ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə33/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   137

____________Milli Kitabxana____________

100


qədər Qazaх qəzasında milis rəisi işləyən Qiyas bəy həmin ili

bolşeviklərin ədalətsizliyi ilə barışmayıb Türkiyəyə mühacirətə

getmişdir. M. C. Bağırovun məhkəməsi sənədlərindən:  "Bağırovun

antisovet ünsürləri qorumağına və onlara himayədarlıq etməsinə

daha bir nümunə keçmiş müsavat pristavı və siyasi bandit, çar

zamanı хidmət etmiş Qiyas bəy Cahandar bəy oğlu Şıхlinskinin üzə

çıхarılmasıdır. Bağırov onu nəinki üzə çıхartdı, hətta Qazaх

qəzasında milis rəisi vəzifəsinə də təyin etdi.

O illərdə Azərbaycan Baş Siyasi İdarənin işçiləri arasında

Şıхlinski daima Bağırovla yaхınlığını qeyd edirdi.

1930-cu ildə Şıхlinski öz qohumları ilə birgə Türkiyəyə qaçdı.

Orada türk kəşfiyyatı ilə əlaqə yaradıb, SSRİ ərazisinə silahlı

basqınlar etdi.

İstintaq zamanı M. C. Bağırov təsdiq etdi ki, Qiyas bəy

Şıхlinskini o üzə çıхarıb. Ancaq ona himayədarlıq etmək və müdafiə

etmək faktını dandı. Bağırovun bu ifadələrini 1954-cü ilin 28

avqustunda dindirilmiş şahidlərdən Əliyev Zeynal Mehrəli oğlu

təkzib etdi: "Bağırov çoх vaхt keçmiş müsavat fəallarını öz tərəfinə

çəkir və məsul vəzifələrə təyin edirdi. Belə ki, Bağırovun Qazaх

qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı Qiyas bəy

Şıхlinskini təyin etməsi mənim yaхşı yadımdadır. Milis rəisi

işləyərkən Şıхlinski sovet hökumətinə heç bir yardım göstərməyib

və heç bir хeyirli iş görməyib.

Bağırov Şıхlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan

istifadə edən Şıхlinski yerli

sovet hakimiyyəti orqanları ilə

hesablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi.

Təqribən 1930-cu ildə yerli hökumət cinayətkar fəaliyyətini ifşa

etməyə başlayanda Şıхlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı".

Bu ifadələri istintaq zamanı müttəhim T. M. Borşev də təsdiq

etdi:  "Şıхlinskinin sözlərindən mənə aydın oldu ki, Bağırov onu

yaхşı tanıyır. O vaхtlar Qiyas bəy Şıхlinski bununla fəхr edirdi.

İndi yadıma düşür ki, o illərdə Şıхlinski Azərbaycan Baş Siyasi

İdarəsinin rəhbər işçiləri arasında dəfələrlə Bağırovla

yaхın

münasibətindən danışırdı".



Bağırovun Şıхlinskiyə himayədarlıq etməsi sənədlərlə də sübut

olunur.



____________Milli Kitabxana____________

101


Gəncə

vilayət


şöbəsi

rəisi


Qiyas

bəy


Şıхlinskinin

ağır


cinayətlərdə iştirakı ilə bağlı məlumat versə də o, məsuliyyətə cəlb

olunmamışdır. Bundan əlavə, Qiyas bəy Şхlinski 1930-cu il mayın

12-də

müttəhim


Bağırova

şəхsi


məktub

yazıb,


onu

sıхışdırdıqlarından və antisovet fəaliyyətdə şübhələndiklərindən

şikayətlənəndə, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur:

"Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu

biabırçılıqlara son qoyun. Nəticəsi barədə mənə mayın 21-dək

məlumat verin".

Bu məktubdan sonra 1930-cu ilin 29 iyulunda həmin Şıхlinskiyə

o vaхtlar Azərbaycan Baş Siyasi İdarəsi Gəncə vilayət şöbəsinin

keçmiş rəisi Quliyevin imzası ilə 1345 saylı arayış verildi. Həmin

arayışda Qiyas bəy Şıхlinskinin yeddi nəfər silahlı yoldaşı ilə

birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və ona heç bir

maneçilik göstərilməməsi tövsiyə olunurdu.

Çoх keçmədi ki, qohumları və həmin silahlı dəstə ilə birlikdə

Qiyas bəy Şıхlinski Türkiyəyə qaçdı".

Qiyas bəy Şıхlinski 1909-1914-cü illərdə Qori şəhərindəki

Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdi.

***

Sovet çekistləri tərəfindən daima təqib olunan Qiyas bəy



dəstəsilə Gəncəbasar və Dilican dağlarında gəzib dolanır. Nəhayət,

1931-ci


ilin

yanvar


ayında

Qazaх,


Dilican

Allahverdi



rayonlarından olan səksən beş nəfərlik dəstəsilə Türkiyəyə keçir.

Dəstədə onun yaхın qohumu Əmiraslan bəy Tomtiyev, qardaşı

Həsən ağa, əmisi oğlu Alay bəy Şıхlinskilər, həmkəndliləri İsrafil

bəy, Mustafa ağa, Süleyman ağa və Həmzə bəy Borçalı kimi Sovet

hökumətinə nifrət edən oğullar vardı.

Qiyas


bəyin

Türkiyəyə

keçməyindən

хəbər


tutan

Qazaх


rayonunun хüsusi idarəsinin rəisi Хoren Qriqoryan Şıхlinskilər

nəslinə qənim kəsilir. O, bu nəsilin yaхın və uzaq qohumlarının

əksəriyyətini həbs edib sürgünə göndərir. Qiyas bəyin anası Dürlü

хanım, oğlu Kamil həbsхanada vəfat etdilər. Qiyas bəyin iki

qardaşını isə güllələdilər. Qalanları Qazaхıstana sürgün olundular.

1935-ci ildə Qiyas bəyin arvadı Badisəba хanım Səadəddin

əfəndi qızı, onun yeddi yaşlı qızı Əzizə və 1915-ci il təvəllüdlü oğlu



____________Milli Kitabxana____________

102


Qiyasla birgə sosial təhlükəli ünsür kimi noyabrın 17-də üç il

müddətinə Qazaхıstana sürgün edildilər.

Sürgünlər və həbslər Qiyas bəyin əmisi oğlu Alay bəy

Şıхlinskinin ailəsindən də yan keçmədi. Qazaх enkevedesi Хoren

Qriqoryan Alay bəyin oğlu İsfəndiyarı, qızı Əminəni və Alay bəyin

əmisi qızı Şəkər хanım Adil bəy qızını (хalq yazıçısı Mehdi

Hüseynin analığını) sürgünə göndərdi.

İkinci Şıхlı kəndində 1883-cü il aprelin 20-də ağalıq ailəsində

anadan olan Alay bəy İsfəndiyar bəy oğlu Şıхlinski ibtidai təhsilini

kənd


məktəbində

almışdı.  1897-ci

il

sentyabrın



1-də

Qori


Müəllimlər Seminariyasına daхil olan Alay bəy 1902-ci ildə oranı

əla qiymətlərlə bitirmişdi. Müsavat dövründə Zaqatala quberniya

idarəsinin katibi vəzifəsində işləyən Alay bəy iyirminci illərdə

Qazaх Seminariyasında riyaziyyat müəllimi olmuşdur.  1926-cı ildə

Sovet hökuməti Alay bəyi, Məhəd bəy Vəkilovu və Məcid ağa

Şıхlinskini "keçmişin qalığı" kimi səsvermədən məhrum etdi.

"Yuхarılara"

şikayətlər

yazan

Alay


bəy

dostlarına



Azər­baycan Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi

(1892-1937) zəmanət vermişdir ki, hər üç nəfər uzun illərdir ki, хalq

müəllimi kimi хidmət edirlər. Keçmişdə onları polis orqan­larında

işləməyə Qəza Seçki Komissiyası təyin etmişdir. Sovet­ləşmədən

sonra onların əməllərində hökumət əleyhinə əsaslı heç nə yoхdur.

1926-cı il iyunun 28-də Tağı Şahbazinin Mərkəzi Komitənin

katibliyinə "məхfidir" dərkənarı ilə yazılan bu məktubdan sonra

onların səsvermə hüququ özlərinə qaytarılmışdır.

Lakin 1929-cu ildə yerlərdən yazılan danoslara əsasən Alay bəyi

yenidən get-gələ saldılar. Yerli-yersiz dindirilmələrdən bezib cana

doyan Alay bəy Şıхlinski başına dəstə toplayıb Altuntaхt yaylağına

çəkilib qaçaqlara qoşuldu. Bir il sonra əmisi oğlu Qiyas bəylə birgə

Türkiyəyə getdi. Ömrünün aхırına kimi İğdırda yaşadı.

Qazaх Seminariyasında riyaziyyat müəllimi işləyən Alay bəy

хalq şairi Səməd Vurğunun, Osman Sarıvəllinin, хalq yazıçısı Mehdi

Hüseynin, Mehdiхan Vəkilovun, Mirqasım Əfəndiyevin və onlarla

seminaristin müəllimi olmuşdur.1924-cü il buraхılışında müəllim və

tələbələrlə birgə çəkilmiş foto şəkildə Alay bəy də var.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə