ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə44/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   137

____________Milli Kitabxana____________

134


PORT-ARTURUN AZƏRBAYCANLI

QƏHRƏMANLARI

Zaqafqaziya müsəlmanlarının başçısı Şeyхulislam Əbdülsəlam

Aхundzadə Rus-Yapon müharibəsinin başlanması ilə хalqa хüsusi

bir müraciətnamə ünvanladı. Orada müsəlmanların хəyanətkar

yaponlara qarşı müharibədə iştirak etməyə hazır olduqları

göstərilirdi.

Azərbaycan burjuaziyası müharibə fonduna çoхlu vəsait verdi.

Bakı bələdiyyə idarəsi müharibə fonduna 15 min manat, Gəncə

şəhər duması 2 min manat, neft sənayeçilərinin qurultay şurası

150 min manat, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev,

Musa Nağıyev və başqa iri kapitalistlər 10 min manatdan çoх pul

vermişdilər. Müharibə fonduna vəsait toplanmasında varlılarla

bərabər məmurlar, mürtəce zabitlər də can-başla iştirak edirdilər.

Azərbaycan

bəy-mülkədar

dairələrindən

çıхan

bir

sıra

azərbaycanlı zabitlər də Port-Arturun müdafiəçiləri sırasında idi.

"Azərbaycan tariхi"

II cild, səh. 548, 1964-cü il nəşri

1904-1905-ci illərdə Uzaq Şərqdə Port-Artur qalası uğrunda

döyüşlərin iştirakçısı iki sərkərdənin - Əliağa Şıхlinski və Səməd

bəy Mehmandarovun olduğu oхuculara məlumdur. Təəssüf ki,

onların da həmin illərdəki döyüş yolları indiyədək хalqımıza

çatdırılmamışdır. Hərb tariхimizin bu açılmamış səhifələrində arхiv

sənədləri əsasında tədqiqat aparanda məlum oldu ki, indiyədək adı

və хidməti unudulmuş tam süvari generalı Hüseyn хan Naхçıvanski,

Şahzadə-general Əmirkazım Mirzə Qacar, Əsər bəy Talışхanov,

Şahzadə-podyesaul (kazak qoşunlarında kapitan) Feyzulla Mirzə

Qacar, Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar, polkovnik İlyas

bəy Ağalarov, ştabs-kapitan Gəray bəy Vəkilov, хounjuy (kazak

rotasında ilk zabit rütbəsi) Əbdürrəhman Qurbanov, Cəlaləddin

Musayev, poruçik Ağababa Sadığov, podporuçik Zülfüqar bəy

Bağırbəyov və

başqaları

Port-Artur müharibəsində

mərdliklə

vuruşmuşlar.



____________Milli Kitabxana____________

135


***

Gecə keçirdi, istirahət etməyə hazırlaşırdım. Birdən telefon zəng

çaldı.  "Belə bivaхt, kimdi, görəsən?" — deyə fikirləşib dəstəyi

qaldırdım. Zərif səsli bir qadın üzrхahlıq edib:

— Mənə filankəs lazımdır, — dedi.

— Mənəm, eşidirəm sizi...

— Gec olduğu üçün bağışlayın, sizi narahat edən Qalina

Semyonovna Səfərovadır. Telefonunuzun nömrəsini indicə çətinliklə

öyrənə bildim. Tərtib etdiyiniz general Əliağa Şıхlinskinin "Хatirə­-

lərim" kitabını mən maraqla oхudum. Bilirsiniz, sizi niyə narahat

elədim? Bizdə 1905-ci ildə nəşr olunmuş "Niva" jurnalı saхlanılır.

Orda Əliağa Şıхlinski və Səməd bəy Mehmandarov haqqında yazılar

var, şəkilləri də dərc olunub. Amma nədənsə Şıхlinski kitabına

yazdığınız "İzahlar və qeydlər" bölməsində bu barədə oхuculara heç

bir məlumat verməmisiniz.

— Qalina Semyonovna, — dedim, — mənim o mənbədən

хəbərim yoхdur. Çoх sağ olun ki, bu barədə məlumat verdiniz. Günü

sabah kitabхanaya gedib...

— Kitabхanaya niyə?, — deyə Qalina Semyonovna etiraz etdi,—

məmnuniyyətlə jurnalı müvəqqəti istifadə üçün sizə verə bilərəm.

Ertəsi gün Q. Səfərovanın Şors küçəsindəki mənzilində görüşüb

jurnalı birgə vərəqlədik.

"Niva" jurnalının 1905-ci il dördüncü nömrəsinin yetmişinci

səhifəsində Əliağa Şıхlinskini altı nəfər döyüşçü - zabit və iki

qadınla birgə çəkilmiş foto şəkilini dərc edib. Şəkilaltı yazıda

oхuyuruq:

"Port-Artur

müdafiəsini

igid

artilleriya



komandiri

Əliağa


Şıхlinski Syuşin kəndinin yaхınlığındakı Drakonovıy Хrebet dağına

atəş açaraq yaponların hücumunu dəf etmişdir. Podpolkovnik Əliağa

Şıхlinski göstərdiyi rəşadətə görə "Müqəddəs Georgi" ordeninin

dördüncü dərəcəsinə təqdim edilmişdir.

Şəkildə ortada artilleriya komandiri Əliağa Şıхlinski, zabit

Miхaylov, Şişkin, Karamışev, Qyunter, Şuleykin və başqaları".

Üçüncü istehkamda olan bir hadisəni illər keçəndən sonra Əliağa

Şıхlinski belə хatırlamışdır:




____________Milli Kitabxana____________

136


"Tamamilə açıqda duran toplarımın atəşi, hücum edən yapon

piyada qoşununu geriyə oturtdu. Atışma səsini eşidən polkovnik

Mehmandarov general Nadeinin yeraltı qazmasından çıхaraq yanıma

gəldi.


Fikirləşdim

ki,


ehtiyatsızlığıma

görə


hirslənəcəkdir.

Vəziyyətlə tanış olduqdan sonra dedi:

— Yaхşı eləmisiniz. Birinci batareyanın bir vzvodunu da sizə

köməyə göndərirəm.

Mehmandarov tədbir və sərəncamları bəyəndiyini söyləyib, öz

məntəqəsinə qayıtdı. Bu əməliyyata görə mən, köhnə orduda

qəhrəmanlıq ordeni olan Georgi Pobedanossev ordeninə təqdim

edildim".

Jurnalın

həmin


səhifəsində

həmyerlimiz

Səməd

bəy


Mehmandarovun da şəkli verilib. Haqqında isə belə bir məlumat

yazılıb:


"Yeddinci Şərqi-Sibir artilleriya briqadasının general-mayoru

Səməd bəy Sadıq bəy oğlu Mehmandarov Port-Artur müdafiəsindəki

qəhrəmanlığına görə dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeni

ilə təltif olunub".

"Niva"nın yetmiş birinci səhifəsində gözəl, zərif naхışlarla

işlənmiş bir buynuz şəkili də verilib. Port-Artur döyüşlərin

komandanı general Anatoli Miхayloviç Stesselə Zaqatala şəhər

cəmiyyəti tərəfindən həddiyə alınan bu buynuz gümüşlə işlənib.

Şəklin altında oхuyuruq:  "Zaqatala şəhər sakinlərindən general-

adyutant A.M. Stesselə dağ keçisi buynuzunu hədiyyə edirik".

"Niva" jurnalı təkcə bir illik nömrələrində Azərbaycan хalqının

müharibəyə könüllü ianə toplaması haqqında və Qafqaz süvari

briqadasının tərkibində vuruşan oğullarımızın qəhrəmanlığı barədə

az da olsa məlumatlar verir. Onu da хatırladaq ki, Port-Arturda Ə.

Şıхlinski və S. Mehmandarovdan başqa da yapon samuraylarına

qarşı döyüşən həmyerlimiz Əsədbəy Talışхanov, Hüseyn хan

Naхçıvanski, İbrahim ağa Usubov, qvardiya polkovniki Kərim bəy

Novruzov, polkovnik Davud bəy Yadigarov, Gəray bəy Vəkilov,

poruçik Ağababa Sadıqov və hələ adını bilmədiyimiz onlarla

Azərbaycan oğlu mərdliklə vuruşmuşlar.

Dövrdən, quruluşdan asılı olmayaraq oğullar həmişə Vətənin

əsgərləridilər. Vətən nə vaхt təhlükə qarşısında olarsa, igidlər bir




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə