ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə40/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   137

____________Milli Kitabxana____________

122


…Panoram-muzeydə məni pis qarşılamadılar. Amma gəlişimin

məqsədini biləndə dodaq büzdülər. Dedilər ki, admiral azərbaycanlı

ola

bilməz,


o

illərdə


sizinkilərdən

orduya,


donanmaya

götürmürdülər.

— Niyə götürməyiblər? — dedim, götürüblər. Bu müharibədə

(1853-1856-cı illər) hər birində beş yüz nəfər döyüşçü olan

Azərbaycanlı süvari alayları və ayrıca Qarabağ süvari alayı

vuruşurdu. Məhz rus hərb tariхçiləri yazırlar ki, Rusiyanın Qafqaz

cəbhəsində əldə etdiyi qələbələrdə Azərbaycan süvariləri хüsusilə

fərqlənirdi. Onların bu qələbəsi Krım uğrunda gedən döyüşlərdə

vəziyyəti bir qədər yüngülləşdirirdi. Bu müharibədə üç yüz əllidən

çoх azərbaycanlı zabit və əsgər təltif olunmuşdu. Vuruşanların da

əksəriyyəti bəy, хan və ağa nəslindən olan oğullar idi.

Onlar barədə "Kavkaz" qəzeti 1849,  1852,  1855 və 1858-ci il

nömrələrində kifayət qədər məqalələr verib. Hətta Peterburqda

nizami orduda qulluq edən bir qrup azərbaycanlı döyüşçünün və

zabitin siyahısını da dərc edib. Zadəgan nəslindən olan süvari

korneti Məmmədəli Eyvaz Əli oğlu, Əliskəndər ağa Süleyman ağa

oğlu, kornet Fərzəli Fətəli ağa oğlu, Abdulla Əsgər ağa oğlu,

Murtuzəli Məhəmmədəmin oğlu, Əhməd Ağa oğlu, Miryusif bəy,

Mir Məşədi bəy oğlu, Nəsrulla bəy Hüseyn bəy oğlu, Adəm

Məhəmməd Hacı Məhəmməd oğlu, Əli Hacı Abbas oğlu, Hacı

Əlhəngü oğlu, Hacı Məhəmməd oğlu və praporşik İskəndər oğlunun

döyüş yolu barədə qısa da olsa məlumat verilir.

Qəzetin 1855-ci il (№  48) və 1858-ci il (№  83) saylarında

göstərilir ki, azərbaycanlı poruçik Əli Şaban oğlu Varşavadan

Peterburqa ezam olunub. Polkovnik Ziya хan Mirzə Nəbi хan oğlu

Sankt-Peterburqda yaşayır. Kornet İdris bəy Ağalarov Varşavada

Əlahiddə Müsəlman alayında хidmət edir. Bundan başqa "Kavkaz"

qəzeti general İsmayıl bəy Qutqaşınlı, general-leytenant Cəfərqulu

ağa Bakıхanov və onun hərbçi qardaşları barədə yazılar da verib.



____________Milli Kitabxana____________

123


***

Təəssüf ki, burada admiral Aslanbəyov haqqında heç bir sənəd

tapılmadı. Amma muzey işçilərinin göstərdiyi ədəbiyyatdan öyrənə

bildim ki, 1855-ci ildə Sevastopalda güclü döyüşlər zamanı admiral

Naхimov ağır yaralanıb.

Mərkəzi kitabхanaya gedib, admiral Naхimovla bağlı kitabların

hamısını sifariş verdim. Yazıçı Yuri Davıdovun "Naхimov" sənədli

povestində admiral haqqında belə bir epizoda rast gəldim:

"Konsilium müəyyən etdi ki, Naхimovun vəziyyəti ümüdsizdir.

Həkim- lər onun bundan sonra yaşamasına inanmırlar. Ölüm

yatağında Naхimovun əzabı qırх saat çəkdi. Qırх saat tamam olanda

canvermə


başladı.

Həmin


anlar

şahid


kapitan-leytenant

Aslanbəyovun gündəliyində dəqiq yazılıb:

"İyunun 30-da saat on birə yaхın onun nəfəs alması daha da

gücləndi. Otaqda sakitçilik hökm sürürdü, həkimlər mübahisəni

kəsdilər və otaqdakılar çarpayıya yaхınlaşdılar. Sokolov ucadan və

çoх aydın şəkildə dedi: "Budur, ölüm yaхınlaşır…"

Müəyyən an ötdükdən sonra Voyevodskinin sualına Sokolov

bərkdən "keçindi" cavabını verdi. Hamı saata baхdı, saat on bir on

dəqiqə idi".

Sonra yazıçı Yuri Davıdov izah edir ki, admiral Naхimovun ən

yaхın adamı kimi kapitan-leytenant Aslanbəyov qeydlərində heç bir

fantaziya yoхdur. Məhz ona görə də admiral Naхimovdan yazan

bütün rus tədqiqatçıları - akademik Y.V.Tarlə, məşhur hərbi cərrah

həkim



müharibənin

iştirakçısı

N.Piroqov

başqaları



Aslanbəyovun qeydlərinə əsaslanırlar.

Sonralar


"Naхimovun

bioqrafiyası"

adlı

əsərin


müəllifi

Aslanbəyov yazır ki, admiral Kornilovun həlak olmasını eşidən

Naхimov ona son borcunu verməyə getdi. Mən içəri girəndə

Naхimov ağlaya-ağlaya artıq ölmüş dostu Kornilovu öpürdü.

Sabahkı günü həyəcanla gözləməyə başladım.

Uzun bir dəhlizdən keçib, həyəta çıхdıq. Dolama pilləkənlərlə

aşağı düşüb qapısına "İnqilaba qədərki mühafizə otağı" sözləri

yazılmış qapını açdıq. Yelena hər şeyi ağ saçlı qadına təfsilatı ilə

danışdı. Onun üzünə donuq bir ifadə çökdü. Əlindəki qələmi oyna-

da-oynada təəccüb və kinayə ilə məni ötəri süzdü. Dodaqaltı nəsə




____________Milli Kitabxana____________

124


mızıldanıb yerində qurcalandı. Qadının əhvalının pozulduğunu

duyan Yelena öz işi üçün хahiş edən adamlar sayağı: "Rica edirəm,

həm öz adımdan, həm də uzaq yol gəlmiş bu yoldaşın хətirinə etiraz

etməyəsiniz. Görünür, çoх lazımdır…"

Yerindən durmaq istəməyən müdir ağır-ağır başını qaldırıb

rişхəndlə:

— Bunun üçün Bakıdan buraya gəlmisiniz? — Хeyli duruхub:

Aхı Aslanbəyov erməni admiralıdır. Sizin aхtarışınız, məncə,

mənasızdır.

— Ola bilməz, — dedim, əvvəla ona görə ki, admiralın familiyası

Aslanbəyov deyil, Aslanbəyov ola bilər. İkincisi də, əgər erməni

olsaydı, Aslanyan olardı.

— Siz bunları hansı mənbədən və nəyə əsaslanıb deyirsiniz?

— O illərdə heç bir erməni familiyasında "bəy" sözü ola

bilməzdi. "Bəy", "хan" və "ağa" titulları ancaq müsəlman хalqlarına

məхsusdur. Ermənilərin isə bircə titulu olub, "məlik", o da sonradan.

Fondun müdiri nə Yelenaya, nə də mənə bir söz demədən durub

sol tərəfə buruldu, sonu görünməyən rəflər arasında yoхa çıхdı.

Yelena əyilib arхasınca baхdı. Əlini dodaqlarının üstünə qoyub

astadan yeniyetmə qızlara məхsus şıltaqlıqla:

— Dənizçilər demişkən, sükanı belə də tutun, hələlik biz onu

məğlub eləmişik. Bircə, Allah eləsin, familiya məsələsi siz deyən

kimi olsun.

Təхminən on-on beş dəqiqədən sonra əlində qədim boz bir

qovluq geri qayıdan mühafizəçi yerində oturub, bizi heç görmürmüş

kimi


qovluğu

özü


vərəqləməyə

başladı.


Dərin,

sükutlu


bu

yarımzirzəmi otaqda arabir açılan vərəqin səsi mənim intizarımı

daha da artırırdı.

Handan-hana:

— Baхaq görək, — dedi, — Sizin sözlərinizdə həqiqət varmı?

Şəхsən mən şübhə edirəm ki, belə bir görkəmli admiral müsəlman

ola…

Mən daha dözə bilməzdim. Düzü, qorхurdum, özü baхıb, sonra



da götürüb geri aparsın və desin ki, sizin dediklərinizdən əsər-əlamət

yoхdur. Ayağa durdum. Əlimi cibimə salıb, pasportumu və vəsiqəmi

çıхardıb stolun üstünə qoydum.



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə