Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə44/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   40   41   42   43   44   45   46   47   ...   87

kifayətdir. 
Bir nəfər ot biçəndə təsadüfən ilanı iki hissəyə böldü.
İlanın   ölü   olduğunu   düşünən   insan   ona   yaxından   daha
yaxşı baxmaq istədi, ilanın bir hissəsini əlinə götürdü və
ağrıdan   çığırdı.   İlan   onu   sancdı!   Yazığı   xilas   edə
bilmədilər və o öldü. 
Günah   da   belədir.   Onunla   əylənmək   istəyən,   bəzi
günahlardan   azad   olan,   əziz   və   xoş  hesab   etdiyi   digər
günahı   isə   saxlamaq   istəyən   insanın   qəlbindəki   ilahi
həyatı məhz elə bu günah məhv edəcək.
İslah olmaq barədə qəti qərarda möhkəm olmaq üçün
onu tez-tez yeniləşdirmək, Ruhda oyaq durmaq və dua
etmək lazımdır. İsa deyir: «Oyaq qalıb dua edin ki, sınağa
düşməyəsiniz»   (Мark   14,   38).   Hər   gün   axşam   dua
zamanı vicdanı sınamaq (yada salmaq: gün ərzində mən
harada   olmuşam,   nə   etmişəm,   nə   demişəm,   nə
fikirləşmişəm   və   nə   hiss   etmişəm),   ötən   gün   üçün
Allahdan   günahların   bağışlanmasını   diləmək   və   daha
günah   etməmək   barədə   özündə   qəti   niyyəti
yeniləşdirmək   lazımdır.   Tez-tez   tövbə   etmək   Allahla
yaşamaq niyyətini möhkəmləndirir. Ən azı ayda bir dəfə
tövbə edən, hər gün səhər və axşam dua edən, vicdanını
hər   axşam   sınayan,   və   eyni   zamanda   ölümə   aparan
müəyyən   bir   günaha   bağlı   olan   insanı   təsəvvür   etmək
çətindir.
4. 4. SƏMİMİ TÖVBƏ
«Günahların   etirafı   (tövbə),   hətta   insani
~ 255 ~
255


nöqteyi-nəzərdən,   bizi   azad   edir   və   başqaları   ilə
barışmanı   yüngülləşdirir.   Günahı   etiraf   edərək   insan
gördüyü işi etiraf edir, günaha görə məsuliyyəti üzərinə
götürür, bununla da yenidən Allah və Kilsə ilə ünsiyyəti
açılır, yeni gələcəyi mümkün edir» (KKK 1455). 
Katolik Kilsəsinin Katexizisi qeyd edir ki, hətta sadəcə
insani nöqteyi-nəzərdən belə, tövbədə vicdan əzabından
azadlıq   və   yüngüllük   tapırıq.   Eyni   sözü   psixologiya   da
deyir. İnsan öz sevinci, qəmi, həyəcanı ilə başqaları ilə
bölüşməlidir,   çünki   əks   halda   o,   qəlbinin   tarazlığını
tezliklə   itirəcək.     Bəs   vicdan   əzabları   necə?   Düzdür,
insana   xəcalət   çəkdiyi   şeylərlə   başqaları   ilə   bölüşmək
daha   çətindir,   buna   görə   də   indi   insanların   həyatına
«etibar telefonu» daha çox daxil olur; qəlbində narahatlıq
hiss   edən   insan   öz   həyəcanları,   problemləri,   həmçinin
vicdan   əzabları   ilə   xəttin   o   tayındakı   həkim   yaxud
psixoloqla   bölüşə   bilər.   Psixoloq   ona   xeyirxah   söz,
məsləhət,   təsəlli,   nəsihətlə   kömək   etməyə   çalışır.   Bu
təcrübənin   dəyərli   xüsusiyyətlərini   azaltmaq   istəmədən
qeyd etməliyik ki, bu, «çarxın ixtirası» kimi təkrardır. 
Çünki   Rəbb   Allah   Özü   2000   il   əvvəl   tövbəni   –   öz
şübhələrinin, çətinliklərinin və vicdan əzablarının etirafını
təsis   etmişdi.   Bundan   başqa,   müqəddəs   tövbə   zamanı
biz   insanla   (keşişlə)   deyil,   Allah   Oğlu   İsa   Məsihlə
görüşürük.   O,   xidmətçisi   olan   keşişdən   istifadə   edərək
bizi dinləyir, bizə təsəlli verir və vicdan əzabının yükünü
üzərimizdən götürür.
Hindilər   arasında   təbliğ   edən   bir   keşiş   ecazkar   bir
hadisəni   yada   salırdı.   Onun   xidmət   etdiyi   imanlılar
Kilsədən çox uzaqda yaşayırdılar. Bir dəfə sərt qış gəldi,
ətrafda aclıq və epidemiya başladı. Keşiş həyatlarının son
~ 257 ~
257


günlərində öz icmasına mənsub olan adamlara tövbə və
Evxaristiya ilə xidmət etmək üçün uzaq kəndləri gəzməyə
başladı.   Balaca   bir   kəndə   gəlib   onun   bütün   on   bir
sakininin ölü olduğunu gördü. Hər bir ölü əlində nə isə
tutmuşdu.   «Necə   ola   bilər   ki,   onlar   ölməzdən   əvvəl
Məsihdən üz döndərdilər və bütlərə sitayişə qayıtdılar?» –
deyə keşiş narahat oldu. Lakin o gördü ki, onlardan hər
biri əlində ağac qabığının bir parçasını tutub. Bu parçaları
götürüb diqqətlə baxanda gördü ki, bunların hər birinin
üzərində günahlar yazılıb.  Qaçılmaz ölümü hiss edən və
Allahla müqəddəs tövbədə barışmağı istəyən hindilər öz
günahlarını   ağac   qabığı   üzərində   yazaraq   öz   arzularını
bildirmişdilər. Onlar Rəbb Allahın onların tövbələrini qəbul
edəcəyinə   və   bütün   günahlarını   bağışlayacağına   ümid
edirdilər.   Şübhəsiz   ki   hər  şeyə   Qadir   olan   Allah   onların
kədərlənməsini və tövbələrini qəbul etdi.
Tövbəmizi   qəbul   edən   keşiş   eşitdiyi   günahları   sirr
saxlamalıdır.   Əgər   o,   qarşısında   tövbə   edən   insanın
günahlarını başqa adamlara danışmağa cəsarət etsəydi,
ağır   günah   etmiş   olardı   və   bu   andan   etibarən
Ümumdünya   Kilsəsindən   qovulardı   və   daha   öz   keşişlik
xidmətini yerinə yetirməyə ixtiyarı olmazdı (vəftiz etmək,
Müqəddəs   Messanı   icra   etmək,   nikah   bağlamaq,
günahları buraxmaq). Belə günahın bağışlanmasını isə o
yalnız   Müqəddəs   Atanın   (Roma   Papası)   icazəsi   ilə   ala
bilər.
1853-cü ildə Jitomir şəhərində qəmli hadisə baş verdi –
Yepiskop   Kaspar   Borovski   göz   yaşı   ilə   keşiş   İohann
Kobıloviçdən   keşiş   cübbəsini   çıxartdı,   çünki   çar
məhkəməsi   onu   qətldə   təqsirkar   hesab   etdi   və   Sibirdə
~ 259 ~
259


ömürlük sürgünə məhkum etdi. Nüfuzu itirən keşiş Sibirə
getdi.   İyirmi   ildən   sonra   İohann   Kobıloviçin   həbs   və
sürgündən əvvəl xidmət etdiyi Ostrov icmasında orqançı
ölüm   ayağında   idi.   Ölən   orqançı   etiraf   etdi   ki,   nifrətə
düçar olub bir adamı Oratovda tüfənglə güllələdi, qorxu
və   məyusluq   içində   tüfənglə   məhəllə   Kilsəsinə   qaçdı,
mehrabın   arxasında   tüfəngi   gizlətdi,   özünə   yer
tapmayaraq   tövbə   etməyə   başladı,   çünki   keşiş   elə   bu
vaxt   günahları   buraxırdı.   Onun   izi   ilə   gələn   çar   polisi
asanlıqla mehrabın  arxasında  tüfəngi  tapdı  və  keşişdən
soruşdular,   bu   tüfəng   buraya   necə   gəlib   çıxıb   və   kim
ondan atıb. O isə tövbə edənin sirrini bildirmədi və yalnız
cavab  verdi:  «Bilmirəm».  Dəlil göz  qabağında olduğuna
görə   keşiş   təqsirkar   hesab   olundu.   Həqiqəti   bilən   çar
hökuməti   dərhal   Sibirdə   günahsız   mühakimə   olunan
keşişi axtarmağa başladı və onu azad etmək istədi, lakin
ağır əmək və xəstəliklər üzündən zəifləmiş keşiş İohann
Kobıloviç o vaxta artıq vəfat etmişdi. 
Eləcə   də   1393-cü   ildə   Praqada   tövbə   sirrini
qoruyub-saxlamağın   uğrunda   çex   keşişi   müqəddəs
İohann   Nepomutski   öz   həyatını   qurban   verdi.   O,   IV
Vatslav   Lüksemburqlu   ilə   arvadı   kraliça   Sofiyanın
günahlarını   buraxan   keşiş   idi.   Keşiş   saray   intriqasının
qurbanı   oldu.   Paxıl   adamlar   padşahı   inandırdılar   ki,
arvadı   Sofiya   ona   sadiq   deyil.   Qısqanclıq   hissinə
tutulmuş   kral   təsdiq   axtarırdı   və   Müqəddəs   İohannı
çağırmağı   əmr   etdi,   ondan   bunun   doğru   olmasını,
kraliçanın buna bənzər bir şeydə tövbə edib-etmədiyini
soruşdu.   Allahın   qulu   cavab   verdi   ki,   bu   barədə
danışmağa onun ixtiyarı yoxdur, buna görə də kraliçanın
~ 261 ~
261


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə