nöqteyi-nəzərdən, bizi azad edir və başqaları ilə
barışmanı yüngülləşdirir. Günahı etiraf edərək insan
gördüyü işi etiraf edir, günaha görə məsuliyyəti üzərinə
götürür, bununla da yenidən Allah və Kilsə ilə ünsiyyəti
açılır, yeni gələcəyi mümkün edir» (KKK 1455).
Katolik Kilsəsinin Katexizisi qeyd edir ki, hətta sadəcə
insani nöqteyi-nəzərdən belə, tövbədə vicdan əzabından
azadlıq və yüngüllük tapırıq. Eyni sözü psixologiya da
deyir. İnsan öz sevinci, qəmi, həyəcanı ilə başqaları ilə
bölüşməlidir, çünki əks halda o, qəlbinin tarazlığını
tezliklə itirəcək. Bəs vicdan əzabları necə? Düzdür,
insana xəcalət çəkdiyi şeylərlə başqaları ilə bölüşmək
daha çətindir, buna görə də indi insanların həyatına
«etibar telefonu» daha çox
daxil olur; qəlbində narahatlıq
hiss edən insan öz həyəcanları, problemləri, həmçinin
vicdan əzabları ilə xəttin o tayındakı həkim yaxud
psixoloqla bölüşə bilər. Psixoloq ona xeyirxah söz,
məsləhət, təsəlli, nəsihətlə kömək etməyə çalışır. Bu
təcrübənin dəyərli xüsusiyyətlərini azaltmaq istəmədən
qeyd etməliyik ki, bu, «çarxın ixtirası» kimi təkrardır.
Çünki Rəbb Allah Özü 2000 il əvvəl tövbəni – öz
şübhələrinin, çətinliklərinin və vicdan əzablarının etirafını
təsis etmişdi. Bundan başqa, müqəddəs tövbə zamanı
biz insanla (keşişlə) deyil, Allah Oğlu İsa Məsihlə
görüşürük. O, xidmətçisi olan keşişdən istifadə edərək
bizi dinləyir, bizə təsəlli verir və vicdan əzabının yükünü
üzərimizdən götürür.
Hindilər arasında təbliğ edən bir keşiş ecazkar bir
hadisəni yada salırdı. Onun xidmət etdiyi imanlılar
Kilsədən çox uzaqda yaşayırdılar. Bir dəfə sərt qış gəldi,
ətrafda aclıq və epidemiya başladı. Keşiş həyatlarının son
~ 257 ~
257