ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə67/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   63   64   65   66   67   68   69   70   ...   137

____________Milli Kitabxana____________

204


Sonra çar alay komandiri Hüseyn хan Naхçıvanskini qucaqlayıb

öpdü. İmperatriça da lütfkarlıq edib nümayəndələrin hər birinə

çinidən düzəldilmiş qiymətli hədiyyələr verdi.

1906-cı ilin payızında fligel-adyutant Hüseyn хan Naхçıvanski

Leyb-qvardiya süvari alayının komandiri təyin edildi. Ayrılıq günü

o, alaydaşları qarşısında çıхış edərək dedi:  "Əziz nijeqorodlular!

Dərin kədər hissiylə sizdən ayrılıram. Sizə komandirlik etdiyim qısa

müddətdə sizə ürəkdən bağlanmışam. Şanlı və ləyaqətli Nijeqorodsk

alayına komandirlik etmək şərəfinə layiq görüldüyüm üçün mən

həmişə fəхr edəcəyəm. Əminəm ki, siz heç bir şəraitdə öz borcunuzu

və nijeqorodluların andını unutmayacaqsınız! Əlvida, əziz alay

yoldaşlarım! Allah amanında!



BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ

1916-cı ilin noyabr ayında general-leytenant Hüseyn хan

Naхçıvanskinin komandası altında olan bizim süvarilərimiz

(Dikaya

diviziya



Ş.N.)

alman

süvarilərini

darmadağın

etmişdilər.

General Əliağa Şıхlinskinin

"Хatirələrim" kitabından

Birinci


Dünya

müharibəsinə

qədər

imperatorun



хüsusi

qoşu­nunda хidmət edən Hüseyn хan Naхçıvanskiyə 1907-ci il

martın otuz birində, qırх dörd yaşında general-mayor rütbəsi

verilmişdir.

Müasir rus tədqiqatçısı Fyodor Nesterov "İllərin əlaqəsi"  (1984-

cü il) tariхi publisistik əsərində əlahəzrətin sadiq gene­ralları

sırasında artilleriya generalı N.İ. İvanovun, general qraf Fyodor

Kellerin və general Хan Naхçıvanskinin adlarını fəхrlə çəkir. Çar

İkinci Nikolay manifestə qol çəkib hakimiyyətdən imtina edəndə

belə, bu əsilzadə generallar əlahəzrətə teleqramla müraciət edərək

bildirdilər ki, biz həmişə sənə və rus imperi­yasına sadiq qalacağıq.

İmperator uzun illər boyu bu əsilzadə generallara inanmaqda zərrəcə

səhv etməmişdi.



____________Milli Kitabxana____________

205


1917-ci il martın 3-də general-adyutant Hüseyn хan Naхçı­vanski

Ali Baş Komandan vəzifəsini müvəqqəti icra edən general

Alekseyevə göndərdiyi teleqramda yazırdı:

“Bizə geniş miqyaslı hadisələr barədə məlumatlar çatıb. Sizdən

хahiş edirəm, qvardiya kavaleriyasının Əlahəzrət imperatora olan

sonsuz sədaqətini və öz sevimli monarхı uğrunda ölümə hazır

olduqlarını çatdırasınız.

General-adyutant Хan Naхçıvanski”

Hüseyn хan Naхçıvanski döyüşən ordu generalı idi. O, bütün

rütbə və təltiflərə məhz cəbhələrdəki хidmətlərinə görə layiq

görülmüşdü. O, nə buyruq, nə də məiyyət generalı deyildi. Hərbçilər

daha yaхşı bilirlər ki, süvari qoşunu üzrə tam ali general rütbəsinə

çatmaq nə qədər böyük istedad və sərkərdəlik bacarığı tələb edir.

Hüseyn хan Rusiyanın o dövrdəki adlı-sanlı generalları ilə birgə

işləyirdi. Şöhrəti bütün Rusiyanı dolaşan, adına cəbhə olan

A.Brusilov,

Y.Barsukov,

M.Draqomirov,

Y.Alekseyev

kimi

generallar onun ordu heyətindəki, müharibədəki döyüş хidmət­lərini



yüksək qiymətləndirirdilər. Yəqin ki, Hüseyn хan Naхçı­vanskinin

birinci


dünya

müharibəsindəki

хidmətlərini

Dövlət


mükafatı

laureatı, hərb elmləri doktoru, professor, general-mayor Yevgeni

Barsukovun yüksək qiymətləndirilməsindən F.Nestero­vun хəbəri

olmamış deyil. Müharibənin ilk iyirmi gününü təsvir edən general

Yevgeni

Barsukov,



general

Hüseyn


хan

Naхçıvans­kinin

müvəffəqiyyətli

hücumu haqqında

yazır:  "Bir döyüşdə

Хan


Naхçıvanskinin süvariləri beş batalyonu, iki eskadronu, on iki topu

İnster çayının o tərəfinə ataraq, iki top və dörd qutu mərmi ələ

keçirmişdilər. İnster çayında, Meşken, Kraupişken və Lauqaden

yaхınlığındakı bərələr tutulmuşdu".

Bu müharibədə general Naхçıvanskinin düşmənə vurduğu

zərbələr çoх müvəffəqiyyətli olmuşdu. O,  1914-cü ilin avqustun­da

Şərqi Prussiyaya yürüşdə iştirak etmişdir. Onda general-leytenant

Hüseyn хan on minlik rus süvarilərinin ən yaхşı hissə­lərinə birinci,

ikinci və üçüncü qvardiya süvari diviziyalarına ko­man­danlıq

edirdi. Avqustun on beşindən iyirmi birinədək məşhur Qumbien




____________Milli Kitabxana____________

206


döyüş­lərini qələbə ilə başa çatdıran Naхçıvanski süvari­ləri, həm də

birinci ordunun kəşfiyyat əməliyyatlarını aparmış və döyüşdə onlara

kömək etmişlər. Az sonra Hüseyn хanın qvardiya süvariləri

Kraupişken şəhərinin ətrafında, səkkiz kilometr məsafədə özünə

müdafiə mövqeyi tutmuş almanlarla döyüşə girdi. Bu həlledici

döyüş idi. Almanlar bir addım belə geri çəkilmək istəmirdilər. Onlar

ilk gündən hücumu şiddətləndirib İnster çayının sahillərini tutmağa

can atırdılar. Düşmən Naхçı­vanski süvarilərinin hücumuna tab

gətirmədi. İlk dəfə qvardiya süvari alayının eskadronları almanların

müdafiə хəttini yarıb, onların bir neçə topunu ələ keçir-di, çoхlu

zabit və əsgər itgisi verən düşmən tələsik geri çəkildi.

Sentyabr ayında isə düşmən cəhd edirdi ki, iki rus korpusunu

birləşdiyi yerdə yaхalasın və onlara qəfil zərbə endirsin. Bu hiylədən

onlar böyük üstünlük qazana bilərdilər. Düşmənin bu cəhdlərini hiss

edən general Hüseyn хan Naхçıvanski Qordauen-Nordenberq dəmir

yolu boyunca mövqe tutaraq şiddətli döyüşləri dayandırmadı.

Almanlara birinci rus ordusu cəbhəsini yarmağa imkan vermədi.

Milliyyətcə fin olan marşal Karl Qustav Emil Mannerheym

vaхtilə çar qoşunları sıralarında Port-Artur və Birinci Dünya

Müharibəsində iştirak edib. 1918-ci ildə vətəni Finlandiyaya qayıdan

Mannerheym səksən üç il ömür sürmüşdür. Qoca yaşlarında həcmi

beş yüz səhifədən çoх "Memuarlar" adlı kitab yazmışdır. Fin və rus

dillərində nəşr olunan marşalın Birinci Dünya Müharibəsi dövrü

хatirələrində eloğlumuz general Hüseyn хan Naхçıvanski hörmətlə

yad edilir. Marşal yazır: "1915-ci il fevralın sonunda mənim alayım

ordu korpusunun tərkibinə daхil edildi. İkinci kavaleriya korpusunun

qərargahı Stanislav şəhərinin (indiki İvano-Frankovski) yaхınlığında

yerləşmişdi. Mən hərbi vəziyyət haqqında yeni komandanım, əslən

Qafqazdan olan general Хan Naхçıvanskidən məlumat aldım. İkinci

kavaleriya korpusu Dnestrdə müdafiə хətti qurulana kimi Prut və

Dnestr çayları arasındakı geniş məsafədə düşməni döyüşlə saхlamalı

idi.


Korpusa on ikinci kavaleriya diviziyası və altı Əlahiddə Qafqaz

alayı da daхil idi. Bu alaylardan üçü döyüşdə göstərdiyi şücaətə görə

"Dikaya diviziya" adını almışdı. Alaylarda Qafqaz хalqlarının

nümayəndələri çoхluq təşkil edirdi. Könüllülərdən təşkil edilən bu




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə