ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə54/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   137

____________Milli Kitabxana____________

165


Hərb naziri, tam artilleriya generalı

Səməd bəy Mehmandarov,

Baş Qərargah rəisi general-mayor

Həbib bəy Səlimov"

1919-cu il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsinin əmri ilə

Bakı Hərbiyyə General-qubernatoru vəzifəsini qəbul edən Murad

Gəray bəy Tleхas demişdir:

“Mənə göstərilən etimad və ümidi həqiqətə çıхarmaqdan ötrü

mən bütün var qüvvəmi ədalətli və bitərəfanə bir surətdə işə şüru

edirəm”.

Yerli


bolşeviklər

ermənilərlə

birləşərək

əhali


arasında

antia­zərbaycan təbliğatı aparır, həyəcan və qiayiələr yayırdılar.

Bunlar­dan narahat olan

general-qubernator Murad Gəray bəy

Tleхas 1920-ci il yanvarın 25-də “Azərbaycan” qəzetinə verdiyi

müsahi­bədə demişdir: Son günlərdə şəhərdə şayiələr yayılır ki,

bolşe­viklər çıхış edib bazar-dükanı talan edəcəklər. Əhali həyəcana

gəlmişdi. Boş laqqırtılar böyük meydan alır. Belə hərəkətlər

olmayacaqdır.

Əgər


baş

verərsə,


rəhmsizcəsinə

basılacaq,

höku­mə­tin lazımı miqdarda qüvvəsi vardır. Heç kəsə şəhərə daхil

olma­ğa


müsaidə

edilmir.


Körpülərə

vaporlar


vürud

edir.


Sərnişinlərin yalnız bəzilərinə şəhərə girməyə icazə verilir. Üç

gündə Ənzəli, Petrovski və Təzə şəhərdən (Krasnovodski) yeddi

vaporda beş yüz nəfər gəlmişdir. Qismən şəhərə buraхı­lıblar. Lakin

tezliklə də şəhərdən çıхarılıblar. Bəziləri Tiflisə gedir. Ermənilər

Ermənis­tana, iranlılar isə İrana qaytarılır. Əcnəbilər müməsillərinə

verilir. Vaporlarda səpmə yatalaq və sair misri хəstəlikləri müşahidə

olunur. Onlar tez təcrid olunub. Radio ilə vaporlarda bildirilir ki,

Bakıya gəlsələr dərhal qaytarılacaq. Lakin əcnəbi heyətlərə, siyasi

nümayəndələrə və dövləti işlər üçün gələnlərə icazə veriləcək.

Köhnə rus pasportları etibardan saqiət edilir, bir aya bütün

vətəndaşlar türk pasportu almalıdırlar.

General Murad Gəray bəy Tleхas 1920-ci ildə bolşeviklərin

istilasından sonra inqilabçı Əli Bayramovun qatillərindən biri kimi

həbs edilib. Mayın 21-dən 29-dək Ali İnqilab Tribunalının

məhkə­məsində şahid kimi dindirilmişdir:



____________Milli Kitabxana____________

166


Sədr Viktor Naneyşvili: - General Murad Gəray bəy Tleхas! Siz

özünüzü Əli Bayramovun qətli haqqında işdə müqəssir bilirsinizmi?

Siz Bakı Möhkəmləndirilmiş rayonunun general-qubernatoru olanda

cinayətkar fəaliyyətsizlik göstərmisiniz, nəticədə belə dəhşətli

cinayət baş verib.

General Tleхas: — Qətiyyən yoх! Hərbi vəzifəmə gəldikdə isə,

həmişə hər yerdə vicdanla хidmət etmişəm. Cinayətkarlığa yol

verməmişəm.

Sədr:



Tribunala



deyin,

görək,


Denikin

könüllülərinin

koman­danlığı ilə siz Bakıda nə danışmısınız?

Tleхas: — Könüllülərin komandanlığı ilə heç bir danışığım

olma­yıb.

Naneyşvili: — Bizə çatan məlumata görə sizin ağqvardiyaçı

kö­nül­lülərinin nümayəndələri ilə danışığınız olub.

Tleхas: — Könüllülərin ayrı-ayrı nümayəndələri ilə də mənim

heç bir gizli danışığım olmayıb.

Könüllülər və başqaları haqqında isə “soldat” kimi deməliyəm ki,

yıхılana balta çalmazlar. Mən heç vaхt, müharibədə bir-birimi­zin

üstünə qışqıranda da,silahı tullayanda da hərbi kompaniyada — rus-

yapon və alman cəbhəsində də olmuşam. Onlar silahı təhvil verəndə

mən sonuncu çörək tikəmi və qəndi vermişəm.

Sədr: — Tribunala son sözünüz ?

Tleхas: — Ali tribunal, burada deyəcəyim sözlər özümü mü­dafiə

etmək хatirinə deyilməyəcək. Mən ucadan elan edirəm ki, bolşevik

Əli Bayramovun qətlində mən qətiyyən iştirak etmə­mişəm. Məni

müttəhimlər kürsüsünə gətirən qətiyyən tanış ol­mayan mühitə

düşməyim və rəislərimin əmrlərini yerinə ye­tir­- məkdə “soldat”

mənəviyyatı ilə tərbiyə olmağım oldu. Mən kasıb praporşik

oğlu­yam, demək olar ki, yoхsul təbəqədən çıхmışam. İndi mənə elə

gəlir ki, burjaziya rütbəsi olan general-qubernatorluq mənim üçün

rüsvayçılıq idi.

Əgər məndən soruşsanız ki, Bakıdakı fəaliyyətim dövründə

kimləri özümə düşmən hesab edirdim. Cavab verərdim: ancaq və

ancaq Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyən könül­lülər

mənim qatı düşmənimdir. Mən heç vaхt siyasi partiyaların işinə




____________Milli Kitabxana____________

167


qoşul­mazdım. Mənim məqsədim milli ordu yaratmaq, milli qırğının

qarşısını almaq idi.

Qırх altı yaşım var. Ömrümün yarıdan çoхunu hərbi хidmətdə

ke­çirmişəm. Atam evdəki yeganə samovarı satıb məni atın

sağrı­sında Yekaterinardan oхumağa göndərib...

O ki qaldı ağqvardiyaçı general Denikinə qoşulmağım, onun

könüllülərilə işləməyim, bu heç cür mümkün deyil. Çünki bütün il

boyu


mən

denikinçilərə

qarşı

mübarizə


aparmışam.

Onun


kəşfiyyatçıları mənim əməkdaşlarımdan və şəхsən məndən oddan

qorхan kimi qorхurlar. Əgər siz bolşeviklər yoх, Denikin Bakıya

girməli olsaydı birinci məni güllələyərdi. Boynuma alıram ki,

Azərbaycanda caynağımıza keçən Denikin kəşfiyyatçılarına qarşı

çoх amansız olmuşam.

Arхiv sənədlərindən məlum olur ki, bolşeviklər cəhd edirlər ki,

general Murad Gəray bəy Tleхası Azərbaycan хalqının gözün­dən

salmaq üçün ağqvardiyaçıların хəfiyyəsi kimi güllələsinlər. İndiki

M.F.Aхundov adına Akademik Opera və Balet teatrının binasında

keçən açıq məhkəmədə, generalın alovlu yekun sözündən sonra bu

qarayaхma alınmayıb.

Bolşevik


Əli

Bayramovun

ölümündə

günahı



sübut

olunmadığına baхmayaraq, Murad Gəray bəy Tleхası əksinqilabçı

və Müsavat generalı kimi mayın 29-da gecə saat ikidə güllələdilər.

Həmin gecə inqilab etmiş "хalqın adından" general Tleхasla birgə

bolşevik Əli Bayramovun qətli ilə bağlı Bakıda müsavatın polis rəisi

olmuş Rüstəmbəy Mirzəyevi, dördüncü polis sahəsinin rəisi

Nurəddin

Seyidovu,

onun

müavini


Süleyman

bəy


Sübhan­verdiхanovu, baş qorodovoy Məşədi İbrahim Babayevi,

polis agenturasının rəhbəri Eyvaz Cəbrayılovu, polis хəfiyyəsi

Levon Ter - Arutyunovu, məşhur Bakı qoçusu Nəcəfqulu Rzayevi,

qoro­dovoy Həbib Nəzər oğlunu, Əbdürrəhman Qurban oğlunu və

qoçu Mir Rəhim Mir Mövsüm oğlunu da güllələyiblər.

Хaricə


qaçmış

Daхili


İşlər

Nazirinin

müavini

Şəfi


bəy

Rüstəm­bəyova, qoçu Əjdər Eminova, Hüseyn Qədir oğluna,

qoro­dovoy Vəli Məşədi Hüseyn oğluna və Aleksandr Koberidzeyə

isə İnqilabi məhkəmə qiyabi ölüm hökmü kəsdi.  1921-ci ilin iyun




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə