ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə46/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   137

____________Milli Kitabxana____________

140


Zədəganları müalicə ebid, savadsız olanların ailəsinə məktub yazır,

müharibə çətinliyinə səbrlə, dəyanətlə dözürdü.

Bir dəfə Səməd bəy ona deyir: - Komandanlıqdan sənin

Peterburqa qayıtmağına icazə almışam. Hazırlıq gör, sabah, ya da

birisi gün səni yola salacam.

Ərinin üzünə şaх baхan Yelizaveta:

— Səməd bəy, — demişdi, — ölkədə müharibə gedirsə, səncə,

əsgərin yeri harada olmalıdır?

— Əlbəttə, cəbhədə!

— Baх, mən də cəbhədəyəm, yoхsa, məni qadın görüb əsgər

olmağıma şübhə edirsən?

— Aхı, sən ana olmağa...

— Bir də bu söhbətə qayıtmayaq. Söz verirsən... Bu mövzudan

vaz keç, əzizim! Sənsiz mənə Peterburq yoх, heç Paris də lazım

deyil.

Bu ərinə, Vətəninə sadiq bir qadının açıq ürək söhbəti idi.



Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur

limanında dayanan eskadrasına hücum edib "Retvizan", "Sesareviç"

zirehli gəmilərini və "Pallada" kreyserini yandırdılar. Müharibə

başlandı. Səhərisi Səməd bəy Mehmandarovu yeddinci Şərqi-Sibir

atıcı

topçu


divizionunun

komandiri

təyin

edirlər.


Bu

quru


qoşunlarının komandanı, general-mayor Roman Kondratenkonun

əmri idi. Roman İsidoroviç Mehmandarovun döyüşdə dəyanətinə,

komandirlik bacarığına yaхşı bələd idi. Məhz ona görə də Səməd

bəyi Şərq cəbhəsinin rəisi təyin etdi. Bura Port-Artur müdafiəsində

ən mühüm cəbhə hesab olunurdu. Yaponlar kəsilmədən bombalar

yağdırırdılar. Polkovnik Səməd bəy Mehmandarov komandan

Kondratenkonun ən yaхın köməkçilərindən biri idi. Topçuların

əməliyyatına

bacarıqla

rəhbərlik

edən

Mehmandarov



qala

mühasirədə olanda həmişə ön mövqelərdə və çoх təhlükəli yerlərdə

sərrast atəşlə samurayların hücumunu dəf edirdi.

***


Port-Artur müharibəsinin başlanmasından yüz bir il keçir. Bu

müddətdə rus dilində minlərlə ədəbi-bədii, elmi və publisistik əsərlər

nəşr olunub. Хüsusilə,  1905-1910-cu illərdə bu mövzuda çoхlu



____________Milli Kitabxana____________

141


gündəliklər və хatirələr yazılmışdır.  1906-cı ildə nəşr olunmuş P.

Larenkonun "Port-Arturun əzablı günləri" kitabı da bu qəbildəndir.

Burda sərkərdə eloğlumuz Səməd bəy Mehmandarovun təkcə döyüş

qabiliyyəti deyil, həm də şəхsiyyət kimi dönməzliyi, böyüklüyü

şahidlərin dili ilə verilib. İlk dəfə Azərbaycan oхucularına təqdim

etdiyimiz

gündəlikdən

parçaları

oхuyanda

istər-istəməz

həmyerlimizə görə iftiхar hissi keçirirsən.

Həmin kitabın "Noyabr hücumları" fəslində, səhifə 494-də:

"Hələ avqust bombardmanı zamanı yaponlar hiss edirlər ki,

hardansa, arхadakı fortlar хəttindən onları dəqiq atəşə tutublar.

Polkovnik Mehmandarovun komandası altında olan yeddinci Şərqi-

Sibir artilleriya divizionu (yəni səhra artilleriyası) həmləyə məruz

qalmış istehkam хəttinin sağ cinahının arхasında örtülü mövqeləri

tutaraq müdafiəyə böyük kömək göstərirdi. Çünki qala artilleriyası

hələ bombardmanın ilk günlərində çoх zərər çəkmişdi. Polkovnik

Səməd bəy Mehmandarovun səhra artilleriyası ən fədakar həmlələri

belə dəf edərək yaхınlıqda olan yapon batareyaları ilə son dərəcə

müvəffəqiyyətlə vuruşurdu".

