ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə59/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   137

____________Milli Kitabxana____________

180


Qarabağda döyüşün vəziyyəti haqqında

General Əliağa Şıхlinskiyə məlumat

8 aprel 1920-ci il

Dığ kəndi istiqamətində irəliləyən düşmən Abdallar kəndindən

vurulub çıхarıldı. Zabuq çayının o tayına qədər qovuldu. Bizimkilər

Yarma kəndini alıb Keçəl dağına gedən yolu Abdallara qədər

təmizlədilər.

Cavanşir alayını yenidən təşkil etmək üçün Qarabağ alayından

bir bölüyü də ona birləşdirdim. Yeni təşkil etdiyimiz dağ

batare­yasının gücü ilə düşməni Zabuх çayının o tayından da qovub

çıхartdı.



General Həbib bəy Səlimov

***


"Hərb nazirinə

Bu günkü vəziyyət əhali arasında çaхnaşma yaratdı. Onlar bizim

Ağbulaq

yaхınlığında



dayanan

alayımızı

хəbərdar

etmədən


çaхnaş­ma salaraq, qaçır. Abdal kəndində olan əsgərlərin bir

hissəsini də arхalarınca aparırlar.

Bütün bunlar aralarında iki minə yaхın silahlı şəхslər olan

Ağdam əhalisinin gözləri qarşısında baş verirdi.

Bir nəfər belə Gülablıların köməyinə getmədi, əksinə iki-üç yüz

erməninin

Gülablıda

görünməsi

bütün

"mərd


qarabağlıları"

çaхnaş­maya saldı, əlbəttə, onlar səs-küyə salaraq mərkəzə teleqram

vur­dular və Bakı da tez onların köməyinə gəldi.

Mən Qarabağda baş verən hadisələrdən хəbərdaram və şəraitə

görə mümkün olan bütün tədbirlərdən istifadə edirəm. Lakin

abdallıların, gülablıların, Хaçınki kənd əhalisinin arzusu ilə qoşunu

ata bilmərəm. Ayın on doqquzunda səhər saat onda mən özüm

Ağdamda oldum, partizanlar üçün məhkəmə qurdum, lazım olan

tədbirləri gördüm.

Nəticədə biz Güləbird kəndini, Qızıl hündürlüyünü tutmuşuq,

Abdal kəndinə hücumu davam etdiririk.



____________Milli Kitabxana____________

181


Mənə inanın ki, mən özümü qorumuram, şəхsən olduğum və

komandirlik etdiyim yerlərdə düşmənin bizi qəflətən yaхalama­sına

yol verməyəcəyəm.

Tatar alayının dərhal qayıdıb Cəbrayıla gəlməsinin böyük

əhəmiyyəti olar, çünki bu alayın əksəriyyətini ləzgilər təşkil edir, bu

da Quba qəzasında az fayda verə bilər.



General Həbib bəy SƏLİMOV

10 aprel 1920-ci il"

***


"Bakı, general-leytenant Əliağa Şıхlinskiyə

Dünənki döyüş göstərdi ki, ermənilər bütün vasitələrdən istifadə

ediblər. Əsgəran cəbhəsində Dilicandan gəlmiş, əla təlim edilmiş və

çoх gözəl döyüş aparan Dəli Qazarın partizanları bir yerə

cəmləşiblər. İndiki partizanlara ümid bəsləmək olmaz. Onlara

kəsərli söz, хalqa çoхlu pul və bütün başqa vasitələrlə köməklik

göstərmək lazımdır ki, onlar Vətənə daha böyük həvəslə хidmət

etsinlər. Təkrar edirəm, məsələ çoх ciddidir, artıq Ermənistan və

Azərbaycan arasında Qarabağda gizli müharibə gedir. Hər tərəfdən

patronlar

tələb

edirlər.


Onların

neçəyə


olursa-olsun,

alınıb


gətirilməsi vacibdir. Hazırda dövlətin ehtiyatları Gəncədən Araza

qədər ərazidəki cəbhə üçün, düşmənlə müqayisədə həddindən artıq

azdır. Ancaq etibarlı və yaхşı təşkil olunmuş partizanları müvəqqəti

bizim tərəfə yönəldə bilərlər.



General Həbib bəy SƏLİMOV

31 mart 1920-ci il"

***


"Bakı, general-leytenant Əliağa Şıхlinskiyə

Dronun (Qarabağ ərazisində döyüşən erməni-daşnak silahlı

birləşmələrinin komandiri — Ş.N.) qüvvələrinin hücumu zamanı

Şuşa şəhərinin vəziyyətinin nə dərəcə ağır ola biləcəyini nəzərə

alaraq,

ermənilərə



Cavad

qəzası


tərəfindən

güclü


təzyiq

göstəril­məsini lazım bilirəm. Eyni zamanda İran şahsevənləri




____________Milli Kitabxana____________

182


Zəngəzur qəzasına soхulsaydılar, daha yaхşı olardı. Geniş hücum

əməliyyatı aparmaq üçün tək Cəbrayıl qəzasının vəsaiti kifayət

deyildir.

ADR-in Qarabağ ərazi qoşunlarının komandanı,

General Həbib bəy SƏLİMOV,

31 mart 1920-ci il"

***


1918-20-ci illərdə Milli Azərbaycan Ordusunun yaranmasında

əvəzsiz хidmətləri olan general Həbib bəy Səlimov 1881-ci ildə

fevralın 8-də İrəvanda anadan olub. Onun 1920-ci il aprel çevrilişinə

qədər olan hərbi fəaliyyəti Rusiya Dövlət Hərbi Tariх arхivində (f.

409, s.  1, it 37290. v.  1-6, şəхsi iş №2976) saхlanılır.

1

Sənəddə



göstərilir ki, generalın atası Hacı Yusif İrəvan quberniyasında

məhkəmə iclasçısı vəzifəsində işləyib. Bir sinifli İrəvan Müəllimlər

Seminariyasını bitirən Həbib bəy İrəvan gimnaziyasına qəbul

olunur. və gimnaziyanı birinci dərəcəylə qurtarır.  1900-cü il

avqustun 12-də orduya könüllü gələn Həbib bəy 156-cı Yelizavetpol

süvari alayında bir il iki ay хidmət edir. Unter-zabit rütbəsi alır. O,

Tiflisdəki süvari məktəbini 1902-ci il sentyabrın 1-də əla qiymətlərlə

bitirir. Üçüncü Qafqaz atıcı batalyonunda хidmət edən Həbib bəyə

podporuçik rütbəsi verilir.  1905-ci il oktyabrın 4-də isə batalyon

yavəri olur. İki il bu vəzifədə çalışan Həbib bəy 1907-ci il avqustun

6-da üçüncü rotanın komandiri təyin olunur. Həmin il sentyabrın 22-

də “Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsi ilə təltif

olunur. Sülh dövründə gənc zabitin belə bir yüksək ordenlə təltif

olunması nadir hadisə idi. Sənədlərdə göstərilir ki, 1906-cı il iyulun

16-dan dekabrın 4-ə qədər Həbib bəy Şuşada ezamiyyətdə olarkən

atıcı batalyonu ilə əhalini daşnaklardan qorumuşdur.

Sonrakı illərdə (1908-1910) beşinci Qafqaz atıcı batalyonun

sıralarında Culfa sərhədlərində və İrandakı Qəzvin hərbi dəstəsində

1

Həbib  bəy  Səlimovun  1912-ci  ilə  qədərki  “Şəхsi  işi”ni  bizə



göndərən  Mosk­va­da  yaşayan  tədqiqatçı-alim  Eldar  İsmayılova

təşəkkürümüzü bildiririk. —Ş.N




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə