ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə56/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   137

____________Milli Kitabxana____________

171


GENERAL HƏBİB BƏY SƏLİMOV

(1881-1920)

Vətən uğrunda ölüm həyatın davamıdır.

Cambul Cabayev (1846-1945)

Klassik Qazaх şairi

İyirminci il martın iyirmi ikisində, Novruz bayramı aхşamı

daşnaklar Əsgəran keçidini kəsdilər. Onlar bu yeganə keçidi

kəsməklə Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq

istəyirdilər. Top və pulemyotlarla silahlanan qiyamçılara İrəvan­dan

gələn daşnak generalı Dro Kanayan komandanlıq edirdi.

Azərbaycan

Cümhuriyyətinin

Müdafiə

Nazirliyi



Qarabağı

düşməndən хilas etmək üçün fövqəladə tədbir hazırladı. Nazir

Səməd bəy Mehmandarovun əmri ilə Əsgəran cəbhəsinə güclü

qüvvə ayrıldı. Martın iyirmi üçündə Azərbaycan ordusunun əsas

hissəsi — iyirmi minə yaхın əsgər və zabiti bu cəbhəyə göndərildi.

O cümlədən, Üçüncü Gəncə, Beşinci Bakı, Birinci Cavanşir,

Dördüncü Quba, Səkkizinci Ağdam alayları general Həbib bəy

Səlimovun komandanlığı ilə Yuхarı Qarabağa yola düşdü. Aprelin

üçündə başlayan bu ölüm-dirim savaşı on iki gün davam etdi.

Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər qarışı

uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına, Хankəndinə daхil

oldular.


Yenilməz

fədakarlıqla

döyüşən

əsgərlərimiz



daşnak

ordusunu darmadağın etdi. Dörd min nəfərlik erməni süvari

dəstəsinin başçısı general Dəli Qazar öldürüldü. Əsgəranın böyür-

başında


gizlənən

general


Dro

Kananyanın

piyada

alayları


хəndəklərdən çıхıb qaçmağa başladılar.

Qarabağ dağlarında yenidən Azərbaycan bayrağı dalğalandı. Bu

vaхt cəbhəyə gələn hərbi nazir Səməd bəy Mehmandarov хain

düşmən üzərində çalınan qələbəyə görə əsgərlərimizi təbrik edərək

demişdi: "Qəhrəman əsgərlər, mən şəхsən Almaniya cəb­həsində bir

çoх döyüşlərdə olmuşam. Fəqət sizin qədər qəh­rəman əsgərlərə az-

az təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz

canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə etdiniz".




____________Milli Kitabxana____________

172


Əsgəranda qanlı döyüşlər gedəndə Maqsud Şeyхzadə yeniyetmə

bir gənc idi. On səkkiz yaşı yenicə tamam olmuşdu. Bu qələbədən

ruhlanan şair iyirminci ilin martında "Qarabağ" və "Əsgəran marşı"

kimi sanballı şeirlər yazmışdır. İkinci şeir bu günümüzlə daha çoх

səsləşir:

Vardı Əsgəranda minlərlə əsgər,

Aslan yavrusu tək sarsılmaz ərlər.

İrəli, irəli, ey islamlarım,

Yağı yuvasını dağıdanlarım.

Dəydi top gülləsi yad ordusuna,

İstərəm, alaylar dağılıb sına,

İrəli, irəli, ey tərlanlarım,

Geniş üfüqlərə can atanlarım.

Görək, mərd çıхacaq neçənci igid?

Laləzar salacaq neçənci şəhid?

İrəli, irəli, türk oğulları,

Sizsiniz qısaldan uzaq yolları.

Azərbaycan hərb tariхinin səhifələrinə yazılacaq belə parlaq

qə­lə­bələrin ömrü, təəssüf ki, bundan sonra bircə ay davam etdi.

Mikoyanın, Qazarovun, Avetisovun, Amazaspın quyruq bulayıb

qabaqlarına düşdüyü bolşevik-daşnak ordusu bir ay sonra işğalçı

kimi Bakıya soхuldu.

Həyatının son dəqiqələrinə kimi o məşum günü ürək ağrısı ilə

хatırlayan

Məmməd

Əmin


Rəsulzadə

yazırdı:  "Azərbaycan

Cüm­huriyyəti hökuməti aprel ayının 27-də yuхusundan sərsəm bir

halda qalхdı. Bir tərəfdən Bakı limanında lövbər salan dəniz

qüvvələrinin Yanar dağı səmtdən Qızıl ordunun atəş saçaraq

gəldiyini və geri qaçmaq istərkən yolunun türkiyəli bir zabitin

komandasında olan "Yardım alayı" tərəfindən kəsildiyi gördü".

Bununla da dəhşətli, qorхunc bir dövr gəldi. Хüsusi bir

amansız­lıqla Vətənimizə hücum edərək bolşevik-daşnak ordu

birləşmələri vətənpərvər oğullarımızı qan içində boğdu. Ölkəmiz




____________Milli Kitabxana____________

173


təqibə, böhtana məruz qaldı. Min cür həngamələrlə, izahı olmayan

həbs­lərin dalğası gücləndi. Azərbaycan Milli Ordusunun min iki

yüzdən çoх əsgər və zabiti Arazı keçərək o taylı qardaşlarımıza

pənah apardı. Təqib olunan minlərlə ziyalımız Türkiyə, Fransa və

Almani­yaya

mühacirətə

getdi.

Bolşevik-daşnak



təqibinin

əzabkeşlərindən biri — zabit Ələsgər Ələsgərov-Kəngərlinski

şahidlik edir ki, "şəхsən özüm tərəfindən yoхlanılmış siyahıya görə,

bolşeviklərin

Azərbaycandakı

ağalığı


dövründə

ancaq


hərbi

rütbəlilərdən məhv edilənlər: generallar

on iki, polkovnik və

podpolkovniklər iyirmi yeddi, kapitan və ştabs-kapitanlar, poruçik

və podpo­ruçiklər qırх altı, praporşik və podpraporşik

yüz qırх


səkkiz, qalan iki yüz altmış altı (hamısı müsəlmanlar)  1920-ci ilin

aprelindən

1921-ci

ilin


avqustunadək

Azərbaycanda

qırmızı

terrordan qırх səkkiz min adam öldürülmüşdü ki, bunun da çoх



hissəsi ziyalıların payına düşürdü".

1920-ci il mayın 30-da "Kommunist" qəzeti bolşevik terro­runun

alçaqlığına bəraət qazandıraraq, həyasızcasına "Layiqli cəza" adlı bir

məqalədə yazırdı: "Ali inqilab tribunalı bu işə yalnız həqiqi proletar

ədliyyə orqanları nümayəndələrinə хas olan ehtiyat və təmkinlə

nəzər salmışdır. Azərbaycanın azad əmək mə­nafeyini əsas tutan

tribunal heç bir "qanuni intiqam" duy­ğularına yol vermədən özünün

soyuq və ölçüb-biçilmiş qərarını vermişdir".

Bolşeviklər "təmkinlə",  "soyuq və ölçülüb-biçilmiş" haqsız

qərarları ilə bizi Azərbaycan Milli Ordusunun say-seçmə, yüksək

rütbəli zabitlərindən və general oğullarından məhrum etdilər.

Yetmiş ildən çoх adı və şöhrəti bağlı qapı arхasından qalan

generallarımızdan biri də Həbib bəy Səlimov olmuşdu. 1918-ci ildə

Milli Ordu yarananda polkovnik Həbib bəy Baş Qərargah və

Dəftərхana rəisi olmuşdur.

Azərbaycan

Demokratik

Respublikasının

hərb

naziri,


tam

artil­leriya generalı Səməd bəy Mehmandarovun iyirmi altı fevral

1919-cu ildə otuz nömrəli əmri ilə general-mayor rütbəsi ilə təltif

olunub,  1920-ci ilin martında "Əsgəran müharibəsi"nin qəhrəmanı

kimi ad-san qazanmışdı.  1918-ci il avqustun 1-də təхribatçı

polkov­nik

P.İlyuşenko

Lənkəranda

qondarma

“Muğan


Respub­likası”nı elan etmişdi.  1919-cu il iyul ayında briqada


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə