Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə42/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   38   39   40   41   42   43   44   45   ...   87

və heç nədir.
Eləcə də V əsrdə yaşayan Misirli Məryəmin islah olmaq
niyyəti fəal idi. On iki yaşında evdən qaçıb İsgəndəriyyə
şəhərinə yollandı. O, on yeddi il ərzində kişiləri yoldan
çıxarmaqla məşğul idi. Bir dəfə maraq üçün ziyarətçilərə
qoşulub Müqəddəs Torpağa getdi. Orada o, Rəbb İsanın
bəşəriyyətin   xilasına   görə   həyatını   qurban   verdiyi
Müqəddəs   Çarmıxa   sitayiş   etmə   mərasiminə   baxmaq
istəyirdi.   Yerusəlimə   gəlib   bayramın   başlanma   gününü
gözləyərək öz «işi» ilə məşğul olmağa başladı. Müqəddəs
Çarmıxın   Ağacına   sitayiş   günündə   isə   məbədə
yaxınlaşaraq müqəddəs yerə girmək istədi. Amma birdən
onu bir qüvvə itələdi. Bu, ikinci və üçüncü dəfə də təkrar
olundu. Dəhşətə düşmüş Məryəm diz çökdü və məbədə
daxil olub Rəbbin Müqəddəs Çarmıxının Ağacını görmək
üçün həyatını tamamilə dəyişməyə söz verərək Allahdan
mərhəmət   diləməyə   başladı.   Bundan   sonra   o,   Kilsəyə
girib   Müqəddəs   Çarmıxa   sitayiş   etdi.   Verdiyi   sözünün
üstündə dayandı. O, könüllü olaraq üzərinə yepitimiya –
İordan   çayının   yanındakı   səhrada   əmək   və   dua   içində
yaşamağı qoydu. Orada o, qırx yeddi il yaşadı və həyatını
lütf və müqəddəsliklə bitirdi.
İslah   olmaq   barədə   fəal   niyyət   günaha   aparan
vəziyyətlərdən çəkinmək qərarını özündə birləşdirir. Belə
vəziyyətlər günaha təhrik edən, günaha gətirib çıxaran
yaxud günah etməyə kömək edən başqa insan, müəyyən
bir yer yaxud əşya ola bilər. Əgər  müəyyən bir dəstədə
mütləq   içib   sərxoş  olacağını   bilirsənsə,   bu   insan   qrupu
sənin   üçün   günaha   aparan   vəziyyət   olacaq.   Əgər   sən
bilirsən   ki,   ateist   söhbətlərə   qulaq   assan,   pis   kitablar
oxusan,   özündə   imana   və   Müqəddəs   Kilsəyə   qarşı
~ 243 ~
243


qarşıdurma   yetişdirəcəksən,   qəlbində   isə   Allahın
mövcudluğuna dair şübhələr yaranacaq, bu söhbətlər və
kitablar   sənin   üçün   günaha   aparan   vəziyyətlər   olacaq.
Əgər sən bilirsən ki, müəyyən  bir əyləncə yerinə  gəlib
orada   ədəbsiz   geyinmiş   insanlar   görəcəksən,   utanmaz
söhbətlər   və   sözlər   eşidəcəksən,   fikirlərində   və
hisslərində əxlaqa qarşı ağır sınaqlar keçirəcəksən, bu da
səni xəcalətli əməllərə gətirib çıxaracaq – bunlar günaha
aparan vəziyyətlərdir və Allah sənə bunlardan çəkinməyi
əmr   edir.   Əgər   biz   həbsxanada   yaxud   islah-əmək
düşərgəsində   olan   hər   kəsdən   müsahibə   götürmək
istəsək, onlardan hər biri bizə onları ilk dəfə şərə itələyən
insanı,   yeri,   əli   xatırladığını   deyərdi.   İnsanın   fikir   və
arzularını   masanın   üzərindəki   ərzağa   hücum   edən
milçəklərlə müqayisə etmək olar. Əgər bir kimsə onları
daim   qovsa,   onlar   sakitləşməyəcək.   Lakin   ərzaq   şkafa
qoyulsa, milçəklər başqa yerə uçacaq. Eləcə də günaha
aparan   vəziyyətlər   insanı   şərə   gətirib   çıxaran   tələ
yemidir. Əgər bu tələ yemindən, yəni günahlı meyllərdən
çəkinsən,   xeyirxahlıqda   dayanacaqsan   və   günah
etməyəcəksən.
Müdrik   atalar   sözü   deyir:   «Dostunun   kim   olduğunu
mənə   de,   mən   də   sənin   kim   olduğunu   sənə
söyləyəcəyəm». Müqəddəs Yazı xeyirxah dostluğu mədh
edir, lakin həmçinin pis dostlar barədə xəbərdarlıq edir:
«Sadiq dost həyat üçün şəfadır» (Sir 6, 16). «Dostlarını
ehtiyatla seç» (Sir 6, 13). Əflatun deyirdi: «Sən dostluq
etdiyin insanlar kimi olacaqsan». Buna görə də Müqəd-
dəslər   yekdilliklə   korlanmış   adamlarla   dostluğa   aid
xəbərdarlıq edirlər. Müqəddəs Avqustin deyir ki, sağlam
mənəvi   prinsipləri   olmayan   adamlarla   münasibət  insanı
~ 245 ~
245


onların etdiyini etməyə məcbur edən kəməndə bənzəyir.
O xatırlayır ki, gənc ikən ədəbsiz dostları arasında onu
ədəbsiz  əməllərə  itələyən,  sonra isə  bununla  öyünməyi
əmr   edən   müəyyən   bir   qüdrəti   hiss   edirdi.   Müqəddəs
Bernard   diqqətimizə   çatdırır   ki,   Peter   məhz   tonqalın
yanında   dayanıb   qızınaraq   Müəllimi   barədə   etinasız   və
istehzalı sözlərə qulaq asanda İsanı inkar etdi. Müqəddəs
Alfons   Liquori   deyirdi:   «Korlanmış   dost   iblisdən   pisdir».
Həqiqətən,   iblisi   nəhəng   zəncirli   itlə   müqayisə   etmək
olar; o yalnız ona yaxınlaşanları qapır. Korlanmış insan isə
özü   bizə   yaxınlaşır,   sirrimizi   bilməyə   çalışır,   bizə   pis
nümunə göstərir, yoldan çıxarır, pis şeyi öyrədir, günaha
aparır. Çıxış yolu nədir? Şər insanlardan çəkinmək, özünə
yaxşı,   ədəbli   dostlar   seçmək.   İmanlı   insan   Allahı
saymayan,   Onun   əmrləri   ilə   hesablaşmayan,   imanın
həqiqətini   tənqid   edən,   məsihçi   mənəviyyatını   işgəncə
edənlərlə dostluq edə bilərmi?
Günaha aparan vəziyyət nəinki insan, həmçinin kitab
yaxud jurnal da ola bilər. Yaxşı kitab dünyanın gözəlliyi
barədə   bəhs   edən   sadiq   dostdur,   bilik   və   müdriklik
xəzinəsidir,   lakin   pis   kitab   imandan   məhrum   edən
oğrudur, insanda ruhani həyatı məhv edən cinayətkardır.
İnsanların   bir   çoxu   pis   kitablarla   maraqlanıb   oxumağa
başlayırlar,   nəticədə   alçaq   səviyyəyə   enir   və   imanı
itirirlər. 
Bir   filosof   insanların   qadağan   olunmuş   şeyə
münasibətini sınamaq istəyirdi. Evinin eyvanında balaca
pəncərə   düzəltdi,   üzərində   yazdı:   «Bura   baxmayın».
Nəticədə   nə   oldu?   Evinə   gələn   insanların   əksəriyyəti,
yazını oxuyub yaxınlaşır və pəncərəyə baxırdılar, orada
isə heç bir şey yox idi. 
~ 247 ~
247


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə