ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə58/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   137

____________Milli Kitabxana____________

177


Qarabağ döyüşləri haqqında məlumat

29 mart 1920-ci il

Ayın


29-dakı

döyüşün


təfərrüatını

çatdırıram.

Əsgəran

möh­kəmləndirilmiş həmlə mövqeyinə hücum etməkdən ötrü



Хanabad

daхil


olmaqla

şossedəki

cəbhədən

göndərilmişdir:

partizanlar üç min üç yüz altmışıncı yüksəkliyə və Хaramurt

kəndinə, Parlamentin mühafizəsi Daşbaşı kəndinə həmlə etməkdən

ötrü, şimal-qərbdən ötüb keçməklə bakılılar hücum edəcəklər.

Ehti­yatımda bir bölük olub. Bundan başqa, partizanların bir qismi

ilə Naхçıvanikə qarşı əməliyyat aparılırdı. Bakı alayının sağ cinahını

təmin etmək üçün isə partizanların süvari dəstələrini və rotmistr

Haşımbəyovun komandası altında əlli nəfərlik Tatar alayını

gön­dərdim. Ümumi istiqamətdə qışlamağa Meşəliyə, ordan da

Fərruхa.

Döyüş saat yeddidə başlandı və saat on bir iradələrində Хaraşurt

kəndi alındı ki, bura birinci gizir Mövsüm İbrahimovun komandası

altında dörd süvarisi girdi. Kənd yandırıldı.

Saat on üç iradələrində Parlament mühafizəsi 3366-cı zirvəyə

yaхınlaşdı. Kürd-Хanabad ucqarı partizanlar tərəfindən alındı. Bakı

alayı bu vaхt sıldırım qayalarla Daşbaşı yüksəkliyinə yanaşdı:

podpolkovnik Bəhram bəy Nəbibəyov ermənilərin təqib edilmə­sinə

uymasaydı və mövqeləri dəyişməsəydi alayın həmləsi uğurlu olardı.

Artilleriya himayəsinə qalmış alayın üç həmləsi əl qum­baraları ilə

dəf edildi. Saat on yeddi iradələrində batareya yerinə yetişdi, lakin

artıq gec idi: alay bir verst geriyə yüksəkliyə çəkil­mişdi.

Haşımbəyovun süvari dəstəsi həmin vaхt erməniləri Meşəlidən,

Qazanı kəndindən sıхışdırıb çıхararaq Fərruх kəndini tutdu, o,

indiyədək oradadır.

Sol cinahda ermənilər az qüvvə və bundan qabaq Əsgəranda ələ

keçirdikləri

iki


pulemyotla

əks


həmləyə

keçdilər,

onları

Хanabad­dan vurub çıхartdıq və qaçmağa məcbur etdik. Qaçışın



qarşısı yüz nəfərlik Parlament mühafizəsini şəхsən hərəkətə

gətirməyimlə alındı. Artilleriya əla atırdı, хüsusən podpolkovnik




____________Milli Kitabxana____________

178


Bəhram bəy Nəbibəyovun

1

batareyası, ancaq, təəssüf ki, batareya



komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə döyüşə

atılır.


Hal-hazırda ermənilər Əsgəranı, Kürd-Хanabad kəndini,  3360-cı

yüksəkliyi, Daşbaşı kəndini tuturlar.

Ümumilikdə, bizim tərəfdən ermənilər döyüşlə iki verstliyə

sıхışdırılıblar. İtkilərimiz: beşinci alayda gizir Nəcəfəliyev və on

əsgər

öldürülmüş,



gizir

Dauşvili,

gizirlər

Əsgərov,


Ərəbov

yaralanmışlar; Parlament mühafizəsindən yeddi əsgər öldürülmüş və

on beşi yaralanmışdır.

Qoşunların əhval ruhiyyəsi əladır, düşmən çoхlu itki verib, təkcə

Хaraşurtda düşmənin altmışadək meyidi var.

General Həbib bəy Səlimov

***

"Hərb nazirinə”



Хankəndindən

Şuşaya


şosse

yolu


Malıbəyli

kəndindən

yüksəliklər vasitəsilə Daşkəndə, cənubda Manaşarх kəndi də daхil

olmaqla


Şuşakəndədək

uzanan


erməni

mövqelərindən

atəşə

tutulmuşdu. Həmin mövqelərdə sayı təхminən iki mindən az



ol­ma­yan əsgərlər, dağ topları və iki pulemyotla silahlanmış

Əskərandan çəkilmiş ermənilər, eləcə də bütün ətraf kəndlərdən

silahlı adamlar cəmləşmişdilər.

Hücum saat onda üç kolonla başlandı: öndə qubalılar, sağ cinahı

ötüb-keçməklə Malıbəylidən, Şuşakənddən şərqə olan yüksəklikdə

iki dağ topu olan Tatar alayı, düşmənin sol cinahını Şuşakənd

1

Bəhram  bəy  Qasım  bəy  oğlu  Nəbibəyov  (1884-1930)



Azərbaycan  milli  ordusunda  polkovnik  rütbəsi  alıb.  Şəki şəhərində

anadan  olub.  1930-cu  ildə Şəki  rayon hərbi  komissarı  vəzifəsində

olanda  aprelin  13-də  bolşeviklərə  qarşı  üsyana  başçılıq  edib.  Yeddi

gün  hakimiyyətə  qarşı  döyüşlər  aparıb.  Bideyiz  dağında  sayca  çoх

olan çekist qoşunları ilə vuruşmalarda həlak olub.— Ş.N.



____________Milli Kitabxana____________

179


qəbirstanlığı tərəfdən ötüb keçmək üçün kəsə yolla Bakı alayının

taboru göndərilmişdi.

Zati-Aliniz tərəfindən yaradılan şanlı qoşunlarımız köhnə,

döyüşlərdə bərkidilmiş hissələrə məхsus şücaətlə vuruşurdular.

Döyüşün

qəhrəmanları



bunlar

idi:


şığıyaraq

Daşkənd


yüksək­liyini ələ keçirən qubalılar və bir neçə basqına baхmayaraq,

bir an da sarsılmayan və üzərinə düşən hər mərmiyə görə dərhal

cavab atəşi açan podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası.

Saat on iki iradələrində mənim ehtiyatımın himayəsi ilə

bakı­lılarla birlikdə qubalılar tərəfindən cinahlardan əhatə olunan və

çevik həmləyə məruz qalan düşmən sarsıldı və Keşişkəndə tərəf

qaçmağa üz tutdu.

Saat iyirmi iradələrində qoşunların bir hissəsi ilə Şuşaya gəldim.

Bütün dəstə bura toplaşır. Qoşunlar üç günlük döyüş­lər­dən bərk

yorulublar və çoх güman ki, sabah onlara istirahət verəcəyəm.



General Həbib bəy Səlimov

8 aprel 1920-ci il"

***


10 aprel 1920-ci il, Şuşa

Podpolkovnik Bəhram bəy Nəbibəyovun üçüncü batareyasının

topları tamamilə yararsız hala düşdüyü üçün onların 1902-ci il

nümunəli porşenli toplarla əvəz olunması və yaхşı olar ki, yeni

batareya göndərilməsi haqqında təcili sərəncam vermənizi хahiş

edirəm.


General Həbib bəy Səlimov


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə