Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə58/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   54   55   56   57   58   59   60   61   ...   87

əvəzinə, onları müdafiə etməyə başlayırlar və qonşularla
dalaşırlar. Şəri müdafiə edən və ona bəraət qazandıran
şəxs onun səbəbkarı olur.
İnsanın   qəlbi   elə   vəziyyətə   çata   bilər   ki,   insan   artıq
tövbə etməyə qadir olmasın, günaha görə kədərlənə və
Allahın   mərhəmətini   qəbul   edə   bilməsin.   Xilaskar   bu
barədə   xəbərdarlıq   edirdi.   İnsan   qəlbinin   bu   vəziyyəti
Müqəddəs Ruha qarşı günah adlanır. Müqəddəs Ruha
qarşı   edilən   günahlara   görə   insan   Allahın
bağışlamadığına   görə   deyil,   Allahın   mərhəmətini   qəbul
edə   bilmədiyi   üçün   bağışlana   bilməz.   Bu   günahlar
aşağıdakılardır: 
1.   İslah   olmağa   cəhd   etmədən   insafsızcasına   günah
etmək və Rəbbin mərhəmətinə ümid etmək.
2. Öz xilasına ümidini kəsmək.
3.   Dərk   etdiyin   müqəddəs   imanın   həqiqətinə   inadla
qarşı çıxmaq.
4. Allahın verdiyi lütfə görə yaxınına paxıllıq etmək.
5. Öz tövbəsini ölümünədək yubatmaq.
Öz   mərhəmətinə   görə   Allah   günahkarı   bu   həyatda
cəzalandırmağa   tələsmir,   çünki   ona   tövbə   etmək
imkanını verir. Amma  qisas barədə səmalara fəryad
edən günahlar da var. Kilsə deyir ki, Allah bəşər nəslini
qorumaq istədiyi üçün çox vaxt belə günahlara görə artıq
bu həyatda cəza verir (əks halda bu günahlarla insanlar
öz-özlərini məhv edərdilər). Günahlar bunlardır: 
1. Qəsdən edilən qətl, buna hamiləliyin dayandırılması
və evtanaziya da aiddir (ağır xəstələrin öldürülməsi).
2.   Anormal   əxlaqsızlıq   (homoseksualizm,   zoofiliya,
pedofiliya   və   s.),   həmçinin   Sodom   günahı   da   adlanır
~ 363 ~
363


(Sodom və Homorra şəhərləri sakinlərinin pozğunluğuna
görə alovla məhv edilmişdi).
3. Kasıbları, dul qadınları və yetimləri sıxışdırmaq.
4. Ədalətli əmək haqqının tutulması. 
Allahın lütfü barədə 
İnsan yalnız İsa Məsihə imanla və İlahi lütfün köməyi
ilə günah vəziyyətindən çıxıb əbədi həyata nail ola bilər.
Günahkar günah vəziyyətindən lütf vəziyyətinə keçərək
saleh   olur,   bu   keçid   isə   bəraət   adlanır.   Bəraəti   Məsih
bizim üçün Öz Əzabları və Dirilməsi ilə qazandı. Bəraət
günahların   bağışlanmasını,   təqdis   olunmanı   və   insanın
daxili yeniləşməsini özündə birləşdirir. 
Biz   Müqəddəs   Ruhun   lütfü   ilə   bəraət   qazanırıq;   lütf
bizim   günahlarımızı   yuyur   və   bizə   Allahdan   gələn
salehliyi   İsa   Məsihə   iman   vasitəsilə   verir   (Rom   3,   22).
«Lütf   övlad olmaq çağırışımıza cavab verməyimiz üçün
Allahın   bizə   verdiyi   köməkdir.   Lütf   bizi   müqəddəs
Üçlüyün surətinə uyğun həyatın dərinliyinə gətirir» (KKK
2021).
Su insana müxtəlif təsirlər göstərir: yuyur, susuzluğu
yatırır, möhkəmləndirir, sərinlədir və müalicə edir. Eləcə
də Allahın lütfü insana müxtəlif təsirlər göstərir. Katolik
ilahiyyatı   təqdis   edən   (habitual)   və   təsir   edən   (aktual)
lütfü tanıyır.
«Təqdis edən lütf müftə ənamdır, onun vasitəsilə Allah
Müqəddəs Ruhla qəlbimizə onu günahdan sağaltmaq və
təqdis etmək üçün Öz həyatını verir» (KKK 2023). Təqdis
edən   lütf   daim   təsir   edir   –   o,   vəftiz   olunmuş   və
vicdanında ağır günahı olmayan adamın qəlbində daim
~ 365 ~
365


qalır   və   onu   Allaha   məqbul   edir.   Məsihçi   yalnız   ölümə
aparan   günah   edərək   təqdis   edən   lütfün   «toy   libasını»
(Mat   22,   12)   itirir.   Tövbə   və   günahların   buraxılması
vasitəsilə o, lütfü yenidən əldə edə bilər.
Rəbb Allah təsir edən (aktual) lütfün bir çox ənamları
ilə insana təsir edir. Bu lütf ruhani və maddi nemətləri,
həmçinin əbədi həyatı əldə etmək üçün zəruridir.  Aktual
lütfün təsiri müvəqqəti xarakter daşıyır – o, insana xilası
üçün   konkret   hərəkətin   icrasına   zəruri   olan   müddət
ərzində ona təsir göstərir.
Təqdis   edən   və   təsir   edən   lütfdən   başqa,   Allah   Öz
Kilsəsinə   Müqəddəs   Ruhun   lütfünün   xüsusi   ənamlarını
verir,   bunların   məqsədi   Ümumdünya   Kilsəsinin   ümumi
rifahıdır. Bu xüsusi ənamlar xarizma adlanır. Xarizmalar
(möcüzə   etmək   ənamı,   Allah   Vəhyini   aydınlaşdırmaq
yaxud vəz etmək üçün verilən qeyri-adi müdriklik ənamı,
rahib andı vasitəsilə özünü Allaha həsretmə ənamı və s.)
Allah Kilsənin bəzi üzvlərinə onların şəxsi xilasına, həm
də   Ümumdünya   Kilsəsi   olan   Məsihin   Ailəsində   başqa
üzvlərin xilasına görə də pay verir.
A. ALLAHIN ON ƏMRİ
Biz Allahın dünyada qoyduğu fiziki, kimyəvi və bioloji
qanunları görürük; dünya bunlara uyğun yaşayır. Şüurlu
məxluq olan adamlara Rəbb mənəvi qanunlar da verdi və
bunları onların vicdanına yazdı. Allahın Əmrləri adlanan
bu mənəvi qanunlara uyğun yer üzündə və əbədiyyətdə
yaşamaq   nəinki   insanın   borcu,   həm   də   onun
xoşbəxtliyinin əsasıdır.
Müqəddəs   Yazının   «Çıxış»   adlanan   kitabı   Allahın
~ 367 ~
367


seçdiyi   İsrail   xalqının   Misir   əsarətindən   qaçaraq   Sina
dağının   yanında   ləngiməsindən   bəhs   edir.   Xalq   dağın
ətəyində yerləşdi, Musa isə dağa çıxıb Allahla danışdı.
Rəbb orada zühur etdi və Musaya On Əmri verdi. Bu
Əmrləri   Allah   yalnız   seçilmiş   xalqa   deyil,   bütün
bəşəriyyətə verdi. 
İsa Məsih İlahi Əmrlərin icrasının zəruriliyini təsdiqlədi:
«Sanmayın   ki,   Mən   Qanun   və   Peyğəmbərlərin   sözlərini
ləğv   etmək   üçün   gəldim.   Mən   onları   ləğv   etmək   üçün
yox,   yerinə   yetirmək   üçün   gəldim.   Sizə   doğrusunu
deyirəm:   göy   və   yer   keçib   getmədən,   hər   şey   icra
olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə,
yox olmayacaq» (Mat 5, 17-18).
Əbədi   xilasımız   Rəbbin   iradəsinə   itaət  etməyimizdən
və   Onun   əmrlərini   icra   etməyimizdən   asılıdır.   Allahın
Əmrlərini yerinə yetirməyən insan iman və dua etməsinə
baxmayaraq,   Səmavi   Padşahlığa   girə   bilməz.   Xilaskar
deyir: «Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi
Padşahlığa   girməyəcək;   lakin   göylərdə   olan   Atamın
iradəsini yerinə yetirən oraya girəcək» (Mat 7, 21).
Bir   zəngin   gənc   Xilaskara   belə   sual   verdi:   «Mən   nə
yaxşılıq   etməliyəm   ki,   əbədi   həyata   malik   olum?».   İsa
cavab verdi: «Əmrlərə riayət et: Qətl etmə. Zina etmə.
Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət
et”. Həmçinin “qonşunu özün kimi sev”» (bax. Mat 19,
16 19).
Müjdənin   başqa   yerində   bir   fariseyin   İsa   Məsihdən
soruşduğu   barədə   oxuyuruq:   «Müəllim,   Qanunda   ən
böyük əmr hansıdır?» İsa ona dedi: «“Allahın Rəbbi bütün
qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev» (Mat
22, 36-37).
~ 369 ~
369


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə