Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə49/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   45   46   47   48   49   50   51   52   ...   87

əməyimizin   əvəzinə   nifrət,   kiçik   incikliklər,   təhqirlər,
haqsızlıqlar). Kim bunları iman ruhunda, təvazökarlıq və
məhəbbətlə, səbirlə və məsihçi kimi (acıqlanmadan, lakin
bunu   xeyirə   çevirməyə   cəhd   edərək)   qəbul   edirsə,   kim
əzab verənləri və təqib  edənləri  səmimi bağışlayırsa,  o
tez-tez, hətta bunu dərk etmədən çox layiqli Tövbə işlərini
yerinə yetirir, bununla da Rəbb Allaha günahlarına görə
əvəzini   verir,   saysız   məziyyətlərin   və   Allahın   lütfünün
mənbəyini əldə edir.
Tövbə   ayininin   səmərəli   olması   üçün   başqa   insana
vurulan   ziyanın   (ruhani   yaxud   mənəvi)   əvəzini   vermək
də zəruridir. Biz çox vaxt öz günahlarımızla başqa insanı
yaralayır və təhqir edirik. Ziyanın əvəzini tövbədən əvvəl
ödəmək   daha   yaxşıdır,   lakin   çox   vaxt   elə   olur   ki,
qonşumuzu   incitdiyimizi   biz   yalnız   tövbə   zamanı   dərk
edirik; bu halda Tövbədən dərhal sonra günahın əvəzini
çıxmaq lazımdır.
Başqa   insanı   sözlə   yaxud   hərəkətlə   təhqir   edən   kəs
üzr istəməlidir. 
General Pol Lyamot bir dəfə Lion şəhərinin küçələrinin
biri   ilə   gedərkən   sərxoş   vəziyyətdə   olan   əsgərlərindən
birinə   rast   gəldi.   Qəzəbdən   özünü   saxlaya   bilməyən
general   camaat   qarşısında   əsgərin   üzünə   şillə   vurdu.
Sonra   özünü   ələ   ala   bilmədiyinə   görə   peşman   oldu.
Növbəti   gün   sıra   qarşısında   durub   zavallı   əsgərdən
soruşdu:   «Dünənki   gün   yadındadırmı?»   –   «Bəli,   cənab
general!» – deyə o cavab verdi. «Bu 5 frankı götür və
incikliyi unut», – deyə qoşun başçısı təklif etdi. «Qəbul
etmərəm»,   –   deyə   təhqir   olunmuş   əsgər   cavab   verdi.
«Düz   edirsən,   –   dedi   general,   –   istəyirsən   sənin
~ 291 ~
291


yanağından   öpüm?»   –   «Bəli,   cənab   general!»   –   deyə
əsgər cavab verdi. Sərkərdə dünənki incikliyin bağışlan-
masını   almaq   üçün   onu   öpdü.   Əlbəttə,   bundan   sonra
əsgər   nizamnaməyə   uyğun   olaraq   cəzalandırıldı,   lakin
insani münasibət ədalətlə bərpa olundu.
Zahid Avva Aqafon deyirdi: «Mən heç vaxt başqasına
qarşı kin saxlayaraq yatmağa getməmişəm və məndən
asılı olanda qoymamışam ki, bir başqası ürəyində mənə
qarşı   kin   saxlayaraq   yatmağa   getsin».   Bu   sözlərlə   o
demək   istəyirdi   ki,   istəmədən   incitdiyi   adamdan   üzr
istəməyənə   qədər   və   onu   incidəni   ürəkdən
bağışlamayana qədər qəlbində rahatlığı olmurdu və yata
bilmirdi.   «Günəş   batmazdan   əvvəl   qəzəbinizi   soyudub
iblisə   yer   verməyin»   (Ef   4,   27),   –   deyə   Həvari   Pavlos
öyrədir.   Digər   tərəfdən   yadda   saxlamaq   lazımdır   ki,
başqasını   bağışlamaq   istəməyən   tövbə   zamanı   öz
günahlarının   bağışlanmasını   ala   bilməz.   Xilaskar   deyir:
«Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi
Atanız   da   sizi   bağışlayar.   Amma   siz   başqa   insanları
bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz»
(Mat 6, 14-15).
Əgər   bir   kəs   digərinə   maddi   ziyan   vurubsa,   onun
yerini   doldurmalıdır.   Oğurlanmış   əşya   qaytarılmalıdır.
Lakin   əgər   bu   əşya   artıq   yoxdur   yaxud   o   zədələnibsə,
təzəsini   almaq   və   qaytarmaq   lazımdır.   Əgər   bu   da
mümkün deyilsə, həmin vaxt əşyanın dəyərinə bərabər
olan pul məbləği ödəmək lazımdır. Maddi ziyanın əvəzini
verərkən   bunu   mütləq   açıq   şəkildə   etmək   lazım   deyil.
Oğurlanmış əşyanı yaxud pulu başqa bir adam vasitəsilə
ötürmək yaxud poçtla göndərmək və ya hansısa başqa
~ 293 ~
293


bir   yolla   sahibinə   çatdırmaq   olar.   Əsas   odur   ki,   zərər
çəkmiş   adam   müvafiq   əvəzi   alsın.   Əgər   maddi   ziyan
vurduğumuz   insan   çox   uzağa   gedibsə   və   onu   tapmaq
mümkün   deyilsə   (yaxud   o   ölübsə),   onda   əvəzi   onun
yaxın qoyumlarına (arvadına, uşaqlarına, valideynlərinə)
vermək   lazımdır.   Lakin   bu   da   mümkün   deyilsə,   onda
maddi ziyanın əvəzinə bərabər olan məbləği xeyirxah işə
(məbədə, yetimlərə, dul qadınlara, yoxsullara) xərcləmək
lazımdır. 
Əgər bir kəs başqasına iftira yaxud böhtanla mənəvi
ziyan vurubsa, sözləri ilə qaraladığı xeyirxah adı insana
qaytarmaq lazımdır. İnsanı yaxşı addan məhrum edəndə
biz ondan maddi şeylərdən daha qiymətli olan bir şeyi
alırıq. Bunu necə düzəltmək olar? İftira ehtiyac olmadan
insanın   pis   əməllərindən,   onun   zəif   cəhətlərindən
danışmaq (onun başqalarına məlum olmayan günahlarını
yaxud   günahlı   meyllərini   ifşa   etmək   və   bununla   onu
xeyirxah   addan   məhrum   etmək)   deməkdir.   Bu   günahı
düzəltmək   üçün   qarşısında   iftira   söylədiyimiz   insanlara
bu   şəxs   barədə   bir   yaxşı   söz,   onun   xeyirxah   işləri   və
tərifə   layiq   vərdişləri   barədə   demək   lazımdır.   Beləliklə,
biz ləkələdiyimiz adı bərpa edə bilərik. Bəs böhtanla nə
etmək   olar?   Böhtan   atmaq   insanı   etmədiyi   günahlarda
təqsirləndirmək, ona malik olmadığı mənfi xüsusiyyətləri
və qüsurları vermək deməkdir. Bunu düzəltmək iftiradan
daha çətindir. Bunu etmək lazımdır: şəxsi hansı adamlar
qarşısında haqsızlıqla ittiham etmişiksə, eyni adamların
qarşısında da bu  ittihamların  yalan,   özümüz  tərəfindən
uydurulmuş,   ona   aid   etdiyimiz   günahlarda   təqsirkar
olmadığını etiraf etmək lazımdır. Beləliklə, biz yaxınımıza
əlindən aldığımız təmiz adını qaytara bilərik.
~ 295 ~
295


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə