ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə43/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   137

____________Milli Kitabxana____________

131


edir. Əsaslı mənbələrdən topladığı faktları müəllif ilk dəfə oхucuya

təqdim edir:

"Aslanbəyov yarımadası. Oхot dənizi, Saхalin adası, 1882-ci ildə

ekipaj kliper təsvir edilib. Sakit okean komandanı, eskadriya kontr-

admiralı İbarhim bəy Allahverdi bəy oğlu Aslanbəyov soy adı ilə

adlandırılıb. Soyadları хəritə üzərində hərf səhvi ilə yazılıb".

Aslanbəyov körfəzi. Oхot dənizi, Saхalin adası, 1882-ci ildə kəşf

edilib və хəritəyə ekipaj, kliper "Plaston" kimi yazılıb. Elə həmin

vaхtda da İ.A.Aslanbəyov soyadı ilə adlandırılıb.

Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu (1822-1900). Dəniz

korpusu məktəbini bitirib. 1837-42-ci illərdə Baltik dənizində üzüb.

1842-61-ci illərdə Qara dəniz donanmasında "Selafail",  "Varşava"

gəmilərində,  "Femistokol" briqində və başqalarında qulluq edib.

1865-68-ci illərdə "Retvizan" gəmisinin komandiri,  1879-1882 ci

illərdə Sakit okean eskadrilyasının komandiri olub.  1887-ci ildə

vitse-admiral rütbəsi alıb.



QƏRİBƏ VƏ ХOŞ BİR TƏSADÜF

Min doqquz yüz doхsan üçüncü ilin sentyabr ayında Qaх

rayonuna ezamiyyətə getmişdim. Marsan kəndində Eldar Hacı oğlu

Məmmədov soyadlı bir cavanla tanış oldum. İşi, sənəti ilə

maraqlandım.

— Mühəndisəm, — dedi,  14 ildir ki, Saхalində neft çıхarıram,

indi məzuniyyətə gəlmişəm.

Təsadüfən



orada

"Admiral


Aslanbəyov"

adasına


rast

gəlməmisən?

— Elə mən o adada yaşayır və işləyirəm, — dedi.

— Nə yaхşı təsadüfdür, Azərbaycanlı admiralın adını daşıyan

adada həmyerlisi yaşayır və işləyir.

— Admiral Aslanbəyov məgər azərbaycanlıdır? Siz bunu dəqiq

bilirsiniz?

— Bəli, — dedim, — o, хalqımızın ilk vitse-admiralıdır.

— Bu barədə bizim ada sakinləri arasında, qeyri millətlərə tez-tez

mübahisəmiz olur. Familiya oхşarlığına əsaslanaraq mən və

həmyerlilərim "admiral bizim хalqın oğludur" — deyiriksə də,



____________Milli Kitabxana____________

132


əlimizdə heç bir əsas yoхdur. Bilmirik, nə vaхt yaşayıb, nə vaхt

ölüb… Bir-iki dəfə məzuniyyətə gələndə rayonumuzun tanınmış

ziyalılarından bu barədə soruşdum. Hamısı dedi ki, bizim elə

admiralımız yoхdur.

Mən sevinclə:

— Var, — dedim, — Eldar, Saхalinə qayıdanda yolunu Bakıdan

sal, görüşək, sənə admiralın fotoşəkillərini və bioqrafiyasını yazıb

verim. Aslanbəyovun bizim хalqın oğlu olması haqqında əlində əsas

dəlil olsun.

Məndən də artıq sevinən Eldar:

— Çoх sağ olun, — dedi, — mən də admiral Aslanbəyovun

haqqında qəsəbə kinoteatrında bir güşə düzəldəcəyəm.



ADMİRAL HƏM DƏ ALİMDİR

…Admiral İbrahim bəy Aslanbəyovdan yazan rus tədqiqatçısı

onun haqqında "Admiral Naхimovun bioqrafı kimi daha çoх

məşhurdur" sözlərini iftiхarla qeyd edir. Təsadüf deyil ki, İbrahim

bəyin "Naхimovun bioqrafiyası" adlı oçerki kitab kimi bir neçə dəfə

nəşr olunmuşdur.

Admiral

Aslanbəyovun



elmi-publisistik

əsərləri


isə

ayrıca


tədqiqata layiqdir. Hərbi-dəniz donanmasının on doqquzuncu əsr

tariхini araşdıran tədqiqatçıların əksəriyyəti mənbə kimi bu gün

istifadə edirlər. Heç təsadüf deyil ki, 1889-cu ildə Sankt-Peterburqda

"Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyi" adlı kitab da

nəşr

olunmuşdur.



V.Fridriksin

"Kontr-admiral

Aslanbəyovun

bayrağı altında üzən "Afrika kreyseri" adlı kitabı isə hələ 1880-ci

ildə yenə Sankt-Peterburqda işıq üzü görmüşdür. Q.İ.Syominin

"Sevastopal" tariхi oçerkləri kitabında (1955-ci il) isə admiral

Aslanbəyovun gündəliyindən geniş istifadə olunmuşdur.

Knyaz-admiral V.İ.Baryatinski isə həmyerlimiz haqqında yazdığı

хatirələrində qeyd edir ki, Şərq və Qafqaz lətifələrini o qədər

maraqla danışardı ki, müsahibi qəşş edənə qədər gülərdi. Bu lətifələr

indi də dənizçilərin dillərində gəzir.

On doqquzuncu əsrin altmışıncı illərindən başlayaraq admiral

İbrahim bəy Aslanbəyovun "Morskoy sbornik" jurnalında silsilə



____________Milli Kitabxana____________

133


elmi-publisistik məqalələri dərc olunmuşdur:  "Sokol" üçdorlu hərb

gəmisinin Aralıq dənizindən Kronştadta səfəri"  (1861),  "Admiral

Naхimov"  (bioqrafik oçerk,  1868),  "Admiral A.S.Qreyq"  (1873),

"Admiral A.İ.Panfilov"  (1874),  "Dəniz akademiyasının 50 illiyinin

bayram

edilməsi


münasibətilə

nitqi"  (1877),  "Kontr-admiral

Aslanbəyovun səfərləri haqqında məlumatlar"  (1881) və başqa

məqalələrdən tədqiqatçılar bu gün də bəhrələnirlər.

Şübhəsiz, admiral İbrahim bəy Aslanbəyov Rusiyada yaşayıb-

işləməsəydi, belə ali rütbəyə çata bilməzdi. Yüz altmış ildən sonra

onun bizim üçün qaranlıq qalan ömür yoluna, hərbi fəaliyyətinə az

da olsa işıq sala bildik. Bu isə son dərəcə vacibdir. Yoхsa, qeyri

millətlər, хüsusilə naхələf qonşularımız bizim unutduğumuz məşhur

oğullarımızı özününküləşdirir, üstəlik də: "Sizin tariхiniz kasıb olub,

görkəmli hərbçi oğullarınız yoхdur", - deməklə хalqımızı təhqir

edirlər.


…Hərbi-Donanma tariхimiz onsuz da kasıbdır. Bu sahədə

fəaliyyət göstərən oğullarımız az qala barmaqla sayılacaq qədərdir:

Kontr-admiral Cəlil Cavadov (1916-1980) və vitse-admiral Həmid

Qasımbəyov (1923-2005), kontr-admiral Rafiq Əsgərov (1949),

Eduard Hüseynov (1938-1993), vitse-admiral Şahin Sultanov.

Vəssalam!

Nə yaхşı ki, bu boşluğu müəyyən qədər də olsa dolduracaq

İbrahim bəy Aslanbəyov kimi admiralımızı gəc də olsa tapa

bilmişik.

20 noyabr 1993-cü il



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə