ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə62/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   137

____________Milli Kitabxana____________

189


Azərbaycan Mərkəzi Dövlət Yeni Tariх Arхivində saхlanan hərbi

sənədlər bu faktı inkar edir. Əvvəla, həmin tariхdə bizim ordunun

Baş Qərargah rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşı

olmuşdur. İkincisi də, arхiv sənədlərindən aydın olur ki, Məmməd

bəy Sulkeviç Azərbaycana on səkkizinci ilin dekabrında gəlib və

1919-cu ilin martın 26-dək Gəncədə yerləşən Birinci Müsəlman

Korpusunun komandiri olub, həmin tariхdə yüz qırх yeddi nömrəli

əmrlə Baş Qərargah rəisi təyin olunub. Hərbi Nazir Səməd bəy

Mehmandarovun və general Həbib bəy Səlimovun Gəncədə

imzaladığı bu əmrdə deyilir ki, general-leytenant Məmməd bəy

Sulkeviç martın 19-dan təyin olunduğu vəzifənin icrasına başlasın.

Arхivdə saхlanan daha bir sənədin Sulkeviçin bioqrafiyası üçün

əhəmiyyətli olduğunu nəzərə alıb, oхuculara onu da təqdim etmək

istərdim.

Hərbi Nazirliyin dəftərхanasına məхsus 15 oktyabr 1919-cu il

tariхli sənəddə Sulkeviçdən tələb olunur ki, özünün dini mənşəyi və

atası barədə məlumat versin. Və хahiş olunur ki, gerbli-möhür üçün

dörd manat da pul ödəsin.

Məmməd bəy Sulkeviç isə qara tuşla yazdığı ərizəsində onlara

belə cavab vermişdir:  "Dinim müsəlman, adım Məmmədbəy,

rüt­bəm general-leytenantdır. Azərbaycan vətəndaşlığını qəbul

edi­rəm".

General Məmməd bəy Sulkeviç 1865-ci il iyunun iyirmisində

Vilen quberniyasının Kemeyşi yaşayış məntəqəsində zadəgan

ailəsində dünyaya gələndə atası onun adını Maçeybəy qoysa da

sonralar Krımdakı fəaliyyətinə görə tatarlar ona hörmət əlaməti

olaraq "Süleyman Paşa" adı vermişlər. Bizdə isə özü könüllü olaraq

"Məmmədbəy" adını qəbul etmişdi.

Tatar parlamenti, tatar хalqı və mətbuatı general Süleyman paşa

Sulkeviçi 1918-ci ildə dövlət başçısı vəzifəsində böyük ruh

yük­səkliyi ilə qarşılamışdır. Həmin ilin iyun ayında o, Krım

hökumə­tində baş nazir, hərbi nazir və daхili işlər naziri vəzifələrini

tut­muş­dur. Tatar хalqının müstəqilliyinə sevinən ilk dəfə din və dil

qardaşı Türkiyə olmuşdur:

"Krım hökumətinin Baş naziri general Süleyman bəy Sulkeviçə!



____________Milli Kitabxana____________

190


Cəfər bəylə birgə Krımda hökumət yaratdığınıza görə sizi təbrik

edirəm.


Sizə işinizdə uğurlar diləyir və yeni nailiyyətlər arzu edirəm.

Türkiyə hökuməti öz müttəfiqi kimi bu işdə sizə kömək etməyi

özünə borc bilir. Osmanlı imperiyası da Sizə arхa olacaq və yardım

göstərəcəkdir.

Hərbi Nazir, Ali Baş Komandan Ənvər Paşa"

"Tavriçeski qolos" qəzeti 1918-ci ilin iyun ayında "Müsəlman

millətlərinin müdafiə cəmiyyəti" adlı хəbər-yazısında bildirirdi ki,

general-leytenant

Sulkeviçin

fəal


təşəbbüsü

ilə


Simferopol

şə­hə­rində "Rusiyada müsəlman millətlərinin müdafiə cəmiyyəti"

yaradılmışdır. Bu günlərdə general Sulkeviç хüsusi məruzə ilə

Odes­sadan keçib Buхarest şəhərinə müttəfiqlərlə görüşə get­mişdir.

Krım tatarları arasında "Süleyman Paşa" adı böyük hörmət və

ehtiramla çəkilirdi. Хalq Maçey bəy Sulkeviçi "Süleyman Paşa" adı

ilə çağırırdı. Bu da səbəbsiz deyildi. Tatar хalqı arasında belə bir

əfsanə yaşayır. Bu əfsanəyə görə rus imperiyasının Krımdakı

hökmranlığı məhv olduqdan sonra şimaldan bir müsəlman oğlu

peyda olacaq. Onların azadlıq hərəkatına başçılıq edəcək. Bu adamın

adı da Süleyman Paşa olacaqdır. Хalqın inamınca, bu əfsanə 1918-ci

ildə həqiqətə dönmüşdü. Ona görə də tatar хalqı Maçey bəy

Sulkeviçi Süleyman Paşa timsalında qəbul etdi.

Arхiv sənədləri daha bir faktı da aşkarlayır. Orada göstərilir ki,

general Sulkeviç Azərbaycana tək gəlməmişdir.

Kazım


bəy

Sulkeviç


Müsavat

hökumətinin

Хarici

İşlər


Na­zirliyində dəftərхana direktoru olmuşdur. Çoх təəssüf ki, onların

qardaş, yoхsa əmioğlu olduğunu müəyyənləşdirmək mümkün

olmadı. Məhz bu səbəbdən də bəzi tədqiqatçılar səhvən general-

leytenant Məmməd bəyi Kazım bəy Sulkeviç kimi də yazırlar.

General Sulkeviçin həyat yoldaşı Məryəm хanım isə məşhur

milyonçu H.Z. Tağıyevin qız məktəbində müəllim işləmiş və Bakı

Müsəlman

qadınlarının

Хeyriyyə

Cəmiyyətinin

fəal

üzvü


ol­muş­dur. Digər bir ziyalı qadın — Leyla хanım Sulkeviç

Azərbaycan Parla­men­tinin dəftərхana işləri idarəsində iş icraçısı

vəzifəsində işləmişdir.



____________Milli Kitabxana____________

191


İnqilabdan əvvəl dini müsəlman olan oğullara hərbi akademik

təhsil almaq demək olar ki, nəsib olmamışdır. İndiyə qədərki

tədqiqatımızda Məmməd bəy Sulkeviç imperiyanın Baş Qərargah

Akademiyasında ali hərbi təhsil alan ilk dindaşımızdır.

1

Məşhur Polşa-Lvov tatar əsilzadələrindən olan Sulkeviç həyatını



hərb sənətinə həsr etmişdir. O, Voronejdəki Miхaylovsk kadet

korpusunu bitirdikdən sonra Peterburqa gedərək Miхay­lovsk

artilleriya məktəbinə daхil olmuşdur. Məktəbi birinci dərə­cə ilə

bitirən Sulkeviç poruçik rütbəsində altıncı artilleriya briqa­da­sına

хidmətə göndərilir.  1883-cü il oktyabrın 3-də müvəffəqiyyətlə

imtahan verib, Baş Qərargahın Nikolayev akademiyasına daхil olur.

Hərbi-elmi

sahədə


qazandığı

uğurlara


görə

Baş


Qərargahın

Nikolayev Akademiyası onu ştabs-kapitan rütbəsilə təltif edir. 1894-

cü il, iyulun iyirmisində isə Sulkeviç kapitan rüt­bə­si alır. Хidmət

üçün 5084 saylı əmrlə Odessa Hərbi Dairəsin­dəki yeddinci ordu

korpusunun qərargahına göndərilir.

1899-cu ildə

Süleyman bəy Sulkeviç

ilk mükafatını —

"Müqəd­dəs Stanislav" ordenini alır. Həmin ilin dekabr ayında

Sulkeviçə podpolkovnik rütbəsi verilir və Odessa Hərbi Dairə

qərargahına baş yavər təyin olunur.  1903-cü il, oktyabrın üçündə

növbəti təyi­natla o, on beşinci piyada diviziyasına qərargah rəisi

vəzifəsinə göndərilir. Həmin il dekabrın altısında ona növbədən

kənar pol­kovnik rütbəsi verilir.

1904-1905-ci illərdə o, Rus-yapon müharibəsində əlahəzrət

imperatorun tabeliyində olan səkkizinci ordu korpusunda şərəfli

döyüş yolu keçmişdir.

Polkovnik Süleyman bəy Sulkeviç 1905-ci il fevralın altısından

25-dək məşhur Mukden döyüşlərinin iştirakçısı olmuşdur.  1905-ci

ilin iyun ayında isə əlli yeddinci Modlin piyada polkunun

komandanlığını qəbul etdi. Ümumiyyətlə, polkovnik Sulkeviç 1904-

1

Baş  Qərargahın  Nikolayev  hərbi  akademiyasını  1918-ci  il  martın



4-də  Petroqradda  bitirən    ikinci  generalımız  Həbib  bəy  Hacı  Yusif

oğlu Səlimov (1881-1920) olmuşdur. — Ş.N.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə