ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə8/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   4   5   6   7   8   9   10   11   ...   154

Şəmistan Nəzirli

25

General Səməd bəy Mehmandarov



Port-Artur döyüşlərində

Port-Arturun müdafiəsi zamanı göstərdiyi döyüş 

xidmətlərinə görə Səməd bəy Mehmandarov bir neçə 

döyüş  ordeni  və  qızıl  silahla  təltif  edildi,  general-

mayor rütbəsi aldı. General Səməd bəy Mehmanda-

rovla  bir  yerdə  xidmət  edən  və  onu  şəxsən  tanıyan 

zabitlərin onun sarsılmaz soyuqqanlılığı və misilsiz 

rəşadəti haqqında böyük rəğbətlə danışırdılar.

1904-cü  il  dekabrın  16-da  Port-Artur  qalasının 

hərbi  şurası  danışıqsız  təslim  olmağa  səs  verdikdə, 

general Səməd bəy Mehmandarov və onun igid zabit 

heyəti buna qarşı qəti olaraq etiraz etdilər.

“1904-1905-ci illərdə Rusiya-Yaponiya  

müharibəsinin salnaməsi”ndən

1904-cü ildə Rusiya-Yaponiya müharibəsi başlananda Səməd 

bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Yelizaveta Nikola-

yevna ilə evlənmələrinin bir ili tamam olmamışdı. Yelizaveta Ki-

yev  qadın  gimnaziyasını  bitirmişdi.  Port-Artur  hərbi  səhra 

xəstəxanasında  şəfqət  bacısı  işləyirdi.  Səməd  bəy  kimi  o  da 

zadəgan nəslindən idi. İyirmi bir yaşlı Yelizaveta, elə bil anadan 

olandan səbir dərsi keçmişdi. O, nə ağır hərb işinə, nə də yaralı 

əsgərlərə qarşı laqeyd deyildi. Zadəganlara məxsus sadəliklə Ye-

lizaveta  əsgərlərlə  çox  mehriban  davranırdı.  Yaralıları  müalicə 

edib,  savadsız  olanların  ailəsinə  məktub  yazır,  müharibə 

çətinliyinə səbirlə, dəyanətlə dözürdü.

Bir dəfə Səməd bəy ona deyir: 

– Komandanlıqdan sənin Peterburqa qayıtmağına icazə almı-

şam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam.

Ərinin üzünə şax baxan Yelizaveta:




General Əli ağa Şıxlinski və silahdaşları

26

–  Səməd  bəy,  –  demişdi,  –  ölkədə  müharibə  gedirsə,  səncə, 



əsgərin yeri harada olmalıdır?

– Əlbəttə, cəbhədə!

–  Bax,  mən  də  cəbhədəyəm,  yoxsa  məni  qadın  görüb  əsgər 

olmağıma şübhə edirsən?!

– Axı, sən ana olmağa...

– Bir də bu söhbətə qayıtmayaq. Söz verirsən... Bu mövzudan 

vaz keç, əzizim! Sənsiz mənə Peterburq yox, heç Paris də lazım 

deyil.


Bu, ərinə, Vətəninə sadiq bir qadının açıq ürək söhbəti idi.

Yanvarın  iyirmi  altısında  gecə  yaponlar  rusların  Port-Artur 

limanında dayanan eskadrasına hücum edib “Retvizan”, “Sesa-

reviç”  zirehli  gəmilərini  və  “Pallada”  kreyserini  yandırdılar. 

Mü ha ribə başlandı. Səhərisi Səməd bəy Mehmandarovu yeddin-

ci Şərqi-Sibir atıcı topçu divizionunun komandiri təyin edirlər. 

Bu, quru qoşunlarının komandanı, general-mayor Roman Kond-

ratenkonun  əmri  idi.  Roman  İsidoroviç  Mehmandarovun  dö-

yüşdə dəyanətinə, komandirlik bacarığına yaxşı bələd idi. Məhz 

ona  görə  də  Səməd  bəyi  Şərq  cəbhəsinin  rəisi  təyin  etdi.  Bura 

Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Ya-

ponlar ən güclü qüvvəni də buraya yeritmişdilər. Onlar şiddətli 

həmlələr  edir  və  arasıkəsilmədən  bombalar  yağdırırdılar.  Pol-

kovnik Səməd bəy Mehmandarov komandan Kondratenkonun 

ən yaxın köməkçilərindən biri idi. Topçuların əməliyyatına baca-

rıqla  rəhbərlik  edən  Mehmandarov  qala  mühasirədə  olanda 

həmişə  ön  mövqelərdə  və  çox  təhlükəli  yerlərdə  sərrast  atəşlə 

samurayların hücumunu dəf edirdi.

* * *

Port-Artur müharibəsinin başlanmasından yüz bir il keçir. Bu 



müddətdə rus dilində minlərlə ədəbi-bədii, elmi və publisistik 

əsərlər nəşr olunub. Xüsusilə, 1905-1910-cu illərdə bu mövzuda 

çoxlu gündəlik və xatirələr yazılmışdır. 1906-cı ildə nəşr olun-

muş P.Larenkonun “Port-Arturun əzablı günləri” kitabı da bu 




Şəmistan Nəzirli

27

qəbildəndir. Burada sərkərdə eloğlumuz Səməd bəy Mehman-



darovun  təkcə  döyüş  qabiliyyəti  deyil,  həm  də  şəxsiyyət  kimi 

dönməzliyi, böyüklüyü şahidlərin dili ilə verilib. İlk dəfə Azər-

baycan  oxucularına  təqdim  etdiyimiz  gündəlikdən  parçaları 

oxuyanda istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən.



Həmin kitabın “Noyabr hücumları” fəslində, səhifə 494-də:

“Hələ avqust bombardmanı zamanı yaponlar hiss edirlər ki, hardan-

sa,  arxadakı  fortlar  xəttindən  onları  dəqiq  atəşə  tutublar.  Polkovnik 

Mehmandarovun komandası altında olan yeddinci Şərqi-Sibir artilleri-

ya divizionu (yəni səhra artilleriyası) həmləyə məruz qalmış istehkam 

xəttinin sağ cinahının arxasında örtülü mövqeləri tutaraq müdafiəyə 

böyük kömək göstərirdi. Çünki qala artilleriyası hələ bombardmanın ilk 

günlərində çox zərər çəkmişdi. Polkovnik Səməd bəy Mehmandarovun 

səhra artilleriyası ən fədakar həmlələri belə dəf edərək yaxınlıqda olan 

yapon batareyaları ilə son dərəcə müvəffəqiyyətlə vuruşurdu”.

Səhifə 597-də:

“S. daxil oldu. O, söhbət edirdi ki, ön həmlənin topçularından pol-

kovnik Mehmandarov (sağ cinahın bütün artilleriya üzrə komandiri) 

və podpolkovnik Stolnikov öz şəxsi təhlükələrinə qəribə nifrətlə yanaşır-

lar; bombardman vaxtı batareyalarda elə gəzirdilər ki, elə bil partlayan 

mərmiləri görmürlər. Belə ki, onlar bu hərəkətləri ilə yerdə qalanları da 

ruhlandırırdılar. Onların birincisi qafqazlılara məxsus cəngavər kimi 

(Səməd bəy Mehmandarov – Ş.N.), ikincisi isə taleyinə sədaqətlə itaət 

edən dindar adamlar kimi davranırdılar.

Burada – səhra artilleriyasının öhdəsinə başlıca olaraq həmləni və 

şrapnellə,  karteclə  düşmən  kolonlarını  məhv  etmək  məsələsi  düşür. 

Qala topları çox ziyan çəkdiklərindən, səhra artilleriyası isə tez-tez ye-

rini dəyişdiyindən onlarla mübarizə aparmaq yaponlar üçün çətin idi. 

O isə zərbələri elə hey endirirdi”.

Səhifə 606-da (11-24 dekabr):

“Yaralı zabitlərlə apardığım söhbətlərdən polkovnik Mehmandarov 

haqqında bəzi şeyləri öyrəndim. O, cəsur, özünü çox sevən, tabeliyində 

olanlara tam ciddiyyəti ilə yanaşan bir adam idi. Onları məcbur edirdi 

ki, şəxsi mərdlikləri ilə hamıya nümunə olmağı bacarsınlar. Təbiətən 


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə