Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə61/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   57   58   59   60   61   62   63   64   ...   87

–   Liturgiyada   iştirakda,   diz   çökmədə,   əllərini   göyə
qaldırmaqda, dua və dini nəğmələr oxumaqda görünür.
Zahiri   mərasimlər   imanı   möhkəmləndirir   və   inkişaf
etdirir.   Fərdi   dua   ilə   müqayisədə   ümumi   duanın   təsir
qüdrəti   böyükdür.   Xilaskar   dedi:   «Harada   iki   və   ya   üç
nəfər   Mənim   adımla   yığılarsa,   Mən   də   orada,   onların
arasındayam»   (Mat   18,   20).   Müqəddəs   Messada   və
Ümumdünya  Kilsəsinin   ümumi   duasında  iştirak   etməyə
etinasızlıq göstərmək insanın ruhani həyatında və onun
əbədi taleyində faciəvi nəticələr qoyur.
Dua  –   fikirlərimizin   və   ürəyimizin   Allaha   dini
yüksəlişidir. Duanın bir çox formaları var, bunlardan ən
əsası: sözlə ifadə edilən şifahi (dua, dini nəğmə oxumaq)
və   imanın   həqiqətləri   və   fəzilətləri   barədə   düşüncədə
ifadə   edilən  zehni  (meditasiya),   həmçinin   kədərlənmə,
izzətləndirmə,   Allaha   məhəbbət,   Ona   daha   mükəmməl
xidmətetmə qərarı kimi iradə aktlarındakı formalardır. Ən
azı səhər və axşam dua etmək lazımdır.
Bir   çox   həyati   vəziyyətlərdə   iman   məsihçidən  vəd
(dini   and)   tələb   edir.   Belə   and   Vəftiz,   Mirro   yağı   ilə
məshetmə,   Nikah,   keşişliyə   əlqoyma   zamanı   verilir.
Valideynlər   və   vəftiz   şahidləri   Vəftiz   zamanı   övladına
katolik   iman   və   mənəviyyatına   uyğun   olaraq   tərbiyə
verməyi təntənəli şəkildə vəd edirlər. Gənc oğlan və qız
nikah zamanı ölümədək məhəbbət və hörmət göstərməyi
vəd edirlər. Katolik Kilsəsinin latın mərasimində keşişliyə
əlqoyma   ilə   həsr   edilən   gənc   oğlan   əxlaqını   həyatının
sonuna qədər qorumağı vəd edir.
«And,  yəni  mümkün  olan  və  ən  yaxşı  nemət  barədə
Allaha verilən azad və şüurlu vəd dini fəzilətin təzahürü
~ 387 ~
387


kimi  icra  edilməlidir»  (KKK   2102).  Dini   səbəblə   məsihçi
özünü Allaha həsr edə bilər – rahib rütbəsini qəbul etmək,
həmçinin   hansısa   xeyirxah   əməli   yerinə   yetirə   bilər,
məsələn,   müəyyən   duaları   oxumaq,   sədəqə   vermək,
zəvvarlıq   etmək.   Verilən   vədi   sədaqətlə   yerinə   yetirmə
Allaha ehtiram göstərmə aktıdır.
Məryəm Ana və Müqəddəslərə hörmət barədə
Məryəm   Ana   və   Müqəddəslər   Allahın   məxluqları
arasında  xüsusi   yer  tutur   və   Məsihlə   yaxın   olduqlarına
görə   biz   onlara   hörmət   edirik.   Məryəm   Anaya   və
Müqəddəslərə   hörmət   edərək   biz   Vahid   Allaha   sitayiş
edirik; onları təqdis edərək Allahın mərhəməti böyük iş
görüb və biz onların dua himayəçiliyinə müraciət edirik.
Allaha biz belə müraciət edirik: «Bizi bağışla, ya Rəbb;
bizə   ver,   ya   Rəbb;   bizə   mərhəmət   et,   ya   Rəbb!»
Müqəddəsləri isə biz belə çağırırıq: «Bizə görə dua edin!»
İsa   Məsih   Özü   sədaqətlə   İlahi   əmri   yerinə   yetirdi:
«Ata-anana hörmət et»; buna görə də İsa Məsihin qardaş
və   bacıları   olan   bizlər   də   Onun   Müqəddəs   Anasına
hörmət   etməliyik.   Məryəm,   həqiqətən,   Allah   və   insan
olan   İsanın   Anasıdır.   Bakirə   Məryəm   Rəbb   Allahdan
böyük lütf – Günahsız Döllənmə və günahsızlıq aldı və bu
lütfə   həmişə   sadiq   qaldı.   O  heç   vaxt   Allahı   hətta  kiçik
günahla belə, məyus etmədi. Məryəm Rəbbə sədaqətlə
xidmət   etməyin   nümunəsidir.   Dualarda   biz   Onun
himayəçiliyini   çağırırıq;   qeyri-adi   müqəddəsliyinə   görə
Onun   duası   Allah   qarşısında   son   dərəcədə   təsirlidir.   O,
xilasımız   üçün   zəruri   olan   hər   şeyi   bizim   üçün   istəyə
bilər.   Onun   razılığı   və   vəsatətçiliyi   ilə   Allah   Oğlu   yer
~ 389 ~
389


üzünə   gəldi;   Onun   duaları   sayəsində   Allahın   lütfü   bizə
gəlir.   Buna   görə   də   biz   Məryəmi   Kilsənin   Anası,   İlahi
lütfün Anası adlandırırıq.
Biz Müqəddəslərdən nümunə götürməyə çalışaraq, İlahi
lütf   vəziyyətində     daim   yaşamağa   cəhd   edərək   və
onlardan himayəçilik istəyərək onlara hörmət edirik.
İkona qarşısında dua etmək olarmı? 
Müqəddəs Kitab bəhs edir ki, Allahın mahiyyətinə dair
xalqın   aldanmaması   və   bunun   da   bütpərəstliyə   gətirib
çıxarmaması üçün Allah israillilərə bütləri və məxluqların
surətini   düzəltməyi   qadağan   etmişdi.   Bütpərəstlər   isə
əllə   düzəltdikləri   bütlərə   bilavasitə   dua   edirdilər.   Lakin
artıq   o   vaxt   Rəbb   Öz   xalqı   arasında   Onun   olmasını
göstərən bəzi işarələri düzəltməyi əmr etdi: səhrada mis
ilanı, Keruvlarla Əhd Sandığını. Bədəndə Gələn Allah Özü
İsa Məsihdə insan oldu. Məsihçiliyin ikona kultu Allahın
əmrlərini pozmur, çünki   ikona qarşısında dua edərkən
biz maddi obyekt (ağac, kiş, qalın kətan üzərindəki rəngli
boya, gips) olan ikonaya deyil, ikonada yaxud heykəldə
təsvir olunan İsa Məsihə  pərəstiş  edirik;  Allah  Anasına,
Rəbbin Müqəddəslərinə isə hörmət göstərib bizim üçün
dua etməklərini xahiş edirik. 
İki fəhlə şəhərətrafı qatarla işdən qayıdırdı. Onlardan
biri cibindən Rozari təsbehini çıxarıb sakit dua etməyə
başladı.   Yoldaşı   ona   etinasızlıqla   baxdı   və   dedi:
«Dostum, heç utanmırsan Rozari təsbehini əlində tutub
qatarda dua edirsən?». O cavab verdi: «Nə üçün mən
utanmalıyam?   Axı   mən   heç   kimə   mane   olmuram   və
~ 391 ~
391


ədəbsiz   hərəkət   etmirəm?»   –   «İnanırsan   ki,   duaların
sənə   lazım   olacaq?»   –   «Əlbəttə.   Onlar   xilasa   nail
olmağa   kömək   edəcək».   –   «Eh,   sən   necə   də
sadəlövhsən! – deyə həmsöhbəti güldü, – öləndən sonra
görəcəksən ki, nə göy, nə də əbədi xoşbəxtlik var. Onda
dindar olduğuna görə çox peşman olacaqsan!» – «Hər
halda   sənin   dediyin   qədər   peşman   olmayacağam.
Cəhənnəmin   mövcud   olduğunu   görəndə   sən   məndən
çox peşman olacaqsan», – deyə həmsöhbəti sakit cavab
verdi.
Allahın birinci əmri nəyi qadağan edir?
Katolik Kilsəsinin Katexizisi deyir: 
«İmana   münasibətdə   özbaşına  şübhə  Allahın   açdığı
və   Kilsənin   iman   etməyi   təklif   etdiyi   şeyi   həqiqət   kimi
qəbul   etməyin   inkarı   və   ya   ona   etinasızlıqdır»   (KKK
2088). 
İnsan   katolik   keşişindən   yaxud   katolik   kitabından
anlamadığı   iman   həqiqətini   aydınlaşdırmağa
çalışmayanda   yaxud   bunu   aydınlaşdırandan   və   yaxşı
başa düşəndən sonra məsihçi imanın həqiqətinə şübhəni
davam   etdirəndə   könüllü   şübhə   günah   olur.   Könüllü
olmayan   şübhə   günah   deyil   –   insan   anlamadığını
aydınlaşdırmağa çalışır yaxud məsihçi imanının təlimini
yaxşı başa düşəndən sonra ağlına gələn şübhəli fikirləri
rədd edir.
Dinsizlik  Allahın açdığı iman həqiqətinə qarşı şüurlu
etinasızlıqdır.   Məsih   deyir:   «İman   edib   vəftiz   olan   kəs
xilas   olacaq,   iman   etməyənsə   məhkum   olacaq»   (Мark
16,16).
~ 393 ~
393


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə