Valideynlərinə ehtiram nümunəsini Rəbb İsa Məsih
vermişdir. Müjdəçi Luka deyir ki, İsa Məryəm və Yusifə
«...itaətli idi» (Luka 2, 51).
Məhəbbət
öhdəliyi
uşağın valideynlərinə
minnətdarlığından gəlir. Ana övladını əzablarla dünyaya
gətirir, xəstələnəndə neçə-neçə yuxusuz gecələr və
narahat anlar yaşayır. Ata və ana uşağını yedirmək və
geyindirmək üçün işləyib zəhmət çəkirlər. Övladın
məhəbbəti isə valideynləri sevindirmək, pis davranışla
onları kədərləndirməmək, onların maddi və ruhani rifahı
üçün qayğı göstərmə cəhdi ilə ifadə olunur. Valideynlərə
görə dua etmək lazımdır, zəruriyyət olanda onları tövbə
və məbədə, Evxaristiyaya gətirmək yaxud keşişi evə
dəvət etmək lazımdır. Həmçinin valideynlərin ad
günlərində də onları yada salmaq lazımdır.
Müqəddəs Yazı valideynlərə itaətin əhəmiyyətini
vurğulayır: «Ey övladlar, Rəbdə olduğunuza görə
ata-ananıza itaət edin» (Ef 6, 1). «Rəbdə» sözünün
mənası odur ki, xeyirxahlığı öyrədən böyüklərin həmişə
sözünə baxmaq lazımdır, lakin onlar pis işlər
öyrədirlərsə, onların sözünə baxmaq olmaz, çünki
adamlardan çox Allaha tabe olmaq vacibdir. Valideynlərin
hakimiyyəti mütləq deyil, çünki hər bir uşaq Allaha
məxsusdur.
Uşaqlar müstəqil yaşa çatana qədər valideynlərin
sözünə baxmalıdırlar. Müstəqil yaşa çatanda isə uşaqlar
özlərini zəhmətləri ilə təmin etməyə başlayacaqlar və
valideynlərinə yalnız məhəbbət, hörmət, ehtiram və
kömək borcları qalacaq. «Böyüyərək uşaqlar
~ 425 ~
425
valideynlərinə hörmət göstərməkdə davam etməlidirlər.
Onların arzularına qarşı çıxmamalı, məmnuniyyətlə
məsləhətlərini istəməli və ədalətli nəsihətlərini
dinləməlidirlər. Valideynlərə hörmət övladın daimi
borcudur» (KKK 2217).
Həyat yolunun seçimində uşaqlar valideynlərinin
məsləhətinə qulaq asmalıdırlar, lakin qərarı onlar özləri
qəbul edirlər. Valideynlər oğullarına yaxud qızlarına
seçdikləri adamla ailə qurmağa, onlara həyatlarını Allaha
xidmətə həsr etməyə məcbur edə bilməzlər, lakin həm
də bunu qadağan etməyə onların ixtiyarı yoxdur.
«Dördüncü əmr artıq böyümüş uşaqlara onların
valideynlərinə münasibətlərindəki məsuliyyəti xatırladır.
Onlar valideynlərinə qoca yaşlarında və xəstəlikləri
zamanı, tənhalıq yaxud ağır günlərində bacardıqları
qədər mənəvi və maddi dəstək göstərməlidirlər» (KKK
2218).
Müqəddəs Yazı böyüklərə ehtiram göstərməyi əmr
edir: «Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara
hörmət eləyin» (Lеv 19, 32).
Rəbb valideynlərə ehtiramsızlığın ağır nəticələri
barədə xəbərdarlıq edir: «Atasını tərk edən Allaha küfr
edənlə eynidir və öz anasını əsəbiləşdirən şəxs Rəbdən
lənət alır» (Sir 3, 16). «Kim ki atasına rişxənd edir,
anasının sözünə xor baxır, dərələrdəki qarğalar onun
gözlərini deşəcək, qartal balaları onun bəbəklərini
yeyəcək» (Sül 30, 17).
«Ata-anana hörmət et» – bu sözləri İngiltərənin
~ 427 ~
427
hökumət başçısı Müqəddəs Tomas Mor yaxşı anlayırdı.
Onun atası məhkəmədə məşvərətçi idi. Məhkəmə
iclasının əvvəlində dövlət başçısı zala daxil olanda hamı
ayağa qalxır və onun öz yerində əyləşməzdən əvvəl
atasına yaxınlaşıb ona baş əyərək ondan xeyir-dua
diləməsinə riqqətlə baxırdı.
Yüksək gəliri olan bir adam çox sadə yaşayırdı.
«Pulunu hara xərcləyirsən?» – deyə bir dəfə dostu ondan
soruşdu. «Hara? Bir hissəsini borclarımı qaytarıram, bir
hissəsini faizə qoyuram», – deyə o cavab verdi. «Başa
düşmürəm», – deyə dostu çiyinlərini atdı. «Bax, – deyə o
izah etməyə başladı, – mən gənc olanda valideynlərim
təhsil və tərbiyəmə böyük pul xərcləyirdilər, indi isə mən
onlara bu borcu qaytarıram. Uşaqlarımın təhsil və
tərbiyəsi isə indi böyük xərc tələb edir. Bu, qocalığımda
mənə faiz verəcək kapitalımdır».
Valideynlərin öhdəliyi
«Bu əmr valideynlərin, qəyyumların, müəllimlərin,
rəhbərlərin, dövlət məmurlarının, hakimlərin – başqa
adamlar yaxud insan cəmiyyətləri üzərində hakimiyyətə
malik olanların borcunu da ehtiva və fərz edir».
«Valideynlər üçün övladlarına tərbiyə vermək hüququ və
borcu birinci dərəcəli və ayrılmazdır» (KKK 2199, 2221).
Övladların dünyaya gətirilməsi və onların
tərbiyəsi – valideynlərin əsas hüququ və borcudur.
Övlad arzulamayan ər və arvad İlahi plana qarşı çıxır.
Allah ailəni məhz buna görə təsis etdi. Bu gün bir çox
~ 429 ~
429
ailədə övladlarının sayını iki yaxud hətta birə qədər
məhdudlaşdırırlar. Katolik Kilsəsi belə düşüncələrin
fəlakətli nəticələri barədə xəbərdarlıq edir.
Birincisi, ailədə bir yaxud iki övlad olanda əhalinin sayı
tezliklə azalır, çünki hamı evlənmir, hamının övladı
olmur, bəziləri uşaqlıq yaxud gənclik dövründə həyatla
vidalaşırlar.
İkincisi, bir uşağın olması valideynin qocalıq çağı üçün
də böyük riskdir. Bir ailədə valideynlərin yeganə, gözəl
gənc qızı var idi. Lakin bədbəxt hadisə baş verdi – o,
avtomobil qəzasında öldü. Valideynlərin məyusluğunu
təsəvvür edin – onların daha övladı ola bilməz, onları
tənha, darıxdırıcı qocalıq, Rəbb Allaha şikayətlər gözləyir.
Bir uşağın olması təhlükəsiz də deyil, çünki əgər bu
yeganə uşaq böyüyəndə nankor və pis insan olsa və
valideynlərin qocalıqda qayğısına qalmasa, nə olacaq?
Valideynlər yeganə uşağa yaxşı tərbiyə verə bilmirlər,
buna görə də çox vaxt tək oğul yaxud tək qız böyüyüb
xudbin olur. Bəs əgər övlad xəstələnsə yaxud bədbəxt
hadisə nəticəsində əlil olsa, valideynlər özlərini necə hiss
edəcəklər? Övladını tənha, xəstə və bacı-qardaş
köməyindən məhrum görən valideynlər özlərini necə hiss
edəcəklər? Övladların çoxluğundan qorxmaq lazım deyil,
çünki uşaqlar Allahın xeyir-duası və nikahın əsas
məqsədlərindən biridir.
Valideynlərin növbəti borcu
övladları təmin
etməkdir. Sağlamlıq və inkişaf üçün zəruri olanı
uşaqlara vermək lazımdır. Müqəddəs Yazı deyir: «Bədənin
sağlamlığı və salamatlığı qızıldan dəyərlidir və möhkəm
bədən saysız zənginlikdən daha yaxşıdır» (Sir 30,15).
Uşaqların qayğısına qalmaq lazımdır ki, xəstələn-
~ 431 ~
431
Dostları ilə paylaş: |