Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə57/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   53   54   55   56   57   58   59   60   ...   87

təhqir   edir.     Günahın   mənbəyi   Allahdan   dönən   insan
ürəyidir.   Müqəddəs   Avqustin   deyir:   «Günah   Allaha
etinasızlıq   dərəcəsinə   çatan   özünə   məhəbbətdir».
Tovlanma  günaha   təhrik   edir,   bu,   insanın   özündə   hiss
etdiyi   şərə   meyldir.   Tovlanmalar  öz   şər  meyllərimizdən,
başqa insanlardan yaxud şər ruhlardan gəlir. Əgər insan
pis   fikirlərlə   yaxud   özündəki   hisslərlə   razılaşmırsa,
tovlanma günah olmur. Lakin insan tovlanma ilə könüllü
razılaşanda günah yaranır. 
Günahlar  ağır  (ölümə aparan) və  yüngül  (gündəlik)
olur. Ölümə aparan günahın  eyni zamanda üç şərti olur:
«Ölümə aparan günah ciddi məsələyə aid olan, tam şüur
və tam razılıqla edilən günahdır» (KKK 1857).   Şəraitlər
günahın ağırlığına təsir göstərərək onu daha ağır yaxud
yüngül   edir.   İnsan   İlahi   yaxud   Kilsənin   əmrini
əhəmiyyətsiz   dərəcədə   pozanda,   etdiyini   tam   dərk
etməyəndə   yaxud   bir   əməli   tam   razı   olmadan   edəndə
gündəlik (yüngül) günah etmiş olur.
Ruhani   həyat   ilahiyyatı   yeddi  əsas   günah  tanıyır.
Onlar digər günahların və qüsurların mənbəyi olduqlarına
görə   “əsas   mənbə”   adlanırlar.   Onlar   aşağıdakılardır:
qürur,   xəsislik,   zina,   qəzəb,   yemək-içməkdə
qeyri-mötədillik, paxıllıq, tənbəllik.
Özgə   günahlar  adlanan   günahları  yaxşı   tanımaq
lazımdır. İnsan özü bunları etməsə də, onların səbəbkarı
olur. Onlar bunlardır: 
1.  
   Günahı   məsləhət   etmək
 
 .  Məsələn:   bir   xeyirxah
insan saat tapıb onun sahibini axtarmağa başladı. Yoldaşı
~ 357 ~
357


deyir:   «Nəyinə   lazımdır,   mən   onu   özümə   götürərdim».
İnsan   sözə   baxdı   və   özgə   əşyaya   yiyələndi.   Məsləhət
verən onu yoldan çıxartdı, günaha səbəb oldu. Başqa bir
nümunə:   günahın   nəticəsində   hamiləlik   baş   verir,
təqsirkar   qadın   ağlayır   və   ruhdan   düşür,   çünki   o   tərk
edilib.   Qonşusu   gəlib   deyir:   «Bu   uşaqdan   azad   ol».
Cinayət   baş   verir   –   uşaq   ananın   bətnində   öldürülür.
Məsləhət verən qonşu Allah qarşısında öz vicdanına ağır
məsuliyyət götürdü; bilavasitə özü bu günahı etməsə də,
onun   səbəbkarı   oldu   və   onun   məsləhətinə   görə   insan
həyatı   dayandırıldı.   Buna   görə   də   Məsih   nida   edir:
«İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın
halına!» (Mat 18, 7).
2. 
   Günah etməyi əmr etmək
 
 , yəni öz hakimiyyətindən
sui-istifadə   edərək   başqasını   günaha   məcbur   etmək.
Məsələn, ata oğula oğurluq etməyi əmr edir, ana qızını
qanuni  nikah   bağlamayan  insana  ərə  getməyə  məcbur
edir, böyük qardaş pis əməllərini ört-basdır etmək üçün
kiçik   qardaşını   valideynlərə   yalan   danışmağa     məcbur
edir.
3.  
   Günaha   təhrik   etmək
 
 .  Həvva   bunu   edib   Adəmi
günaha   batırdı.   «o   həmin   meyvədən   dərib   yedi.   Sonra
yanında olan ərinə də verdi» (Yar 3, 6).
4.  
   Günah   etməyə   icazə   vermək
 
 .  Tabeçilikdə   olanları
şər   əməllərdən   saxlamaq   məsuliyyətini   daşıyanlar
barmaqarası   baxaraq   bu   günahı   edirlər.   Məsələn,
uşaqların   pis   əməllərini   görən   valideynlər   yaxud
tərbiyəçilər onlara mane olmaq üçün heç nə etmirlər.
5.  
   Günahı   tərifləmək
 
 .  Keçmiş   günahları   tərif   etmək
adətən   yeni   günahlara   səbəb   olur.   Məsələn,   oğul   evə
oğurluq   xırda   bir   şey   gətirdi,   atası   isə   onu   təriflədi   –
~ 359 ~
359


növbəti   gün   oğul   daha  çox   oğurluq   edəcək.   Yaxud   ata
oğlunu   başqaları   qarşısında   tərifləyir  və   deyir  ki,   yaxşı
vuruşa   bildiyinə   görə   o   heç   kimə   güzəştə   getmir,   heç
kimi   bağışlamır   –   belə   oğuldan   yavaş-yavaş  cinayətkar
böyüyəcək və bir gün o öz atasına da qarşı çıxacaq.
6. 
       Başqasının günahını görüb susmaq
 
     .   Bir başqasının
ruhani   və   fiziki   sağlamlığına   görə   mənəvi   məsuliyyət
daşıyan şəxs onun pis əməllərini görüb susmağa ixtiyarı
yoxdur.   Məsələn,   oğulun   gecəyə   qədər   harada   olduğu
bilinmir,   dələduzluq   edir,   içir,   valideynləri   isə   susur.
Qızının   davranışı   barədə   bütün   məhəllə   danışır,
valideynləri isə susur. Beləliklə, valideynlərin təqsiri ilə
şər   artır   və   möhkəmlənir.   Əslində   isə   valideynlər
övladlarına   xeyirxahlıq   öyrətməli   və   onları   düz   yola
qaytarmalı idilər.
7.  
 
 Günaha   görə   cəzalandırmamaq
 
 .  Bəzən   günaha
qarşı qətiyyətli mövqe tutmaq zəruridir. Müqəddəs Yazı
gənc   oğullarını   Allahın   məbədində   etdikləri   oğurluq   və
zinaya   görə   cəzalandırmayan   yəhudi   kahin   Elinin   pis
nümunəsi barədə yazır. Buna görə də Allah bütün yəhudi
xalqına cəza göndərdi.
8.  
   Günah   etməyə   kömək   etmək
 
 .  İnsanlar   bir-birinə
günah etməkdə kömək göstərməsəydilər, günah xeyli az
olardı.   Məsələn,   oğurluq   zamanı   əşyaları   gizlədən   şəxs
oğruya günah etməkdə dəstək olur.
9.  
   Günaha bəraət qazandırmaq
 
 .  Məsələn, ana oğlunu
pis davranışına görə danlayır, ata isə onun tərəfini tutur
və   onun   əməllərinə   bəraət  qazandırır.   Başqa  bir  misal:
uşaqların günahlarına şahid olan qonşular ata-anaya bu
barədə xəbərdarlıq edirlər. Onlar isə qonşulara buna görə
minnətdarlıq   etmək   və   övladlarına   nəsihət   vermək
~ 361 ~
361


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə