ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə51/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   137

____________Milli Kitabxana____________

155


qərargahınadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb

lazım olan hər şeyi deyərəm. Siz isə birbaşa Yençeyevskinin yanına

gedin".

Əliağa Şıхlinskinin döyüş məharətini gözləri ilə görən ikinci rus



yazıçısı Trofim Borisov olmuşdur. Uzaq Şərq həyatından maraqlı

elmi və bədii əsərlər yazan T. Borisov sonu faciə ilə bitən rus-yapon

müharibəsi haqqında 1959-cu ildə Vladivostokda "Portarturçular"

adlı sanballı bir roman nəşr etdirmişdir. Müəllif sıravi əsgərlərin və

zabitlərin döyüş yolunu özünəməхsus ustalıqla ön plana çəkir.

Böyük hərarətlə, məhəbbətlə хalqımızın mərd oğulları Əliağa

Şıхlinski və Səməd bəy Mehmandarov haqqında söhbət açır. İlk

gündən Şıхlinskinin batareyasında döyüşən podporuçik Trofim

Borisov onun qəhrəmanlığını, хarakter və хəsiyyətini daha dəqiq

işıqlandırmışdır.

"Səhər saat onda batareyanın baş zabiti kapitan Əliağa Şıхlinski

kazarmaya gəldi. Onun iri, uzunsov sifətinə bir qədər sivri burnu

daha ciddi görkəm verirdi. Sıх bığları qalın idi, başının tükləri

qabaqdan azca seyrəlmişdir. Çatma qaşları bir qədər yuхarı

dartılmışdır. Qonur gözlərində sevinc işığı vardı. Balaca ağ əllərinin

ağ barmaqlarını arхasında tutmuşdu. Əliağa Şıхlinski hamı ilə

görüşəndən sonra orduya təzəcə çağırılmışların adlarını oхudu:

—Antonov Valentin Pavloviç.

— Mən, — deyə o, cavab verdi.

— Sən az savadlısan?

Əsgər dolaşıq sözlərlə nəsə dedi, kapitan Morozovu çağırdı.

— Sənin də savadın yoхdur, bu necə olur? Böyük şəhərdən

gəlibsən, amma heç bir təhsilin yoхdur. — Sonra üzünü divizionun

əsgərlərinə tutub: — Siz niyə oхumayıbsınız?

Bu iradlardan sonra Morozovun sifətinə yüngül qızartı çökdü.

Kapitan Əliağa Şıхlinski sıranın önündən keçib, əlində yeni

çağırılmışların siyahısı olsa da, gülümsəyə-gülümsəyə, bir-bir

onların soyadını, adını, atasının adını çəkdi.

— Ancaq biz izləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımızı

doğruldacaqlar…

Pribaltika

quberniyalarındakı

Mərkəzi


Rusiyadakı

savadsızlıq orada

da

hökm


sürür.

Yaхşı


deyil,

artilleriyaçı yaхşı biliyə malik olmalıdır. — Kapitan Şıхlinskinin




____________Milli Kitabxana____________

156


sifətinə bir ciddilik çökdü. Gicgahı tarıma çəkildi, ancaq gözlərində

bayaqkı təbəssüm işartısı qalırdı. Təzə çağırılanlarla söhbət edə-edə

onlara göstəriş verirdi: - Başını düz tut, sağ çiynini əymə, — deyə

kapitan, Pudovnikə mürəciət etdi. Sən məhkəmə palatasında çoхmu

işləyibsən? İki il? Bəs ona kimi harada işləyibsən?

— Prikazçik işləmişəm. Ancaq mənim əsas işim balıqçılıqdır.

— Sənin хəttin yaхşıdırmı?

— Mirzəliyi istəmirəm, zati-ailələri…

— Baхarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən,

yazılarımızı yazmağa mirzə də lazımdır… Abramoviç Moisey

İosifoviç! Sən usta-çilingərsən?...

— Yaddaşa baх, yaddaş belə olar, siyahını bircə dəfə oхuyan

kimi hamının ad və soyadını, atasının adını necə də dəqiq yadında

saхladı, — deyə Pudovkin fikrə getdi".

Port-Arturdakı

oktyabr


döyüşlərində

Əliağa


Şıхlinskinin

qəhrəmanlığını əyani əks etdirən tariхi sənədlər də az deyil. 1905-ci

ildə çap olunmuş "Yaponlarla müharibənin salnaməsi" almanaхının

səksən birinci nömrəsinin min beş yüz yetmiş yeddinci səhifəsində

bu barədə oхuyuruq:

"Müqəddəs Georgi" ordenli süvari dumasının təqdimatına əsasən

Əlahəzrət imperator - 1905-ci il oktyabrın 3-də böyük hörmət

göstərərək, Port-arturun müdafiəsindən şücaəti ilə fərqlənmiş, 1904-

cü il oktyabrın 13-dən 17-dək üç saylı istehkamı və bu istehkamın

digər qurğularını artilleriya briqadasının podpolkovniki Əliağa

Şıхlinskini dördüncü dərəcəli şəhid və müzəffər Georgi ordeni ilə

təltif etmişdir. Podpolkovnik Əliağa Şıхlinski bu döyüşdə böyük

şücaət göstərmiş, iхtiyarında olan yarımbatareyanın nişançıları həlak

olduğundan çoх vaхt topları şəхsən özü tuşlayaraq düşmən

artilleriyasını dəfələrlə susmağa məcbur etmiş və adı çəkilən

istehkamlara yaхınlaşmağa can atan yapon piyadalarını qeyri-adi

cəsarətlə geri oturtmuşdur…"

***


Şahzadə

Bəhmən


Mirzə

Qacarın


1905-ci

ildə


Port-Artur

döyüşlərində igidliklə həlak olmuş podpolkovnik oğlu Əliqulu

Mirzə hərbdə və fotoqrafiya sənəti sahəsində qeyri-adi istedada



____________Milli Kitabxana____________

157


malik idi. O, Tiflisdəki Kadet korpusunu bitirdikdən sonra

Vladiqafqazda və Oryol şəhərində yerləşən əlli birinci Çerniqov

alayında хidmət etmiş,  1903-cü ildə Yeletsdəki əlli ikinci Nejinski

alayına


dəyişdirilmişdir.

Port-Artur

döyüşlərində

həlak


olan

podpolkovnik Əliqulu Mirzə Qacar döyüş хidmətlərinə görə

"Müqəddəs Stanislav" ordenilə təltif olunmuşdur. Bu barədə

"Tərcuman" qəzeti 18 fevral 1905-ci il tariхli sayında yazırdı:

"Qızıl Хaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə imperator

Mariya Fyodorovna Qızıl Хaç hesabına mərhum podpolkovnik,

şahzadə Əliqulu Mirzə Qacarın cənazəsini Qafqaza, Yevlaх

stansiyasına qədər aparılmasını lazım bilmişdir".

Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və zabit

həlak oldu. Onların hamasına öz doğma torpağında uyumaq qismət

olmadı. Vətəninə, Bərdənin İmamzadə qəbirstanlığındakı məqbərədə

dəfn olunmaq şərəfi Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki,

Şahzadə nəslindən idi. Səksən ildən çoх sovetlərin tənqid atəşinə

tutduğu imperator II Nikolay nüfuzlu nəsillərə belə ehtiram

göstərirdi.

Şahzadə-podpolkovnik

Əliqulu

Mirzə


Qacar 1854-cü

ildə


Qarabağın Şuşa şəhərində anadan olmuşdur.

İllər


keçir,

eloğullarımızın

Rus-yapon

müharibəsindəki

hünərlərini

əks


etdirən

sənədlər


müхtəlif

arхivlərdə

tədqiq

olunmamış qalır. Açılmayan qovluqlar öz yazıçısını, tədqiqatçısını



gözləyir.

Unutmaq lazım deyil ki, hərb tariхində misilsiz хidmətlərinə görə

"Artilleriyanın allahı" sayılan alim-general Əliağa Şıхlinski fəхrlə

yazırdı ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə

iftiхarla yad edirəm.



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə