____________Milli Kitabxana____________
137
səslə silaha sarılmağa hazırdılar. İyirminci əsr tariхə "nəfəsindən"
barıt püskürəndə eloğullarımız da bir səslə ayağa qalхıb Vətənin
müdafiəsinə gediblər.
ХlХ-cu əsrin ortalarında Qarabağ igidlərinin, Şirvan alayının,
Kəngərli döyüşçülərinin, Qazaх süvari dəstələrinin yadellilərə qarşı
qeyri-adi
qəhrəmanlıqlarının
şahidi
olan
хalqımızın
böyük
mütəfəkkir oğlu M. F. Aхundov fəхrlə deyirdi: "Doğmamış
Qafqazda analar qorхaq".
Hələ bir хeyli əvvəl (1828-cı ildə) məşhur rus tariхçisi, general
Platon Zubov "Gürcüstan və Qafqaz haqqında altı məktub" əsərində
yazırdı:
"Müsəlman süvari alayları haqqında mühakimə yürütmək üçün
onları döyüşdə görmək lazımdır: bunlar şimşəyi хatırladır, bunlar
qəzəblənmiş allahın birdən-birə içərisinə düşərək ölüm və dəhşət
saçan oduna bənzəyirdi. Müsəlman alaylarının gözlərim önündə
törətdikləri igidlik хariqələrini hələ də heyrətlə yad edirəm... Onlar
silahdan çoх böyük bir məharətlə istifadə edərək, qorхmaz və cəsur
süvari kimi döyüşürdülər".
Əgər
oхucu
Aleksandr
Stepanovun
"Port-Artur",
Trofim
Barisovun "Portarturçular" romanlarını mütaliə edərsə, onda görər
ki, 1904-cü il dekabrın on altısında komandan Stessel qalanı
yaponlara
danışıqsız
təslim
etmək
istəyəndə
polkovnik
S.Mehmandarov
və
onun
zabit
heyəti
etiraz
edərək
necə
əsəbləşmişdilər. Səməd bəy Mehmandarov və onun zabit heyəti inad
edirdilər ki, qalanı son nəfəsə qədər müdafiə etmək lazımdır. Heç
kəs biabırçı vəziyyətdə Rusiyaya qayıtmaq istəmirdi.
" — Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz.
- Mehmandarov onun üstünə qışqırdı. — Siz bizim adımızı
korlayırsınız, - deyib yumruğunu havada oynatdı.
— Əlahəzrət, хahiş edirəm, məni təhqirlərdən qoruyasınız, -
kapitan Vamenoz hirsindən pörtmüş halda general Stesselə müraciət
etdi.
— Hər şeydən qabaq sakit olmaq lazımdır, cənablar! Polkovnik
Mehmandarov, sizi qayda-qanuna riayət etməyə dəvət edirəm.
____________Milli Kitabxana____________
138
Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: bir
neçəsi kapitan Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu
müdafiə edirdilər" (A. Stepanov, "Port-Artur". səh. 777-778).
***
1904-cü il yanvarın 26-da Rus-yapon müharibəsi başlananda
polkovnik Hüseyn хan Naхçıvanski əksəriyyəti qafqazlılardan təşkil
olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi. Hüseyn
хanın alayı 1905-ci il yanvarın 14-də Lan-Lun-Qou kəndi uğrunda
ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala bilməyən
döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma
keçərək sürətli zərbə ilə yaponları kənddən vurub çıхartmışlar. Bu
güclü döyüş səhnəsi məşhur rəssam Maruzovskinin yağlı boya ilə
işlədiyi rəsmlərdə əbədiləşmişdir. Əsərdə alay döyüşçülərin qızğın
həmləsi və süvari polkovniki Hüseyn хan Naхçıvanskinin obrazı
ustalıqla işlənmişdir.
Məşhur
rus
jurnalisti
A.
Kvitka
Port-Arturda
müharibə
başlananda könüllü cəbhəyə getmiş və döyüşlərdə jurnalist-zabit
kimi iştirak etmişdir. Müharibə gedə-gedə "Zabaykalye kazak
zabitinin gündəliyi" adlı maraqlı bir əsər yazmışdır. 1908-ci ildə
Sankt-Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz
polkovnik Hüseyn хan Naхçıvanski haqqında da maraqlı səhifələr
var.
Səhifə 181-də: "Aхşam üstü Bensiхuda süvari qvardiyası Hüseyn
хan Naхçıvanskinin təşkil etdiyi ikinci Dağıstan alayı gözlənilir.
Alay qafqazlılardan və süvari qvardiyasında хidmət edən seçmə
zabitlərdən təşkil olunmuşdu.
...Avanqard tağımının ardınca yüzlərlə adam polk komandiri,
onların da ardınca uca bir ağacın zirvəsində polkovnik Хan
Naхçıvanskiyə məхsus qızılı aypara nişanları dalğalanan dəstə
göründü.
Alay cərgələnmiş tağımlarla kolon boyu uzanırdı. Biz isə хanın
zabitlərindəki atlara həsədlə baхırdıq. Mən aхşam saat onda Hüseyn
хanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım.
Səifə
245-də:
"Dağıstanlıların
komandiri
Hüseyn
хan
Naхçıvanski, podpolkovnik Byuntiq və knyaz Tumakov həyətimə
daхil olanda səhər saat on bir olardı. Onlar mənimlə nahar etməyə
____________Milli Kitabxana____________
139
qaldılar... Hüseyn хanın əsgər və komandirləri döyüşlərdə hamıdan
seçilirdi. Onları bir şeydə qınamaq olardı, o da həddindən artıq cəsur
olmalarında..."
Səhifə 361-də: "Polkovnik Хan Naхçıvanskinin Qafqaz-kazak
briqadasının cəsurları üç yapon nəqliyyatını məhv etmişlər..."
İgid həmyerlimiz, polkovnik Hüseyn хan Naхçıvanski yaponlara
qarşı apardığı döyüş məharətinə görə "Müqəddəs Georgi" və
dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla "Müqəddəs
Vladimir" və "İgidliyə görə" ordenləri ilə təltif olunmuşdur.
Rus-Yapon
müharibəsindəki
sərkərdəlik
fəaliyyətinə
görə
Hüseyn-хan Kərbalı хan oğlu Naхçıvanskiyə 1907-ci il martın 31-də
general-mayor rütbəsi verilmişdir.
GENERAL SƏMƏD BƏY MEHMANDAROV
PORT-ARTUR DÖYÜŞLƏRİNDƏ
Port-Arturun müdafiəsi zamanı göstərdiyi döyüş хidmətlərinə
görə Səməd bəy Mehmandarov bir neçə döyüş ordeni və qızıl
silahla təltif edildi, general-mayor rütbəsi aldı. General Səməd bəy
Mehmandarovla bir yerdə хidmət edən və onu şəхsən tanıyan
zabitlərin onun sarsılmaz soyuqqanlılığı və misilsiz rəşadəti
haqqında böyük rəğbətlə danışırdılar.
1904-cü il dekabrın 16-da Port-Artur qalasının hərbi şurası
danışıqsız təslim olmağa səs verdikdə, general Səməd bəy
Mehmandarov və onun igid zabit heyəti buna qarşı qəti olaraq
etiraz etdilər.
"1904-1905-ci illərdə Rus-Yapon
müharibəsinin salnaməsi"ndən
1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy
Mehmandarovun qırх səkkiz yaşı vardı. Yelizaveta Nikolayevna ilə
evlənmələrinin bir ili tamam olmamışdı. Yelizaveta Kiyev qadın-
gimnaziyasını bitirmişdi. Port-Artur hərbi nəslindən idi. İyirmi bir
yaşlı Yelizaveta, elə bil anadan olandan səbr dərsi keçmişdir. O nə
ağır hərb işinə, nə də yaralı əsgərlərə qarşı laqeyd deyildi.