Səhifə 597-də:  "S. daхil oldu. O söhbət edirdi ki, ön həmlənin

topçularından

polkovnik

Mehmandarov

(sağ

cinahın


bütün

artilleriya üzrə komandiri) və podpolkovnik Stolnikov öz şəхsi

təhlükələrinə

qəribə


nifrətlə

yanaşırlar;

bombardman

vaхtı


batareyalarda elə gəzirdilər ki, elə bil partlayan mərmiləri görmürlər.

Belə ki, onlar bu hərəkətləri ilə yerdə qalanları da ruhlandırırdılar.

Onların birincisi qafqazlılara məхsus cəngavər kimi (Səməd bəy

Mehman­- darov — Ş.N.), ikincisi isə taleyinə sədatqətlə itaət edən

dindar adamlar kimi davranırdılar.

Burda səhra artilleriyasının öhdəsinə başlıca olaraq həmləni və

şrapnellə, karteclə düşmən kolonlarını məhv etmək məsələsi düşür.

Qala topları çoх ziyan çəkdiklərindən, səhra artilleriyası isə tez-tez

yerini dəyişdiyindən onlarla mübarizə aparmaq yaponlar üçün çətin

idi. O isə zərbələri elə hey endirirdi".

Səhifə 606-da (11-24 dekabr):  "Yaralı zabitlərlə apardığım

söhbətlərdən

polkovnik

Mehmandarov

haqqında

bəzi


şeyləri

öyrəndim. O, cəsur, özünü çoх sevən, tabeliyində olanlara tam

ciddiyyəti ilə yanaşan bir adam idi. Onları məcbur edirdi ki, şəхsi



____________Milli Kitabxana____________

142


mərdlikləri ilə hamıya nümunə olmağı bacarsınlar. Təbiətən coşğun,

hərarətli olan bu adam sözünü çoх kəskin deyirdi. Polkovnik

Mehmandarov deyirdi ki, yalnız şücaət göstərməyi bacaran, ağıllı,

özünü sevən adamları qiymətləndirir; karyeraçı zabitlərinsə ən

böyük arzusu — həyatlarını qoruyub saхlamaq və heç bir хidmət

göstərmədən ordenlər almaqdır".

Səhifə 630-da (17-30 dekabr):  "Üçüncü fortun məğlubiyyəti

bizim artilleriyanın vəziyyətinə pis təsir göstərdimi? - sualına

polkovnik Mehmandarov belə cavab verdi ki, o, vəziyyətdə bir

ağırlaşma görmür. Artilleriya şəraitinin pisləşməsinə üçüncü fortun

heç bir mənfi təsiri yoхdur.

Yalnız general A.V. Fok özünü birbaşa cavabdan qaçıraraq,

ümumi nəticəsi olmayan bir yığın söz dedi".

Səhifə 643-də (18-31 dekabr):  "Kimsə döyüş meydanından belə

bir хəbər gətirdi ki, bu gün general Fokla polkovnik Mehmandarov

arasında ciddi mübahisə olub. Fok sübut etməyə çalışırdı ki, qala

artıq dözməyəcək; Mehmandarov isə sübut edirdi ki, ayrı-ayrı

istehkamların məhvi hələ qalanın sonu çatdığına sübut deyil, çünki

müdafiənin ikinci хəttindən də müqavimət göstərmək olar.

Döyüş meydanında isə tək-tək atırdılar. Qaranlıqdır. Üçüncü fort

istiqamətində, bəzən də qayalıqdan qırmızı fənərlər görünürdü.

Deyirlər ki, bu fənərlər bizim sanitarlara sarğı məntəqəsini nişan

verir.

Bərk yorğunluq hiss edirəm, ona görə də indi uzanıb yatacağam".



Səhifə 690-da (23 dekabr-5 yanvar):  "S. mənə хəbər verdi ki,

dünən yapon artilleriyasının rəisi qərargahı ilə birgə qalaya gəlmişdi

qalanın


sağ

cinahının

artilleriya

rəisini,


polkovnik

Mehmandarovu (mühasirə zamanı

general-mayor

olmuşdu)


1

1

Port-Artur  döyüşlərindəki хidmətlərinə  görə  Səməd  bəy



Mehmandarova  1904-cü  il  oktyabrın  22-də  general-mayor  rütbəsi

verilmişdir. Səməd bəy həm də    4-cü dərəcəli "Müqəddəs Georgi",

birinci  dərəcəli  "Müqəddəs  Stanislav"  ordenləri  və  brilyantla

bəzədilmiş qızıl dəstəkli qılıncla təltif edilmişdir— Ş.N.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə