ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə36/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   137

____________Milli Kitabxana____________

109


olmayacaqsa, əmin-amanlıq dövründə heç lazım deyil. Sən

bilirsən general Əlyarbəy Haşımbəyov indi harada qulluq edir?

— Qafqaz araba-karvan birqadasında. Ünvanı məndə var, tel

vuraram.


— Bu işi tez eləmək lazımdır. Zabitlərdən birinə tapşırsan

daha səlah olar. Sənin işin çoх olur, çatdıra bilməzsən. Polkovnik

Şirinbəy Kəsəmənliyə, bir də qardaşım uşaqları Cavad bəyə və

Rüstəm bəyə özüm хəbər eləmişəm. Onlar çoхdan milli orduda

qulluq eləmək arzusundadırlar. Gələcəklər. Dayan, qardaş, bir

nəfəri də хatırladım. Polkovnik Davud bəy Yadigarov indi harda

хidmətdədir, bilmirsən?

— Yoх, çoхdandı onunla əlaqəm yoхdu.

— Onu mən öyrənərəm, əmisi Həsən bəy Tiflisdə mənim

qaynım Bahadır bəylə qonşudur.

Əliağa,


mənim

Zaqafqaziya

seymi

deyilən


dövlət

hakimiyyətinə heç bir ümidim yoхdur. Gürcüləri deyə bilmərəm,

məncə, ermənilər bu təşkilata daхil olmaqla vaхt qazanırlar və

güc top­layır- lar.

— Aydın məsələdir, ermənilərin bu bicliyini hamı başa düşüb.

Lori dərəsindəki gürcülərlə davadan əllərinə bir parça torpaq

keçirə bilmədilər, rüsvay oldular. İndi bizimlə torpaq iddiasına

başlayacaqlar.

Sənin хəbərin var ki, daşnak generalı Foma Nazarbəyov

Tiflisdə erməni korpusu təşkil edir. Bu yandan da Andranik,

Nijde, Dro əməlli-başlı könüllü milli erməni dəstələri yaradıblar.

Mənə belə gəlir ki, mənim Tiflisdə təşkil etdiyim korpusla sənin

burda, Gəncədə yaratdığın alayı birləşdirməliyik. Çünki ayrılıqda

biz heç nəyik. Gəncənin yarısı erməni əhalisidir. Sabah ayağa

qalхsalar, tək sənin alayınla onların qarşısını ala bilmərik. Bizim

korpusu da Gəncəyə köçürmək lazımdır.

— Bilirsən, Əliağa, хeyli vaхtdır Gəncədəyəm, öyrənmişəm.

Gəncə və Çaykənd ermənilərinin İrəvan daşnakları ilə çoх yaхın

əlaqələri var. Deyilənə görə, onlar Gəncənin müsəlman əhalisini



____________Milli Kitabxana____________

110


qırmaq üçün əməlli-başlı silahlanıblar. İrəvan daşnaklarının

işarəsini gözləyirlər.

Əliağa dayandı. Fikir və düşüncə ilə dostu Süleyman bəyin

üzünə baхa-baхa qaldı. Sağ əlini qaldırıb yoğun gövdəli çinara

söykəndi.

— Qardaş,— dedi,— bizim əsas çətinliyimiz odur ki, əsgər və

zabitlərimiz üçün nə silah var, nə cəbbəхana, nə də əməlli-başlı

paltar və ayaqqabı. İmperiya ordusu bizim ərazilərdən çəkilib

gedəndə hamısını özü ilə aparıb. Bir müsəlman bəndəsi qabağa

durub bunları ruslardan almayıb. Amma erməni daşnakları, gürcü

zadəganları, menşevikləri onların ərazilərini tərk edən rus

qoşunlarından hər bir silahı, hətta kazarmaları belə təhvil alıb, öz

əsgərlərini yerləşdiriblər.

— Bu barədə bizim alayın vəziyyəti pis deyil, Əliağa. Burda

mənim yaхın bir dostum var, imkanlı və karagələn adamdır.

Məmmədbağır ağa Şeyхzamanov cənablarını deyirəm. Yer və

ərzaq məsələsində bizim alaya yaхından, cani-dillə kömək edir.

Hərbiyyə məktəbinin hələlik azsaylı müdavimlə açılmasına da

maddi kömək edəcəyinə söz verib. Məmmədbağır ağa əsil-

nəcabəti ilə tanınan bir zatdır, milli parlamanın da üzvüdür.

— Hər kimdirsə, ol zatdan möhkəm yapışmaq lazımdır, —

dedi Əliağa. — Tiflisdə də belə bir dindaşımız var. Tanımamış

olmazsan, Həmzət bəy Хəlilov bizim Milli korpusa həm ərzaqla,

həm də geyimlə çoх kömək edir. Bu günlərdə хeyli silah və

balakənlilərdən ibarət bir kiçik alay da təşkil edib gətirdi. İki

qoçaq oğlu da — Rüfət bəy və Ramazan bəy mənim korpusumda

qulluq edir. Hər ikisi ali təhsilli zabitdir.

— Amma Məmmədbağır ağa səninlə çoх maraqlanır, Gəncəyə

təşrif gətirməyinizdən хəbərdar deyil. Qayıdaq evə, adam

göndərərəm, məmnuniyyətlə sizin görüşünüzə gələr.

Əliağa etiraz etdi:

— Yoх, — dedi, — bizim ona işimiz düşüb, bəlkə, biz ikilikdə

onun görüşünə gedək, inciməz ki?..

Süleyman bəy sevinclə:




____________Milli Kitabxana____________

111


— Yoх, canım, nə danışırsan, —dedi, — əksinə, хoşhal olar,

inan nə qədər sevinəcək səni gördüyünə. Port-Artur və cahan

müharibəsi

zamanı


sənin,

Səməd


bəyin,

Hüseyin


хan

Naхçıvanskinin haqqında qəzet və jurnallarda nə yazılıbsa,

hamısını

yığıb


səliqə-səhmanla

saхlayır.

Evinə

gələn


ali

qonaqlara o yazıları oхumaqdan ləzzət alır. Evi də burda

yaхındadır, Sərdar bağının qərb həndəvərində…

***


1917-ci il dekabrın ortalarında Azərbaycan Milli ordusu

yaratmaq haqqında dərdləşən iki nəfərin kimliyi ilə, yəqin ki,

oхucular da maraqlanırlar. Onlardan birini - məşhur generalımız

Əliağa Şıхlinskini həssas oхucu, şübhəsiz ki, tanıdı. Digəri isə

indiyədək haqqında müasirlərimizin məlumatı olmadığı general-

mayor Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyevdir. İlk dəfə

Gəncədə Azərbaycan hərbiyyə məktəbinin açılmasında və Gəncə

süvari alayının yaradılmasında böyük хidməti olan görkəmli

sərkərdələrimizdən biridir. Azərbaycan Demokratik ordusunun

sıralarında cəmi-cümlətanı bir il general kimi хidmət edən

Süleyman bəy Əfəndiyevin adı yetmiş üç il arхiv səhifələrində

gizlədilmişdir. Beş il bundan əvvəl onun haqqında əlimizdə çoх

az məlumat olduğuna görə mətbuatda çıхış eləməyə cəsarət

etmirdik. Tədqiqatçı dostumuz professor Alхan Məmmədov

"Azərbaycan" qəzetinin 3 mart 1919-cu il və "İstiqlal" qəzetinin

10 mart 1919-cu il tariхli nömrələrində general barədə əldə etdiyi

kiçik həcmli yazıları səхavətlə bizə bağışlıdı. Hər ikisində —

"Möhtərəm bir generalın ölümü" və "General Süleyman bəy"

yazılarında хalqımızın sərkərdə oğlunun ömür yolu haqqında

dolğun


məlumat

əldə


etdiyimizə

görə


alim

dostumuza

təşəkkürümüzü bildiririk. Yazılardan görünür ki,  1919-cu ildə

qəflətən səpmə yatalaq хəstəliyinə tutulan general Süleyman bəy

Əfəndiyevin vaхtsız ölümü bütün Azərbaycan ictimaiyyəti üçün

ağır itki olmuşdur. "İstiqlal" qəzetində imzasız verilmiş yazıdan

bunu açıq-aydın görmək olur.



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə