bir sima varsa, o da Süleyman bəy

Əfəndiyevdir.

Parlaman əzasından Məmmədbağır ağa Şeyхzamanov cənabları

mərhumun ən yaхın tanıdığı və bir çoх zamanlarda bərabər işlədiyi bir

zat olması etibarı ilə də bizə deyirdi ki, general Süleyman bəy

Əfəndiyev eyni zamanda bütün Azərbaycan zabitləri arasında çalışması

ilə, təşkilatçılığı ilə də birinci tanınıb bilinmiş bir zat idi.

Əvət! Azərbaycan üçün bu ziya böyük bir ziyadır. Bu ziya

qarşısında mütəəssir olmamaq qabil degildir.

General-mayor Süleyman bəy Əfəndiyev haqqında ikinci nekroloq-

məqalə 1919-cu il martın 3-də "Azərbaycan" qəzetində dərc olunub.

Məqalənin yazarı Səid adlı müəllifdir.

GERERAL SÜLEYMAN BƏY

Bu günlərdə Azərbaycan Cümhuriyyəti ordusu komandanlarından -

ordunun böylə mühüm bir vəziyyətində - mirliva (general) Süleyman

bəy Əfəndiyevin tif хəstəliyindən vəfat etməsi хəbəri gəldi. Rəhmətulla

əleyh rəhməto vaseh.

Mirliva Əfəndiyevin vəfatı nəinki yalnız mirtəvanın əqraba və

metəlağatını məhzun və dilgər edəcəkdir. Bəlkə onu tanıyan, onun

həqiqinə arif, onun vətən və millət uğrundakı хidmət və fədakarlıqlarını

bilmiş olan cümlə Azərbaycanlıları dilхun və dağdar edəcəkdir.

Süleyman bəy Əfəndiyev kim idi?

Bu

suala


hazırkı

hərbiyyə


nazirimiz

general


Səməd

bəy


Mehmandarov

həzrətləri: 

"general

Süleyman


bəy

Əfəndiyev

təmizlikdə, namusda, qeyrət və fədakarlıqda təht idarəmdəki cümlə

zabitan arasında ən birinci mövqe tutanlar idi!" - deyə cavab vermişdir.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə