Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə53/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   49   50   51   52   53   54   55   56   ...   87

etmək   və   mərhəm   yağı   ilə   məshetməni   qəbul   etmək
istəmirdi.   O   yalnız   sağalan   kimi   Kilsəyə   tövbəyə
gedəcəyinə söz verirdi. Keşiş təkid etmirdi, lakin növbəti
dəfə   xəstəliyin   tərəqqi   etdiyini   görəndə   xəstəni   ayini
qəbul etmək üçün yola gətirməyə başladı. Özünü daha
da pis hiss edən xəstə razılaşdı, səmimi tövbə etdi və
xəstələrin ayinini qəbul etdi. Sağollaşarkən o, göz yaşları
ilə   keşişə  minnətdarlığını  bildirirdi.   Amma  qan   bəlğəmi
bitəndə   və   can   üstündə   olan   həkim   sağalıb   öz   işinə
qayıdanda hamı çox böyük sevinc içində idi. 
Mərhəm yağı ilə məshetmə Mərasimi 
Evə   daxil   olan   keşiş   Müqəddəs   Bəxşişləri   masanın
üzərinə   qoyur   (buradakı   adamlar   diz   çökürlər),   təqdis
edilmiş   su   ilə   xəstəyə   və   burada   yığışanlara   xeyir-dua
verir.   Bundan   sonra   xəstəni   həvari   imanının   etirafını
etməyə çağırır, ona suallar verir, xəstə isə bunlara «iman
edirəm» deyə cavab verir (yaxud «iman edirəm Allaha»
oxuyur).   Sonra   adamlar   bayıra   çıxırlar,   xəstə   isə
günahlarını   etiraf   edir.   Tövbədən   sonra   keşiş   xəstəyə
indulgensiya verir. Yaxınları qayıdandan sonra xəstə, ona
qulluq edənlər və bütün əzab çəkənlər üçün ümumi dua
edilir. Keşiş dua ilə əllərini xəstənin başına qoyur, sonra
isə onun alnını və əllərini mərhəm yağı ilə məsh edir və
dua edir: «Bu müqəddəs Məshetmə vasitəsilə sözlə
deyilməz mərhəmətinə görə Rəbb sənə Müqəddəs
Ruhun   lütfü   ilə   kömək   etsin.   Sənin     günahlarını
~ 321 ~
321


buraxan   Rəbb   səni   xilas   etsin   və   mərhəmətlə
əzablarını   yüngülləşdirsin».   Xəstəyə   Evxaristiya   ilə
xidmət   edəndən   sonra   keşiş   əzab   çəkənə   xüsusi
xeyir-dua verir.
Mərhəm yağı ilə məshetmə mərasimdən əvvəl yatağın
yanındakı masaya ağ süfrə örtmək və onun üstünə xaç
və   iki   şam   qoymaq   olar.   Müqəddəs   Bəxşişləri   gətirən
keşiş   içəri   girəndə   şamlar   yandırılır.   Masanın   üstünə
həmçinin bir az pambıq, bir stəkan su ilə qaşıq qoymaq
lazımdır ki, keşiş ətirli Mirro yağı ilə məshetmədən sonra
əllərini silsin, suyu isə Məsihin Bədənini qəbul etməsini
asanlaşdırmaqdan ötrü xəstəyə vermək lazımdır. 
~ 323 ~
323


C. İCMAYA XİDMƏT AYİNLƏR
«Keşişlik   və   Nikah   başqalarının   xilasına   yönəlir.
Başqalarına xidmət vasitəsilə onlar şəxsi xilasa da kömək
olur.   Kilsədə   onların   xüsusi   missiyası   var   və   Allahın
xalqının kamilləşməsinə xidmət edirlər» (KKK 1534).
6. KEŞİŞLİK
Məsihçi keşişliyi barədə Əhdi-Ətiq kahinliyi əvvəlcədən
xəbər  vermişdi.   Müqəddəs   Yazı   söyləyir  ki,   Rəbb   on   iki
İsrail   nəsli   arasından   Levi   nəslini   seçir   və   onu   yalnız
ibadət   üçün   təyin   edir.   Onların   mirası   Rəbb   Özü   idi.
Kahinlər   israillilərə   Allahın   qanununu   öyrədir   və   xalqın
adından   Ona   heyvanları   və   torpağın   məhsullarından
qurban   təqdim  edirdilər.   Lakin   tam  xilas   və   təqdis  edə
bilmədiyinə görə bu kahinlik qeyri-mükəmməl idi.   
Bütün Əhdi-Ətiq peyğəmbərlikləri İsa Məsihdə yerinə
yetdi,   «Allahla   insanlar   arasında   bir   Vasitəçi   vardır»   (1
Tim 2, 5), «müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan
ayrılmış, göylərdən daha ucalara qaldırılmış» (İbr 7, 26)
«Melkisedeq vəzifəli Baş Kahin» (İbr 5, 10). O, «yalnız bir
təqdim   vasitəsilə   təqdis   olunmaqda   olanları   həmişəlik
kamilləşdirdi» (İbr 10, 14). Bu Müqəddəs yeganə Qurban
həyatını   çarmıxda   bəşəriyyətə   görə   könüllü   verən
Xilaskarın Özüdür. 
Bütün   məsihçilər   Vəftiz   və   Mirro   yağı   ilə   məshetmə
qüvvəsilə   Məsihin   ümumi   kahin   xidmətində   iştirak
edirlər.   Bu   qüvvə   onları   Məsihin   kahin,   peyğəmbər   və
padşah elçiliyinin iştirakçısı etdi. Yepiskopların, keşişlərin
və dyakonların iyerarxiya ruhaniliyi məsihçilərin ümumi
~ 325 ~
325


kahinliyinə   xidmət   edir;   o,   Xilaskarın   Öz   Kilsəsini
tikməsinin və Ona rəhbərlik etməsinin bir vasitədir. Rəbb
Allahın   qoyduğu   qaydaya   görə   bu   iyerarxiya   xidməti
xüsusi ayin vasitəsilə ötürülür. 
Keşişlik   ayindir   (sirrdir),   buna   görə   Məsih   vasitəsilə
Həvarilərə   tapşırılmış   həvari   xidməti   Kilsədə   dünyanın
sonuna qədər icra ediləcək. Bu ayin vasitəsilə Kilsə onu
qəbul   edənə   Allahın   müqəddəs   Kəlamını   vəz   etmə,
Evxaristiya   Qurbanını   və   başqa   ayinləri   icra   etmə,
imanlılara   rəhbərlik   etmə   səlahiyyətini,   həmçinin     bu
çətin tapşırığı layiqincə yerinə yetirmək üçün xüsusi lütf
verir.   Yalnız   Yepiskop   Allahın   çağırdığı   şəxsi   keşiş
xidmətinə   təyin   edə   bilər.   Yepiskop   namizədin   başına
əlini qoyaraq ruhanilik ayinini icra edir və təntənəli dua
edir. Ruhanilik insanın qəlbində əbədi işarə qoyur. 
Ümumdünya   Kilsəsinin   Başçısı   olan   Məsih   hər   bir
keşişin   xidmətində   real   olaraq   iştirak   edir.  Düzgün
əlqoyma   ilə   təyin   olunmuş   hər   bir   keşiş   «Başçı
olan   Məsihin   şəxsiyyətində»   (Onun   adından)
hərəkət   edir.  Rəbb   Ruhaniliyin   mənbəyidir,   Məsihsiz
heç   bir   keşiş   hətta   kiçik   səlahiyyətə   belə,   sahib   ola
bilməz. Keşiş Vəftiz ayinini icra edəndə onun vasitəsilə
Məsih   vəftiz   edir.   Tövbə   Ayinində   keşiş  günahdan   azad
edəndə   Məsih   günahları   buraxır,   Evxaristiya   Qurbanı
zamanı   keşiş   «Bu   Mənim   Bədənimdir...   Bu   Mənim
Qanımdır» sözlərini söyləyəndə Məsih çörək və şərabı Öz
Bədəninə və Qanına çevirir.
Keşiş Kilsənin adından da hərəkət edir, məsələn, onun
adından   Allaha   dua   edir,   Evxaristiya   Qurbanını   təqdim
edir.
~ 327 ~
327


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə