Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə46/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   42   43   44   45   46   47   48   49   ...   87

etdilər,   sonra   isə   tövbədə   şüurlu   və   könüllü   olaraq   bu
günahları gizlətdilər, onları bütün həyatı boyu gizlədərək
tövbə etmədən öldülər və mühakimə olundular.
Bəziləri   ehtiyat   edirlər:   «Günahlarımı   etiraf   etsəm,
tövbəni qəbul edən keşiş mənim barəmdə nə fikirləşər?
O   məni   şiddətlə   danlamazmı?  Günahlarımı   başqalarına
danışmazmı?»   Bu   fikirlərin   hamısı   boş   və   mənasızdır.
Çünki tövbəni qəbul edən şəxs tövbə zamanı təvazökar,
amma   tövbə   edən   və   islah   olmaq   əzmi   ilə   dolu   olan
adama   rast   gələndə   sevinir.   Məsih   Müqəddəs   Peteri,
Məcdəlli Məryəmi, iflic olanı, ağıllı qulduru danlamadığı
və təqsirləndirmədiyi kimi səmimi olan adamı da keşiş
danlamır   və   təqsirləndirmir.   Lakin   Rəbb   İsa   özünü
başqalarına   həqiqətdə   olduğundan   daha   yaxşı
göstərmək   istəyən   və   tövbə   etməyən   adamların
ünvanına çox  ağır sözlər söylədi. Xilaskarın həlimliyinə
və   mərhəmətinə   baxmayaraq,   o   öz   dəhşətli   niyyətini
etiraf etməyən Yəhuda İskaryot barədə dedi: «O adam
heç doğulmasaydı, onun üçün daha yaxşı olardı» (Мark
14, 21).
Tövbə   edəndən   sonra   bir   qız   uzun   müddət   tanış
olduğu   Müqəddəs   Fransisk   di   Salesdən   soruşdu:
«Müqəddəs   Ata,   bundan   sonra   çox   güman   ki   mənim
barəmdə   daha   əvvəlki   kimi   düşünməyəcəksiniz,   elə
deyilmi?» – «Bəli, əlbəttə, – deyə müqəddəs cavab verdi,
– indi mən sənə daha çox hörmət edirəm, çünki sən artıq
(Tövbə və təqdis edən lütfə görə) Allahın övladı oldun». 
Kenterberiyanın baş Yepiskopu olan Müqəddəs Anselm
bir dəfə pəncərədən bir oğlanın sapa bağlı olan quş ilə
~ 269 ~
269


oynadığını   gördü.   Quşcuğaz   qanadlarını   açıb   havaya
qalxırdı, lakin oğlan sapdan dartırdı və quş yerə düşürdü.
Bu, bir neçə dəfə təkrar olundu, lakin birdən sap qırıldı
və quş uçub getdi. Müqəddəs sevindi və bərkdən güldü.
Burada olanlar ondan soruşdular: «Nə olub?» Müqəddəs
gördüyü barədə onlara danışdı və əlavə etdi: «Çox rahat
oldum, çünki bu mənə tövbə və günahların buraxılmasını
xatırlatdı. Günahlı insan sapla bağlı olan quşa bənzəyir,
iblisin hakimiyyəti altındadır, azad deyil, lakin günahlarını
səmimi   etiraf   etsə   və   onun   günahları   buraxılsa,   iblisin
onu özünə bağladığı bütün zəncirləri qırır».
Tövbə insanı alçaltmır, əksinə, yüksəldir, çünki insanın
həqiqi iyerarxiya dəyərlərini bildiyi barədə şəhadət edir.
Müqəddəs   İohann   Xrizostom   deyir:   «Allah   insana
günahdan   yan   keçməsi   üçün   günahla   bağlı   xəcalət
hisslərini   verdi.   Həmçinin   Allah   insana   tövbəyə   etibar
hissini   verdi   və   günahları   barədə   kədərlənənlərə,   islah
olmaq istəyənlərə bağışlanmanı vəd etdi. Şər ruh isə hər
şeyi təhrif edir, günah etməkdən əvvəl insana ümid verir,
sonra isə xəcalət hisslərini oyadır ki, biz tövbə zamanı
günahları etiraf etməyək». 
Məsihin doğulmasından əvvəl yaşayan məşhur filosof
Sokrat   bir   dəfə   şəhərdə   axmaqlığı   ilə   məşhur   olan
adamla bir evdən çıxan şagirdlərindən birinə rast gəldi.
Xəcalət   çəkən   gənc   qayıdıb   qapı   arxasında   gizlənmək
istədi. Müdrik adam isə ona dedi: «Oğlum, çıxanda yox,
bu evə girəndə xəcalət çəkmək lazım idi». 
Məcdəlli   Məryəm   çoxlu   insan   qarşısında   Xilaskarın
~ 271 ~
271


ayaqlarına   düşüb   ağlayırdı;   bağışlanmanı   arzulayan
qadın  bununla  tövbə  barədə  şəhadət  edirdi.   Müqəddəs
Avqustin gəncliyinin günahlarını nəinki Allahın xadiminin
önündə,   həm   də   «Tövbə»   kitabında   bütün   dünya
qarşısında   etiraf   etdi.   Bu   kitab   onun   Allaha   gəldiyi   yol
barədə   bəhs   edir.   Müqəddəs   hamının   qarşısında   Rəbbi
gec sevdiyinə görə tövbə etdi.
Bəzi insanlar tövbədə gizlətdikləri günahı ürəklərində
saxlayaraq öz-özlərinə deyirlər: «Bilirəm, Allah qarşısında
bütün günahlarımı etiraf etməyib çox pis iş görmüşəm.
Bunu mütləq edəcəyəm, lakin indi yox, sonra bir qədər
sonra...   Qocalanda,   ölməzdən   əvvəl   keşişi   çağıraram,
səmimi   tövbə   edərəm   və   günahlarımın   buraxılmasını
alaram.   İndi   isə   mənim   etiraf   etməyə   hələ   gücüm
yoxdur».   Lakin   yaxşı   dərk   etmək   lazımdır   ki,   tövbəni
ölüm   gününədək   ləngidərək   belə   düşünmək   Müqəddəs
Ruha qarşı günahdır. Florensiya Arxiyepiskopu Müqəddəs
Antonin bütün şimali İtaliyanı sarsıdan bir hadisə barədə
bəhs edir.
Çox   yaxşı   bir   ailədə   böyümüş,   monastırda   da   çox
nümunəvi   həyat   yaşamış   gənc   bir   rahib   öldü.   Hamı
deyirdi ki, ona görə heç dua etmək də gərək deyil, çünki
o, xilas olub.  Axı əgər bu adam xilas olmayıbsa, onda kim
xilas   ola   bilər?   Lakin   ölü   duasından   və   dəfndən   əvvəl
qardaşlardan   biri   qəflətən   ölünü   dəmir   zəncirlərlə
buxovlandığını gördü. Sanki o, alov içində bütün yanırdı.
Bədbəxt   dəhşətli   səslə   fəryad   etdi:   «Mənə   görə   dua
etməyin, çünki mən əbədi zülmə məhkum olunmuşam».
O danışdı ki, on yeddi yaşında olanda o, tövbədə günahını
gizlədib   Evxaristianı   qəbul   etdi.   Hər   gün   vicdan   əzabı
~ 273 ~
273


çəkərək etiraf etməyi ləngidirdi. Vicdan əzabını boğmaq
və   özünü   xeyirxah   olduğuna   inandırmaq   üçün   gənc
monastıra getməyi qərara aldı və belə də etdi, lakin orada
daha   çox   alçalmaq,     günahı   və   küfrünü   etiraf   etməyə
özündə   güc   tapa   bilmədi.   Hətta   ölüm   yatağında   da   o
fikirləşirdi:   «Hamı   mənə   hörmət  edir.   Bunları   danışsam,
keşiş mənim barəmdə nə fikirləşər?» Sonra özündən getdi
və daha özünə gəlmədi, öldü və məhkum olundu. Bunu
danışan ölü yox oldu, bütün monastırı və Kilsəni dözülməz
üfunətlə doldurdu, belə ki heç kim orada qalıb daha dua
edə bilmədi. 
Əgər   bir   kimsə   günahını   etiraf   etməkdə   çox   çətinlik
çəkirsə,   qoy   tövbə   zamanı   keşişə   desin:   «Ata,
vicdanımda elə bir şey var ki, onu dilə gətirə bilmirəm».
Onda   keşiş   kömək   edəcək,   sual   verəcək   və   bütün
mümkün olan günahların adını çəkəcək və tövbə edənin
günahının   adını   çəkəndə,   o   deyəcək:   «Hə,   mən   bu
günahda təqsirkaram».
Günahları necə etiraf etmək lazımdır?  Aydın
 
    
birmənalı
 
 . 
Tövbə özünü mühakimə etməkdir, təqsirinin etirafıdır,
Müqəddəs   Yazıda   deyilir:   «Əgər   biz   özümüzü   düzgün
dərk etsəydik, mühakiməyə düşməzdik» (1 Kor 11, 31).
Buna   görə   də   təqsirin   etirafı   qısa   və   aydın   olmalıdır.
Tövbə   zamanı   yalnız   ona   aid   olan   şeylər   barədə
danışmaq   lazımdır.   Həyatınızdan   hekayələr   danışmaq
məsləhət   deyil.   Başqa   adamların   günahları   barədə
danışmaq, səninlə birlikdə günahında iştirak edən başqa
~ 275 ~
275


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə